19:22 / 23-04-2024
Rusiyanın reaktiv raket daşıyıcısı Qərb raketlərini üstələyir
18:35 / 23-04-2024
Rusiyada sosial iğtişaşlar başlaya bilər
18:14 / 23-04-2024
Polad daşıyan gəmi körpüyə çırpıldıqdan sonra batıb
18:05 / 23-04-2024
Makron Zelenskiyə yalan vədlər verib
18:05 / 23-04-2024
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
17:51 / 23-04-2024
Avropa İttifaqı Çini hədələyir
17:33 / 23-04-2024
Ukraynaya göndəriləcək hərbi yardımın böyük hissəsi Avropadadır
17:27 / 23-04-2024
“Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”na dəyişiklik edilib
17:14 / 23-04-2024
Paşinyan Ermənistan-Azərbaycan arasında ilk sərhəd dirəyinin fotosunu paylaşıb - Foto
17:07 / 23-04-2024
“Space”ə qalib gələn aparıcı geri dönüb: "Vado Korovinin kanala rəhbərlik edəcəyi bəlli deyil"
16:58 / 23-04-2024
İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumda iştirak edir - (Yenilənib)
16:50 / 23-04-2024
Nazirlər Kabineti polis və ya prokurorluğa çağırış qaydasına dəyişikliyi təsdiqləyib
16:23 / 23-04-2024
Dövlət başçısı: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır"
16:14 / 23-04-2024
İlham Əliyev geri qaytarılan 4 kənddən danışıb
16:10 / 23-04-2024
Azərbaycan-Ermənistan sərhədinin koordinatları dəqiqləşdirilir - Yenilənib
15:53 / 23-04-2024
Prezident: "Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır"
15:18 / 23-04-2024
60 milyard dollar yardım Ukraynanı tam qələbəyə aparmayacaq
15:10 / 23-04-2024
Azadlıq Partiyası ləğv olunub? - Açıqlama
15:00 / 23-04-2024
Vüqar Səfərli ilə sabiq icra baçısı əfv üçün müraciət edib
14:57 / 23-04-2024
Ceyhun Bayramov Çexiya baş naziri ilə görüşüb
14:46 / 23-04-2024
Prezidentdən Avrasiya İqtisadi Birliyi barədə açıqlama: "Ermənistan istisna olmaqla..."
14:37 / 23-04-2024
Astara sakini 51 kq narkotiklə tutulub
14:12 / 23-04-2024
İnzibati və yardımçı vəzifələrin təsnifatı dəyişir
14:10 / 23-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
13:48 / 23-04-2024
Spikerdən deputata cavab: "Hamı bilir ki, ölkədə bu nikah qanunsuzdur"
13:23 / 23-04-2024
Sabahın hava proqnozu açıqlanıb
13:19 / 23-04-2024
Narkotik vasitələrin siyahısına dəyişiklik edilib
13:12 / 23-04-2024
Alkoqollu içkilərin idxalı və istehsalı yeni şərtlərlə müəyyən olunacaq
13:07 / 23-04-2024
Yeni dövlət rüsumu müəyyənləşir
12:45 / 23-04-2024
Körpələr evində mənimsəmə: cinayət işi açılıb
19:13 / 20-04-2024
Bakıda taxta bazarında yanğın olub - Fotolar (Yenilənib)
22:20 / 20-04-2024
ABŞ Ukraynaya 61 milyard dollar ayırıb
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
21:22 / 19-04-2024
Buraxılış imtahanının nəticələri elan olunub
18:01 / 21-04-2024
Dünyanın idman paytaxtı olması üçün Bakının namizədliyi irəli sürülüb
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
23:26 / 19-04-2024
Aİ-dən 4 kəndin qaytarılmasına reaksiya: "Davamlı nizamlanmanı tam dəstəkləyirik"
00:37 / 20-04-2024
Hikmət Hacıyev: "Bu, diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
20:45 / 19-04-2024
19-cu əsrin solğun dagerreotiplərini bərpa ediblər
13:13 / 20-04-2024
Müğənni Cavanşir Məmmədov vəfat edib
Çuğulların aqibəti - A. Müzəffərli yazır
Tarix: 01-01-2019 18:37 | Bölmə: Azad MÜZƏFFƏRLİ
(Azər Qismətin “Çuğullar” romanı haqqında qeydlər)
Bu günlərdə - dekabrın 29-da Azər Qismətin ilk romanının təqdimat mərasimi idi. Tədbirə ədəbiyyat cameəsinin həm təcrübəli, həm də gənc yazıçıları ilə yanaşı jurnalistlər və bir neçə tanınmış tənqidçi də qatılmışdılar. Bəndəniz də dəvətlilər sırasındaydı. Təqdimat mərasiminə dostumuz Kənan Hacı nəfəs verirdi. Ürəklər doluydu deyə çıxış edənlər barmaqla saya gəlmirdi. Ən əsası, kimsə boğazdan yuxarı kəlmə də kəsmirdi. Çıxışlarda Azər Qismətin ədəbiyyat aləmindəki layiqli mövqeyi və insani keyfiyyətləri başlıca müzakirə mövzusu oldu. Təbriklər və bir-birindən üstün ürək sözləri ara vermirdi, bu müəllifin halal haqqı idi.
İndi isə keçid alaq, “Çuğullar” romanının məziyyətlərinə. Bəri başdan deyim ki, Azər Qismətin bu əsəri yazmasına dəyərdi. Üzərinə düşən mənəvi yükün öhdəsindən qədərincə və bacarıqla gəlib. Romanı birnəfəsə oxusam da, mütaliəm düz bir il çəkdi(30.12.2018 – 01.01.2019). Romanın girişində oxucuya elə gəlir ki, deyəsən, “motor gec qızacaq”, amma təxminən 5-ci səhifədən başlayaraq hər şey qaydasına düşür, süjet xətti səni ağuşuna alır. Əsərin ideyası bəşəriyyət təşəkkül tapandan bəri alaq otu kimi kökünün kəsilməsi mümkün olmayan çuğullara həsr olunub. İlk baxışdan motiv sıravi təsir bağışlasa da, işlənmə texnikasının kifayət qədər mükəmməlliyi hesabına nəticə təsirli və düşündürücüdür. Hətta, deyərdim ki, yaddaşa həkk olunur. Əsərdə bu əzəli problemin aktuallıqdan yayındırılmasının bəşəriyyət üçün köklü səhv və yolverilməz olduğu vətəndaş yanğısı ilə əsaslandırılır. Əslində, romanı Azər Qismətin çuğulluğa qarşı hayqırtısı kimi dəyərləndirilməyimiz daha düzgün olardı.
Hadisə və epizodların bəzən hədsiz dərəcədə kəskinləşməsinə baxmayaraq əsərin fabulası rəvan axarda davam edir. Romanın süjet xəttinə uyğun olaraq ruhsal qat gah güclənir, gah da səngiyir. Əsər boyunca şəxsi münasibət və qənaət qabarıq hiss olunur. Sanki, müəllif kitabın bütün səhifələrində səninlə gözbəgözdür. Sənin yaşantıların da onun üçün həyati əhəmiyyət kəsb edir. Əsərin baş qəhrəmanı – toksikologiya laboratoriyasının yeni işçisi iş tapmağın müşküllüyü ucbatından iş yerini itirməmək üçün min bir mənəvi əzaba qatlaşmalı olur. O, çuğullar sırasına qatılmamaqda israrlıdır. İş yerində çuğulluğun tüğyan elədiyi bir mühitdə əsərin baş qəhrəmanı bir növ pıqqapıq qaynayan qır qazanında duruş gətirməyə çalışır. Laboratoriyanın bəzi üzdəniraq Tibet kahinlərini andıran müdiri, onun çuğulluqda püxtələşdirdiyi müdir müavini, işçilərdən - Senyora, Adilə, sürücü Vəli və qarovulçu baş qəhrəmanın hər saniyəsini belə qara əskiyə bükürlər. Onu gün işığına həsrət qoyurlar. Həmin qurumda yalnız bir çıxış yolu var – çuğulluq, bu mənəviyyatsızlığa boyun əyməsən burada sənə yer tapılmaz. Əsərin dramaturji yükü roman boyunca peşəkarcasına paylanıb. Bəzən konflikt şahə qalxır, bəzən də bir növ pərdə arxasına keçir. İstənilən halda konflikt tarım vəziyyətdədir.
Onu da deyim ki, roman ilk növbədə daha hazırlıqlı, hərtərəfli dünyagörüşünə malik, dünya ədəbiyyatı, mədəniyyəti və incəsənətinə dərindən bələd olan, yoruldum demədən mütaliə edən kəslərə hesablanıb. Əgər, fəlsəfə və psixologiyadan, heç olmasa, alababat baş çıxara bilmirsənsə, bu kitabı əlinə götürməyə dəyməz. Fəlsəfi fikirlər, sətiraltı mənalar ard-ardadır. Obrazların daxili aləmlərinin dolğun açılması üçün az qala ənginliklərə başa vurulur. Müəllif bir sıra hallarda okeanın dibindən incilər dənləyən qəvvası andırır. Romanda inanclar, türkəçarə, loğmanlıq, müxtəlif elmi-texniki yeniliklərdən də məqamında və məqsədəuyğun şəkildə istifadə olunub. Məsələn; “Nərə balığını ovlamağın qarğışı ağır olur” deyimi, çadarlı xəstələrin(kök, sümüyü isə kövrək) qeyri-ənənəvi üsulla müalicəsi səhnəsi və digər bənzər epizodlar oxucunu romanın ideyasından ayırmır, əksinə, onun ruhunu daha da tərəvətləndirir, marağını gücləndirir.
Əsərin kompozisiyası sadə görünsə də, əslində bu ilkin təəssüratdır. Hadisələr adicə bir iş yerində - toksikologiya laboratoriyasında cərəyan edir. Yalnız arada-bir yuxarı qurumların nümayəndələri birbaşa və ya dolayısı ilə bu mühitə əlavə olunur. Əməkdaşların işdənkənar şakərləri, eləcə də, bəzilərinin evlərində baş verənlər də iş yerində cərəyan edənlərlə birbaşa bağlıdır. Surətlərə müxtəlif rakurslardan baxış xarakteri daşıyır. Təhkiyə, dil və təsvirin vəhdəti, eləcə də, məntiqi axar tam yerindədir. Müəllifin dəsti-xətti çox fərqlidir, onun dünya ədəbiyyatından da qədərincə və yaradıcı şəkildə bəhrələndiyi şəksizdir. Hətta, bu, bəzən həsəd, bəzən də heyranlıq doğurur. Məğzin dərinliyinə varmaq üçün müəllif istər bədii texnika, istərsə də zəngin dünyagörüşü, hərtərəfli mütaliəsindən bacarıqla yararlanıb. Roman boyunca vizuallıq da diqqətdən yayınmır. Bu da Azər Qismətin bədii yaradıcılıqla yanaşı telejurnalistikanın sirlərinə də kifayət qədər dərindən bələd olmasından qaynaqlanır. Roman boyunca emosional qat səni tərk etmir, bəzən tüklərin də ürpənir. Əsərdə idrak süzgəcinə aman verilmir. Beləcə, Azər Qismət bədii dillə dünyaya baxışını ortalığa qoyur. Bədii surətlər xırdalıqlarına qədər işlənib, tam tipikləşdirilib. Formanın orijinallığı, özünəməxsusluğu, məzmundan doğması və onu bitkin şəkildə tamamlaması təqdirəlayiqdir. Süjet xətti oynaq deyil, aramla davam edir, məntiqi axara, kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə gətirib çıxarmasına hesablanıb. Romandakı düyünlər, münaqişələr və zidd qüvvələrin amansız çarpışması mahiyyətin çılpaqlığı ilə oxucuya çatdırılmasına xidmət edir. İlk baxışdan, əsərin yekunu ilə oxucu razılaşmaya da bilər. Tabeliyindəki işçiləri çuğulluğa sövq edən yaşlı müdirin sonda sadəcə biabırçı formada vəzifədən kənarlaşdırılması və bundan sonra onun hələ üç ilə yaxın yaşaması oxucuda ciddi etiraz doğura bilər. Müəllifin fikrincə, həmin üç il bu nadürüstün mənəvi əzablar içində çabalamasına hesablanıb. Onun qənaətincə, bu, çuğulluq elminin atası səviyyəsinə ucalan müdir üçün istənilən faciəvi sonluqdan daha betərdir. Ümumilikdə, “Çuğullar” romanı çox uğurlu əsərdir. Bu məqamda onu da xüsusi vurğulamağı mənəvi borcum bilirəm ki, əsərin belə fərqli tərzdə qələmə alınması heç də hər kəsin çəkə biləcəyi yük deyil. Bu cür əsərlər Azərbaycan ədəbiyyatında barmaqla güclə saya gələr.
Həmin əsəri oxuyandan sonra isə ilkin olaraq ağlına gələn bu olur ki, kaş, “Çuğullar” romanı öz işçilərini çuğul qismində görmək üçün dəridən-qabıqdan çıxan müdirlərin əlinə düşməyəydi. Günümüzün reallığı belədir ki, bu cür kəslər kifayət qədərdir. Tərslikdən, həmin kitabda da müdirin dilindən “çuğul yetişdirmə elmi” hərtərəfli əksini tapıb. Yeri düşmüşkən, müəllifin əsərdə bir neçə yerdə əsərin baş qəhrəmanının diliynən qələmə aldığı “guya kənddə çuğul yetişməz” qənaəti ilə isə heç cür barışmaq olmur. Dost, ən saf, ən müdrik, təbiət halallığında insanlarla yanaşı əsl kənd fəndgirləri də(mənim “Kənd fəndgirliyi” hekayəm də elə bu mövzudadır) məhz belə kiçik yaşayış məntəqələrindən çıxmadır. Çuğulluğun da göbəyi elə kənddə kəsilib, sadəcə olaraq, bu “istedad” böyük şəhərlərdə daha da inkişaf edərək “kamilləşir”. Romanla bağlı müəllifin diqqətinə daha bir incə məqamı çatdırmaq istərdim. Əsərdə Qərb ədəbiyyatı, mədəniyyəti və incəsənəti, həmçinin, onların istər mənfi, istərsə də müsbət tarixi şəxsiyyətlərinin xarakteri, fikirlərinə dair bolluca istinad var. Özü də bunlardan bacarıqla və yerindəcə düzgün istifadə olunub. Di gəl, bu baxımdan milli ruhlu istinadlar olduqca məhduddur. Təbii ki, bu da birtərəfli görüntü yaradır və məncə yolverilməzdir. Diqqətiçəkən, digər bir fakt. Yiyəsi olsa, dünya ədəbiyyatı sırasında layiqli yerini tuta biləcək bu dəyərli kitaba cəmi 7 manat qiymət qoyulması ilə də adam heç cür razılaşmaq istəmir. Di gəl, bədii ədəbiyyata ölkəmizdəki indiki oxucu münasibəti və alıcılıq qabiliyyətini göz önünə gətirdikdə, sadəcə, nəşriyyatı da başa düşmək məcburiyyətində qalırsan.
Azər, dost, ilk romanın düşərli olsun, dalı gəlsin. Əsərlərinin Azərbaycanla yanaşı beynəlxalq səviyyədə də dəyərli qiymətini almasını arzulayıram 2019-cu ilin ilk günündə. Sən buna layiqsən!!!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır