17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Şou-biznesdə yeni dava başlayıb - İttihamlar
Tarix: 05-05-2018 07:24 | Bölmə: Şou-biznes / Xəbərlər
Şou-biznesdə yeni dava başlayıb

Müğənni Kərim Abbasovun prodüser Təranə Səmədova haqqında yazdıqları şou-biznesdə növbəti qalmaqala səbəb olub. Bir vaxtlar Təranə ilə ailəli olan və qalmaqallı şəkildə boşanan sənətçi onun ünvanına təhqirlər səsləndirib:


“Qüsur? Səmədova, (prodüser Təranə Səmədova - red.) hansı qüsurdan danışırsan? Sənin qüsurlarını saymaqla bitməz: polislərə içkili halda tutulanda qurşaqdan aşağı danışan kim idi, qadın? Maqazin proqramında 7 yaşlı qız övladının yanında sevgililərinin adını tutub eşq yaşadığını bəyan edən qadın, heç qızından utandınmı? Məktəbə gedən qızının hansı təpkilərlə qarşılaşacağını düşündümü? İnsan alverində əli olan insan, hansı qüsurdan danışırsan?".

Təranə Səmədovanın müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun 1 saylı köpələr evinin baş həkimi Nəhayət Əliyeva haqqında dediklərinə münasibət bildirməsi Kərimi özündən çıxarıb. O, Təranənin "Aysun anasının qüsurlarını çəkib göstərsin",- sözlərinə sərt reaksiya verib. K. Abbasov Səmədovayla bağlı daha sərt ifadələr də işlətməkdən çəkinməyib:

"Atasız uşağı dünyaya gətirib, özünə fədakar ana adı qoymaq, budurmu alqışa layiq hərəkət? Ananın sevgili tərəfindən bıçaqlanmağından niyə danışmırsan, ay qüsursuz insan? Səmədova, hər halda diplomlar yadındadır. Bu qüsurdan niyə danışmırsan, ay cinayətkar? Səni mən tanıdığım qədər doğma anan tanımır. Heç olmasa sən danışma. Çox atlanıb düşmə. Gedib lazımi orqanlara ananla qaynatdığın zibillərdən danış. Polislərdən yalançı şahid qismində yazdığın ərizələrdən danış. Yüzlərlə insanın haqqına girməyindən danış.

Mənə görə etmədiyin və getmədiyin cadugər qapısı qalmadı. Dağıtdığın evlərdən danış. Sən, Allahın suyuna şər atan bəndə, niyə bundan danışmırsan? "Kərimin övladı olsa, başımı kəsəcəm",- demişdi. Nə oldu, övladım oldu. Qızın dünyaya gələndə efirdə dedin ki, qoy, bu Kərimə göz dağı olsun. Ay Səmədova, mənim isə oğlum oldu. Bu da sənə göz dağı olsun”.

Kərim daha sonra Təranəyə bunları deyib:

“Yadında saxla: vaxt gələcək mənim oğlum bütün qisasımı necə lazımdır çıxacaq. İndi görüm kim göz dağı olacaq. Bu həyatda üç adama halallıq verməyəcəm: bunlardan birincisi sənsən. Allah heç kimin balasının qabağına sənin kimi şeytan çıxarmasın. Sənin yıxdığın evləri hələ fələk də yıxmayıb. Lazım olsa, lazımi orqanlara sənin etdiklərin haqda müraciət edəcəm. Ondan sonra gör nə olacaq. 10 il susdum, bəsdir. Məni əxlaqsız, şərəfsiz elədin. Mən susdum, Allaha tapşırdım. İndi baxıram sənə və deyirəm: Allah heç kimin ağlını başından almasın, necə səninkini alıb”.

Reyting.az xəbər verir ki, prodüser Təranə Səmədovanın müğənnilər Kərim Abbasov və Rəqsanə İsmayılovaya cavabı çox gecikməyib.

Təranə sosial şəbəkədə yazıb ki, başımı aşağı salıb işimi görürəm, susaram, danışmaram: “Danışsam, yenə pis insan olacam. Ona görə də “İt hürər, karvan keçər”. Hər zaman susmağımla bir addım öndə olmuşam”.

T. Səmədova Kərim Abbasovu nəzərdə tutaraq, “Yuyulmamış çömçə” ilə işim olmaz yazıb: “10 ildir ki, yuyulmur, onu qaşıyıb təmizlədikcə, pis qoxu gələcək. O da mənə, xanımlığıma yaraşmaz.

Başımı qaldırıb Allaha şükür etməyi də unutmuram, mənə "ayıb" adı ilə sadaladıqları göz önündə olanlardır. Altdan-altdan etdiklərinizi mən yazası deyiləm. Şərəfimi unudub yazsam belə, burada yer çatmaz”.

Qeyd edək ki, Aysun 1 saylı körpələr evinin baş həkimi Nəhayət Əliyevanın uşaqlara gətirilən ərzaqları evinə aparmasını iddia edən video yayımlayıb. Təranə isə onu bu videoya görə tənqid edib. K.Abbasov Aysunun tərəfini saxlayaraq, Təranənin ünvanına təhqirlər səsləndirib.

Onu da qeyd edək ki, T.Səmədova ilə R.İsmayılova uzun müddət birlikdə çalışıb. Onlar illərdir küsülüdür.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}