16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Müğənni nazirdən kömək istədi: “...məni qəbul edin”
Tarix: 15-04-2016 11:56 | Bölmə: Şou-biznes


Müğənni Samir Piriyev daxili işlər naziri Ramil Usubova müraciət edib.

Bu barədə "Qafqazinfo” müğənninin vəkili Ruslan Əhmədoğluya istinadən məlumat yayıb.

Müğənninin müraciətində deyilir:

"Sizə müraciət etməyimin səbəbi başqa çıxış yolumun qalmamağıdır. Kamran Həsənli və bacısı Gülər Həsənli dələduzluq edib, etibardan sui-istifadə edərək məndən 115 min dollar alıb. 35 min dollar qaytarılıb, 80 min dolları isə müxtəlif bəhanələr gətirilərək qaytarılmır.

Bu gün faktla bağlı başlanılmış cinayət işinə maneələr törədilir. Belə ki, istintaq gedişatında qəbul olunmuş Gülər Həsənlinin dindirilməsi və üzləşmə keçirilməsi barədəvəsadət bu günə qədər icra olunmur. Səbəbi isə çox sadədir.

Gülər Həsənli istintaqısaymır, yayınır. Müstəntiq Gülər Həsənlini birmənalı olaraq istintaqa cəlb edə bilmir. Külli-miqdarda vəsaiti əvvəlcədən əlbir olub, planlı şəkildə etibardan sui-istifadə edərək mənimsəyən şəxslərdən biri Gülər Həsənlidir. Yəni, Gülər Həsənlini başlanılmış cinayət işi iləbağlı müstəntiq istintaqa cəlb edib üzləşmə keçirəbilmir, bu səbəbdən də yeganə üz tutacağım şəxs DİN rəhbəridir. Xahiş edirəm, məsələni öz nəzarətinizə götürüb olan təzyiqlərlə bağlı məni qəbul edəsiniz”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}