12:32 / 15-10-2018
Prezident Lənkərana gedib
08:53 / 15-10-2018
Yenidoğulmuşun şikayəti
Müğənni İradə Mehri Damlanı hədəf seçib - İttiham
Tarix: 08-09-2018 13:59 | Bölmə: Şou-biznes
Müğənni İradə Mehri Damlanı hədəf seçib

Müğənni İradə Mehri həmkarlarından birinin ünvanına sərt ittihamla çıxış edib.

O, “İnstagram” hesabında mahnısının icazəsiz oxunduğunu yazaraq, ifa edən şəxsi təhqir hədəfinə çevirib.

“Hansı peşə sahibi olursansa, ol, fərq etməz, çaqqalın yanında çaqqal olar. Söyürlər, danlayırlar, susur. Bədbəxt neyləsin? Sonradan görüb.

Vaxtında səni niyə yanımdan qovduğumu bilirsən. Sənin namussuz və nə qədər tərbiyəsiz olduğunu gördüm. Bil ki, mən sənin kimi onun-bunun hesabına yaşamıram. Get, ulamağında ol. Sənin tula olmağını bütün kişilər bilir...”.

İradə Mehri ad çəkməsə də, qeyd edib ki, əxlaqı olan heç vaxt gecəsi-gündüzü otellərdə keçən bir qadına arxa çıxmaz:

“Mən o mahnıya bədənimi yox, pulumu vermişəm. Özünü tanıyan ailəsini qorumalıdır, otellər kraliçasını yox. Sizə yazığım gəlir. Sübut edəcəyəm ki, mələk göydə olur, otellərdə yox”, - Mehri yazıb.

Bəzi saytlar isə iddia edirlər ki, İradənin ad çəkmədən təhqir etdiyi şəxs müğənni Damladır. O, Mehrinin bir zamanlar ifa etdiyi “Sevmişdim” adlı mahnısını icazəsiz oxuyub.




Bölməyə aid digər xəbərlər