14:17 / 24-04-2024
Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
13:48 / 24-04-2024
İlham Əliyevlə Sadır Japarov görüşüb, yeni sənədlər imzalanıb - (Yenilənib)
13:40 / 24-04-2024
İnfoqrafiya heyvanların ömrü haqqında nə deyir?
13:21 / 24-04-2024
Azərbaycanda Rusiya əleyhinə ikinci cəbhə olmayacaq
13:12 / 24-04-2024
Xəzər dənizində birgə təlimlər başlayıb
13:00 / 24-04-2024
Prezident generalı təltif edib - Sərəncam
12:48 / 24-04-2024
MMA döyüşçülərinin həbs müddəti uzadılıb - Biri azadlığa buraxılıb
12:18 / 24-04-2024
YAP-çı deputat Rəsul Quliyevin müdafiəsinə qalxıb
12:00 / 24-04-2024
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatı başlayıb
11:56 / 24-04-2024
AMEA-da yeni şöbələr yaradılıb
11:42 / 24-04-2024
Müsavat Partiyası növbəti qurultaya hazırlaşır
11:30 / 24-04-2024
Sabahın hava proqnozu açıqlanıb
11:00 / 24-04-2024
“Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq
10:23 / 24-04-2024
Xankəndidə yenə silah-sursat tapılıb
09:45 / 24-04-2024
Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı daha bir qərar çıxarılıb
09:28 / 24-04-2024
Səudiyyə Ərəbistanı pilləli "Nəcd" qülləsi tikəcək - Fotolar
09:21 / 24-04-2024
Bakıda Qırğız Kino Günləri başlayıb - Fotolar
09:19 / 24-04-2024
Azərbaycan Kuboku: bu gün finalçılar bəlli olacaq
09:07 / 24-04-2024
Ukraynanın şərqinə genişmiqyaslı hücum gözlənilir
08:46 / 24-04-2024
Qəbiristanlıqda rəqsə görə 18 sutka cəza verilib
08:37 / 24-04-2024
Narkotikə görə daha 4 nəfər həbs edilib - Fotolar
08:23 / 24-04-2024
Pekin taykonavtların adını açıqlayıb
08:20 / 24-04-2024
Argentina iranlı nazirin həbsini tələb edir
08:15 / 24-04-2024
Qazaxıstan və Rusiyanın sərhədi dəqiqləşdirilir
08:11 / 24-04-2024
ABŞ Senatı xarici yardım paketini təsdiqləyib
00:15 / 24-04-2024
Mafiya başçısı bir ölkədən digərinə qaçıb
00:13 / 24-04-2024
Toyun qızğın vaxtında gəlini qaçırmaq istəyiblər
19:13 / 20-04-2024
Bakıda taxta bazarında yanğın olub - Fotolar (Yenilənib)
22:20 / 20-04-2024
ABŞ Ukraynaya 61 milyard dollar ayırıb
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
21:22 / 19-04-2024
Buraxılış imtahanının nəticələri elan olunub
18:01 / 21-04-2024
Dünyanın idman paytaxtı olması üçün Bakının namizədliyi irəli sürülüb
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
23:26 / 19-04-2024
Aİ-dən 4 kəndin qaytarılmasına reaksiya: "Davamlı nizamlanmanı tam dəstəkləyirik"
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
00:37 / 20-04-2024
Hikmət Hacıyev: "Bu, diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
20:45 / 19-04-2024
19-cu əsrin solğun dagerreotiplərini bərpa ediblər
Göz yaşları quruyanda - Hekayə
Tarix: 13-04-2019 00:33 | Bölmə: Azad MÜZƏFFƏRLİ
(Hekayə)
Qan su yerinə axırdı. Erməni vəhşəti ərşə bülənd olmuşdu. Bu dəfə növbə xocalılara çatmışdı. Dığalar day-dayları şimal ayısı ilə birgə kimsəyə aman vermirdilər. Nə uşağına, nə ahılına, nə qadınına, nə də xəstəsinə fərq qoymadan türklərə olmazın divan tutmaqdaydılar.
Azərbaycanlıların soyqırımı ilə bağlı beynəlxalq tədbirə toplaşanlar göz yaşlarına bələnmişdilər. Ekrandan izlədiklərinə kimsə biganə qala bilmirdi, o cümlədən, əcnəbilər də. Yalnız tək-tük kişilər güc-bəla göz yaşlarını içinə axıdırdı. Nəzərlərini ekrandan ayırmayan bircəcik qadınsa, sanki, buz heykəldi. Bayaqdan gözlərindən bircə gilə də olsun yaş gəlməmişdi. Oğrun-oğrun ona diqqət kəsilənlər çaş-baş qalmışdılar. Bəzilərinin səbri tükənməkdəydi. Əsəblərinə yiyə dura bilməyən kəslərdən biri tədbir başa çatar-çatmaz qaranəfəsə özünü təşkilatçılara yetirdi.
- Bu qadının milliyyəti nədi, bunu haradan tapıb tədbirə dəvət eləmisiniz... Bu boyda zıppıltının qabağında bircəcik tükü belə tərpənmədi?!
Tədbirin təşkilatçıları “günahlandırılan” şəxs duyuq düşməsin deyə anındaca kəmhövsələ kişini yanlayıb kənara çəkdilər. Qulaqlarına pıçıldananlardan həmən kəs yerin yarılmasını dilədi.
- Bəsdir, küfr eləmə... Nişan verdiyin qadın şəhid anasıdır, hər iki oğul övladı Vətən uğrunda canından keçib...
***
Ruh da cövlan edərmiş
(Hekayə)
Şadlıq sarayında bir ruh cövlan edirdi. Bunu ta toyun əvvəlindən axırınacan bircə şəxs sezdi, qardaşının oğulu. Onun adını da məhz həmin əmisi qoymuşdu. Övladlarından yaşca böyük olan qardaşı oğulunu əmisi sağlığında doğma balalarından da çox sevərdi. Onun da əmisinə istəyi tükənməzdi.
Toyun səbəbkarının sinni qırxı da ötmüşdü. Bütün bacı-qardaşları çoxdandır ailə qursalar da, o, subaylığın daşını atmaq fikrindən uzaq düşmüşdü. Beləcə valideynləri, o cümlədən, balalarından ötrü Tanrının istənilən sınağına hazır olan atası da ipə-sapa yatmayan övladının toyunu görmədən bu dünyadan köçmüşdü. Ötən müddətdə qəbir evində də oğuluna dularını əskiltməmişdi. Nəhayət, bu ümdə arzusu çin olmuşdu. Şadlıq sarayı boyunca xoşbəxtlik carcısı təkin süzməkdəydi.
Toy axarına düşən anda ruh hədsiz sevincini bölüşmək üçün sevimli qardaşı oğuluna sarı yönəldi, arxa tərəfdən onun boynuna sarıldı. Həmən kəs də anındaca əmisinin hənirtisini duydu, kürəyini qarsıdan istini ətrafdakılara büruzə verməməyə çalışdı. Fəhmi ilə anlayırdı ki, buna kimsəni inandırmaq mümkün olmayacaq. Ən yaxşı halda onu kefli sanacaqdılar.
- Nəsə birtəhərsən, özünü yaxşı hiss eləmirsən deyəsən, beş-on dəqiqliyə təmiz havaya çıx, hər şey qaydasına düşəcək...
- Yox, heç bir problem yoxdur. Narahat olmayın, sadəcə bir qədər çox duyğulandım, axı, mən də hamınız kimi bu büsatı illərdi səbirsizliklə gözləyirdim...
- Başa düşürük, amma sən kişisən, çalış, özünü toxtaq tut...
- Çalışıram...
Elə bil, əmisi bu kəlmələrə bənd imiş, bir silkindi ki, gəl görəsən... Onun şadlığından şahə qalxan sinəsi qardaşı oğlunu da dağ kimi yerindən oynatdı. Bayaqdan iç dünyasını çalxalayan duyğularına çətinliklə sinə gərən əmioğludan bir kükrəmə qopdu ki, gəl görəsən. Sanki, bulağın gözü açıldı, onun göz yaşları selə döndü. Az qala toy yaddan çıxa, hamılıqla ha əlləşsələr də, onu ovundura bilmədilər ki, bilmədilər. Azacıq özünə gələn təkin, əmisinin olmazın şadlığından tit-tir əsən sinəsi kürəyini “döyəclədikcə”, o da istər-istəməz doğmasının sevinc yaşlarına şərik olurdu.
Beləcə məclisə aş verilənədək əmi-bala ürəklərini birgə boşaltdılar. Bir də toy başa çatmaqdaykən əmisinin ruhu bir daha ona bərk-bərk sarılandan sonra şadlıq mağarı boyunca qıyya vuraraq qeybə çəkildi. Elə bil, himə bəndmiş, anındaca onun da göz yaşları xırp kəsildi. Təkcə onu anlasınlar deyə deyil, həm də atalarının sevincinin yerə-göyə sığmadığından hali olsunlar deyə bayaqdan bəri baş verənləri əmisi oğullarının bəzisinə söyləsə də, aydınca sezdi ki, ona axıra qədər inan tapılmadı. Əksəriyyət büruzə verməsə də, bunu ya onun kefliliyinə, ya da həddən ziyadə kövrək olmasına bağladı. Neyləmək olardı, reallıq beləydi. Ona ömürlük qalan isə əmisinin aşıb-daşan sevincindən ona düşən əvəzsiz pay oldu.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır