10:21 / 19-11-2018
Futbolçu özünü öldürüb
Məleykə Əsədova xalq artistini cərimələdib
Tarix: 14-05-2018 16:00 | Bölmə: Şou-biznes / Xəbər lenti
Məleykə Əsədova xalq artistini cərimələdib

Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı məhkəmə qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Etibar Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R. Məlik mətbuatda təkzib verməklə yanaşı, M. Əsədovaya 1000 manat məbləğində pul ödəyəcək.

Qeyd edək ki, M. Əsədova Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, R. Məlik tərəfindən şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edib.

Məhkəmə bu şikayəti təmin etmədiyi üçün M. Əsədova apellyasiya şikayəti verib.(APA)




Bölməyə aid digər xəbərlər
13-11-2018, 12:06 Sabahın hava proqnozu