Şou-biznesdə daha bir qalmaqal başlayır - Səbəb
Tarix: 19-05-2018 08:38 | Bölmə: Şou-biznes / Xəbərlər
Şou-biznesdə daha bir qalmaqal başlayır

“Prodüserlərin müğənnilərə təklifi: məşhur olmaq istəyirsənsə, soyun. Bəs, müğənnilər buna niyə razı olurlar? Çünki ağılları yoxdur”.


Bu sözləri müğənni Sevinc Musayeva sosial şəbəkədə yazıb.

Sənətçi son günlər efirlərdən uzaq gəzməsinin səbəbini də açıqlayıb. Qeyd edib ki, məşhur olmaq üçün prodüserlər müğənnilərə açıq-saçıq təkliflər edirlər:

“15 ildir bu hadisələrlə mübarizə aparıram. "Gündəmdə yoxsan",- sözlərinə belə cavab verməlisən: gündəmin səhnəsində Elza Seyidcahan kimi çox ağıllı olmalısan, Maral Tahirqızı kimi özünü gicliyə qoymalısan. Ya da “üzdəniraqlardan” prodüser tutmalısan. Ya sponsorla yatmalısan, ya da idmançı oğlanlardan özünə sevgili, ər tapmalısan. Sən də ailə qurmalısan, tez də boşanmalısan. “Lezva” mahnı oxuyub, özünə əl qatmalısan. Səhnədə meymun kimi qaçmalısan, alt paltarını reklam etməlisən. Belə dəlixanadan necə baş çıxartmalısan? Mənim kimi ayda-ildə bir dəfə mahnı oxumalısan”.

Reyting.az-a daxil olan məlumata görə, S.Musayevanın bu sözləri şou-biznesin bəzi nümayəndələri tərəfindən narazılıqla qarşılanıb və bunun növbəti qalmaqala səbəb olacağı bildirilir. Xüsusən də, adıçəkilən şəxslərin onu cavabsız qoymacağı deyilir ki, bu şou-biznesdə növbəti qarşıdurma ilə nəticələnəcək.

Artıq Sevinc Musayevanın yazdıqları tanınmış prodüser Pərviz Fəqanı özündən çıxarıb.

Yenicag.az-a açıqlama verən prodüser qarşı tərəfin ünvanına kəskin fikirlər səsləndirib:

“Sən kimsən axı, prodüserləri ittiham edəsən? Sənə kim soyunmağı təklif edibsə, adını de. Sənəti olan müğənni həmişə gündəmdə qalır, sənəti olmayanlar soyunur. Prodüser əziyyət çəkir, iş görür. Axırda da hansısa müğənni ortalığa çıxıb onu biabır etməyə çalışır. Azərbaycanda 3-4 peşəkar prodüser var, onlar da normal müğənnilərlə çalışır. Və işlədikləri müğənnilər də sənətləri ilə gündəmdədirlər. Sən isə üç-dörd aydan bir çıxıb, soyunmağı ortalığa atıb, özünü reklam edirsən. Ayıbdır”.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}