Şou-biznesdə yeni dava başlayıb - Qarşılıqlı ittihamlar
Tarix: 30-08-2018 22:24 | Bölmə: Şou-biznes / Xəbər lenti
Şou-biznesdə yeni dava başlayıb

Müğənni Roza Zərgərli ilə "Odlar yurdu" ritm qrupunun rəhbəri Vasif Səmədov arasında qalmaqal yaranıb.

İfaçı İnstaqram səhifəsində qrupla bağlı paylaşımlar edərək, onlara hədə-qorxu gəlib.

"Ya yalanına görə üzr istə, ya da yazışmamızı paylaşacam biabır olacaqsan. Bu ağılı sənə verən də rüsvay olacaq, ağıllı ol. Eşitdiklərimə şok oldum. Özünü kişi sayanlar reklam tutur. Ağzımı açsam, yerlə - yeksan olacaqsan", - Roza paylaşımlarında qeyd edib.

V.Səmədov Zərgərli ilə aralarında yaşanan qalmaqala aydınlıq gətirib. O bildirib ki, müğənni bir neçə gün əvvəl istirahət mərkəzlərindən birində baş tutan konsertə qrupu dəvət etsə də, pullarını ödəməyib:

"Dövlət tədbirində bizim çıxışı izlədi, dedi ki, istəyirəm konsertimdə belə açılış olsun. Sonra mənə yazdı, dedim ki, tək deyiləm, qrupda nə qədər uşaq var. Çıxış pulunu ödəmə, amma uşaqların benzin pulu və bəzi xərcləri ödəməliyəm, 200-300 manat verərsən. Konsertə getdik, heç "sağ ol" da demədi. Pulu da vermir. Heç kimi təhqir etmirəm, haqqımızı istəyirəm”.

Səmədov bildirib ki, Zərgərli “WhatsApp”da ona mesaj yollayaraq, hədə-qorxu gəlir:

“Mənə vaxt verib ki, günortaya qədər video çək, üzr istə və İnstaqram-da paylaş. Nə edirsə etsin… Üstümə adam göndərir. Mənim dövlətim və qanunum var. Pulumu vermirsən, niyə hədə gəlirsən?

Deyir, xeyriyyə konserti idi. Xeyriyyə konserti elə olur? Uduşa maşın qoyub, ofisiantdan su istəyirdin, deyirdi 7 manatdır. Elə xeyriyyə konserti olur? Mən də kasıb adamam, haqqımı ödəsin.Əsəblərim dünəndən korlanır. Camaat elə bilməsin ki, şou edirəm".

Zərgərli iddialara cavab verərək, bunları deyib: "Bütün saytlara və media dostlarıma üzümü tutub deyirəm ki, mənim bütün uğurlarıma və atdığım addımlarıma sevinirsiz. Amma hər yerdəolduğu kimi aramızda xainlər də var. Üzümü tutub onlara deyirəm ki, paxıllıq edəndə ürəyinizdə edin.

"Odlar yurdu"nun söylədiyi iddia 300-400 manatdır. Çox gülüncdür. İndi istirahətdəyəm. Bir həftə sonra dönürəm. Mətbuat konfransı edib, həm yeni layihələrdən danışacam, həm də "Odlar yurdu"nun rəhbərini dəvət edib maskasını cıracam. Bu qalmaqalı yaradan müğənninini dəvət edəcəyəm".

Sənətçi qrup rəhbəri ilə yazışmasını da yayımlayıb.




Bölməyə aid digər xəbərlər