00:40 / 18-04-2024
Ermənistan qanunsuz mühacir alverinə qoşulur
00:15 / 18-04-2024
İsrail Qəzzada məktəbi bombalayıb - 2-si uşaq olmaqla 4 nəfər ölüb
00:03 / 18-04-2024
Başlıbel qətliamından 31 il ötür
23:54 / 17-04-2024
Türkiyə yeni raketini sınaqdan keçirib
23:23 / 17-04-2024
Gəlin öz toyunda dünyasını dəyişib
22:49 / 17-04-2024
CHP sədri AŞPA-da Azərbaycana dəstəyini ifadə edib
21:23 / 17-04-2024
Vəhşi təbiətlə bağlı yeni şəkillər nümayiş olunub - Fotolar
21:16 / 17-04-2024
İran istənilən vaxt nüvə silahı yarada bilər
21:00 / 17-04-2024
9 milyon manatlıq mənimsəmə… - Məhkəmə prosesi yekunlaşır
20:49 / 17-04-2024
ABŞ Çin-Rusiya münasibətlərindən narahatdır
19:37 / 17-04-2024
Bir milyard insana və böyük iqtisadiyyata təhlükə yaranıb - Xəbərdarlıq
18:51 / 17-04-2024
Ukrayna dronları Tatarıstandakı təyyarə zavoduna hücum edib
18:00 / 17-04-2024
Xalq yazıçısı xəstəxanadan evə buraxılıb
17:51 / 17-04-2024
Rusiya Çerniqova zərbə endirib: 15 nəfər ölüb, 61-i yaralanıb
17:41 / 17-04-2024
Qərb ölkələrinin səfirləri Gürcüstan prezidenti ilə görüşüb
17:30 / 17-04-2024
Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - Video
17:06 / 17-04-2024
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
16:57 / 17-04-2024
Əfv Məsələləri Komissiyası daha 100-dən çox müraciətə baxıb
16:48 / 17-04-2024
İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü saxlanılıb
16:40 / 17-04-2024
Milli Şuranın mitinqinə icazə verilməyib
16:31 / 17-04-2024
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
16:14 / 17-04-2024
Daha bir prezident COP29-a dəvət olunub
15:54 / 17-04-2024
Gürcüstan prezidenti: "Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyacağam"
15:44 / 17-04-2024
Qəzzanın şimalında daha 13 fələstinli həlak olub
15:24 / 17-04-2024
Hadı Rəcəbli vəfat edib - (Yenilənib)
15:10 / 17-04-2024
Prezidentin köməkçisi yeni sədri kollektivə təqdim edib
15:07 / 17-04-2024
Hikmət Hacıyev: “Sülhməramlıların Azərbaycandan çıxarılması barədə qərar qəbul edilib”
15:00 / 17-04-2024
Jurnalist Cəmil Məmmədliyə hökm oxunub
14:22 / 17-04-2024
"Beşiktaş" niderlandlı futbolçu ilə anlaşıb
21:57 / 13-04-2024
Nəhəng rəqəmsal kamera kainatı araşdıracaq - Fotolar
22:08 / 13-04-2024
Nadir heyvan növü insan ovcuna yerləşir
00:07 / 14-04-2024
İran İsrailə PUA-larla hücum edib
00:02 / 15-04-2024
Ceyhun Bayramov Özbəkistana gedib - Yenilənib
08:54 / 13-04-2024
Mayk Tayson Cek Paulu hədələyir - Foto
18:06 / 14-04-2024
İordaniya Kralı COP29-a dəvət olunub
20:08 / 15-04-2024
Rusiya Ukrayna ilə savaşa özgələri göndərir
21:49 / 13-04-2024
Məşhur müğənni ağır xəstəlikdən əziyyət çəkir - Foto
09:44 / 13-04-2024
Tovuzun kəndi atəşə tutulub
11:40 / 13-04-2024
Xankəndi şəhərində silah-sursat aşkarlanıb
23:11 / 14-04-2024
Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14:18 / 14-04-2024
Azərbaycan və İordaniya müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalayıb
Büllur səslər sorağında - A. Cabbarlı yazır
Tarix: 09-04-2019 12:58 | Bölmə: Akif CABBARLI
Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən “Muğam Televiziya Müsabiqəsi – 2019” yarışmasının bir ayı arxada qaldı. Ötən müddətdə yaşananlar bütün təfərrüatı ilə əyani olaraq göstərdi ki, sayca 7-ci müsabiqədə iştirak edən gənclərimiz də Azərbaycan Böyük Muğam Evinin səlahiyyətli sakinləri kimi gələcəkdə klassik musiqimizin keşiyində dayanmaq iddiasındadırlar. Bu yarışma Azərbaycan prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gənc istedadlara misilsiz qayğısının mahiyyətindən, muğam sənətinin daha uğurlu perspektivlərə hesablanmasından soraq verir.
Üç ay davam edəcək bu müsabiqə də şübhə yoxdur ki, muğamın dünya miqyaslı uğurlarına xidmətin bariz nümunəsi, bütövlükdə incəsənətimizə, musiqi və mədəniyyətimizə göstərilən təmənnasız qayğının əvəzedilməzliyinin sübutu olacaq. Gənc ifaçıların səsləndirdikləri klassik muğam nümunələri onların Böyük Səhnəyə doğru yürüşünün uğurla nəticələnəcəyi barədə çoxmilyonlu tamaşaçı və dinləyici qənaətinin formalaşmasına və möhkəmlənməsinə əsaslı zəmin verir.
Ölkəmizin bir sıra regionlarını təmsil edən gənc ifaçıların Bakı yarışması bir çox xarakterik cizgiləri ilə yaddaşlarda qalacaq. Hələ bərkdən-boşdan çıxmamış, bulaq suyu kimi saf, zərif, kövrək, bakirə səsləri ilə, muğam oxuma tərzlərinin, texnologiyalarının dəqiqləşdirilməsi yolunda axtarışları, səhnəqrafiya prinsiplərini tam müəyyənləşdirməmələri ilə təbiidirlər, gözəldirlər, qiymətlidirlər. Kollec və konservatoriya auditoriyalarında professional muğam bilicilərindən, ustadlardan öyrəndiklərini minlərin, milyonların qarşısında özlərinin və bizim hamımızın ürəyincə ifadə etmək cəhdləri büllur səslər bəhsləşməsinin ecazkarlığını qat-qat artırır, ülviləşdirir. Səhnə arxasında intizarla növbəsini gözləyənlər, daha sonra musiqiçilər, aparıcılar, münsiflər heyətinin üzvləri və tamaşaçılar... Daha sonra mavi ekran qarşısında çıxışları diqqətlə və həyəcanla izləyən milyonlarla tamaşaçı. Bu silsiləni bütövləşdirən qəribə bir üzvi bağlılıq var və hər kəsin də ürəyindən bir arzu keçir – kaş ki, ifaçı hansısa misranı unutmayaydı, səsi qırılmayaydı, pərdədən çıxmayaydı. İntizar, həyəcan və ... uğurlu sonluq. Sonra münsiflər heyəti üzvlərinin – Xalq artistləri Əlibaba Məmmədovun, Arif Babayevin, Səkinə İsmayılovanın, Mələkxanım Əyyubovanın, Mənsum İbrahimovun, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun və layihənin icraçısı, Yazıçılar Birliyinin katibi İlqar Fəhminin sanballı qeyd və iradları, tövsiyə və tapşırıqları. İfaçılara layiq olduqları qiymətlər verilir. Hamı da razı qalır – tamaşaçılar da, ifaçılar da. Çünki ustadlardan heç birinin çıxışında hər hansı qərəz hissi, biganəlik meyli duyulmur. Hədəf birdir – gənclər səhvlərini başa düşsünlər, səslərinin cilalanmasına, qəzəllərin dərindən öyrənilməsinə çalışsınlar, muğamın aliliyinə ucalmağı bacarsınlar. Münsiflər heyəti üzvlərinin qətiyyəti, prinsipial mövqeyi, eyni zamanda humanist davranışı, musiqiçilərin ifaları son dərəcə bacarıqla müşayiəti, teleaparıcılar – Emil Şahzadə və Nurlana Cəfərovanın səriştəliliyi, salonda əyləşən söz-sənət xiridarlarının həssas münasibəti müsabiqəni bir kompleks halına gətirir, bütövləşdirir.
Hər bir yarışmadan əvvəl Azərbaycan muğam korifeylərindən birinin ifasının video-yazısının nümayişi, ölkəmizin həyatında baş verən ən mühüm yeniliklər barədə xəbərlərin çatdırılması Azərbaycan Televiziyasının yaradıcı heyətinin və texniki personalının gərgin əməyinin, ciddi axtarışlarının effektivliyindən xəbər verir. Son vaxtlar Azərbaycan Teleradiosunda həyata keçirilən uğurlu islahatlar özünü muğam müsabiqəsi yarışmalarının təqdimində də əyani göstərir və bu yolda həmkarlarıma yeni-yeni uğurlar arzulayıram.
Müsabiqə davam edir. Kimin qalib gələcəyi, hansısa yeri tutacağı barədə indidən qəti fikir söyləmək, proqnoz vermək əlbəttə ki, çətindir və bunu zaman göstərəcək. Amma subyektiv düşüncələrimə əsasən, Türkanənin, Vəlişin, İlahənin, Sumanın, Muradın, Faiqin, Rəvanın və digərlərinin uğurlu ifaları onu deməyə əsas verir ki, Böyük Səhnəyə iddialı olan istedadlı gənclərimizin qarşısında həmişə muğamatımızın, bütövlükdə incəsənətimizin hamilərinin və ustad sənətkarlarımızın alovlandırdığı gur, yaşıl işıq yanır.
Uğur olsun!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir
15-07-2020, 13:02
Akif CABBARLI - Şəhid general-mayor Polad Həşimova açıq məktub - Akif Cabbarlı yazır