12:32 / 15-10-2018
Prezident Lənkərana gedib
08:53 / 15-10-2018
Yenidoğulmuşun şikayəti
Şou-biznes nümayəndələri MTRŞ-ya müraciət edib - Etiraz
Tarix: 15-09-2018 10:35 | Bölmə: Şou-biznes
Şou-biznes nümayəndələri MTRŞ-ya müraciət edib

Azərbaycanın məşhur simaları Milli Televiziya və Radio Şurasına (MTRŞ) müraciət ünvanlayıb.

Bu müraciət müğənni Nura Surinin “Facebook” səhifəsində yazdığı statusdan sonra başlayıb.

Belə ki, sənətçi, efirə çıxan aparıcılarla bağlı MTRŞ-nın ölçü götürülməsini istəyib:

“Bu reytinqi nəyə əsasən təyin edirlər? Kim edir? Necə olur ki, dünən yazdığım statusa bu qədər adam şərh yazır və hamı dəstəkləyir? Deməli, hamı efirlərdəki vəziyyətdən narazıdır”.

Nura Suri bir çox müğənnilər adından MTRŞ-ya müraciət ünvanlayaraq xahiş edib ki, telekanallardakı özbaşınalıqla bağlı ölçü götürülsün və müvafiq qaydalar tətbiq olunsun: “Milli-mənəvi dəyərlərimizə zidd, uşaqlarımızın mənəviyyatını korlayan bəzi proqramlara, eləcə də, verilişlərin məzmununa nəzarət olunsun”.

Daha sonra Əməkdar artist Lalə Məmmədova həmin postu paylaşaraq şərh yazıb:

“Nə təhsilləri var, nə tərbiyələri, nə musiqi anlayışları, nə də dünya görüşləri. Ancaq millətə əxlaq, mənəviyyat dərsi keçirlər. Vay halımıza ki, bizi layiqsizlər təmsil edir. Müvafiq qurumların bunu görməzdən gəlməsi mənəviyyatımıza ən böyük zərbədir”.

Bu müraciətə digər məşhurlar da qatılaraq MTRŞ-ya müraciət ediblər. Onların arasında Günay İbrahimli, Nadir Qafarzadə, Kərim Abbasov, Səidə Sultan və Elvin Abdullayev də var.

Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov isə məşhurlaırn müraciətini belə şərh edib:

“Yeni TV və radio mövsümü başlayır. Biz monitorinqləri bir qədər də gücləndirəcəyik. Bununla belə, deyim ki, dəfələrlə yayımçılara tövsiyə edirik ki, verilişlərə cəmiyyətdə nümunəvi olmayan imicə malik insanları çıxarmasınlar.

Bu gün şou nümayəndələri narahatlıq bildirir. Amma çox təəssüf ki, bu gün efirdə xoşagəlməz halların yaşanmasında elə şou nümayəndələrinin də payı az deyil. Verilişlərdə iştirak edən bəzi müğənnilər, hətta aşıqlar nə danışıqlarını, nə geyimlərini, nə də davranışlarını bilirlər. Ümumiyyətlə, TV və radioda vəziyyətin Şurada müzakirəsi gözlənilir”.




Bölməyə aid digər xəbərlər