Röya Ayxan Aygünü əfv edib
Tarix: 23-06-2018 10:01 | Bölmə: Şou-biznes / Xəbərlər
Röya Ayxan Aygünü əfv edib

Əməkdar artist Röya Ayxan aylardır ki, qalmaqal yaşadığı və məhkəməyə verdiyi Aygün Bəylər barədə açıqlama verib.

Müğənni instaqram səhifəsində Aygün və qızı Cahanın fotosunu paylaşıb. O, həmin paylaşımda Aygünü bağışladığını qeyd edib:

"Bəli, haqqıma girdin. Məni tanımadan, sənə qarşı haqsızlığım olmadan alın yazıma şübhə etdin. Əziyyətlə qazandığım, neçə ailə dolandırdığım qazancımı "haram" adlandırdın. O gün səni izləyərkən həyatıma nifrət etdim. Ağlayaraq Yaradana sənə cavab versin,- dedim.

Amma o anı unutdum ki, sənin qızın var. O, mən yaşayanın 50 faizini doğularkən yaşayıb”.

Röya yazıb ki, günahlarımız övladlarımızın boynuna yazılır: “Bunan qorxdum və sənə xoşbəxt ana olmağı arzuladım. Önümə qızınla olan görüntü çıxdı, gözlərim doldu və mən səni bağışladım. İstəyirəm ki, Allah da bağışlasın".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}