Aytənlə Mətanət arasında qalmaqal yaşanıb - Foto
Tarix: 02-06-2018 11:59 | Bölmə: Şou-biznes / Xəbər lenti
Aytənlə Mətanət arasında qalmaqal yaşanıb

"Maşin” şouda keçmiş ANS TV-nin iki aparıcısı, hazırda ATV-də çalışan Aytən Səfərova və Mətanət Əliverdiyeva arasında qalmaqal yaşanıb.

Mübahisə aktyor Cavidan Novruza görə olub. Belə ki, Cavidan realiti şouda iştirakçılarla zarafat edib. Aytən isə aktyorun bu zarafatlarını qəbul etməyib və onlar arasında gərgin anlar yaşanıb.

Daha sonra Mətanət Əliverdiyeva C. Novruzu sakitləşdirməyə çalışıb və "Aytən kimdir ki, ona görə əsəbiləşirsən? O, ömür boyu ağzının danışığını bilməyib”, - kimi ifadələr işlədib. Süjetdə səsləndirilən bu sözlərdən sonra Aytənlə Mətanət söz davasına çıxıb.
Mətanət həmkarına sərt sözlər deyib:

Aytənlə Mətanət arasında qalmaqal yaşanıb

"Burada ən pozitiv insanlardan mən və Cavidandır. Nə etməliyik? Mən burada şpaqat açıram, idman edirəm. Əcəb edirəm, pozitiv xanımam, kimə nə? 45 yaşımda bunu edirəm, sən də elə! Məni hövsələdən çıxartma. Mən belə qadınam. Kimə xoşdursa, baxsın, xoş deyilsə, xoş getsin!"

Aytən isə Mətanətə görə vaxtı ilə işdən ayrıldığını bildirib: "Mən xalqın qarşısında şpaqat aça bilmərəm. Üstümə qışqırma! Əzizim, səni Azərbaycan tanıyır. Emosional ola bilərəm, açıq sözlüyəm. Mətanət, sən məni yaxşı tanımalısan. Ona görə ki, bir neçə il bundan əvvəl səni müdafiə edərək işdən getmişdim”.

Qeyd edək ki, Mətanət Əliverdiyeva ANS kanalından sonra ATV-də işə düzəlmişdi. O, aparıcısı olduğu "Gündəlik” proqramında şpaqat açmış, tənqidlərə məruz qalmışdı. Bundan sonra ANS TV Mətanətlə bağlı tənqidi süjet yayımlamışdı. Aytən Səfərova isə həmin dövrdə kanala etiraz edərək işdən ayrılmışdı.(Qafqazinfo)




Bölməyə aid digər xəbərlər