22:54 / 24-04-2024
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
21:42 / 24-04-2024
Erməni xəyanəti: həkim 40 türk əsgərini zəhərləyib
20:28 / 24-04-2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışını edib - Fotolar
19:29 / 24-04-2024
İran qoşunları Suriyanı tərk edir
19:16 / 24-04-2024
“Su-35”-lər "Patriot"-u aldada bilir
19:04 / 24-04-2024
Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib
17:55 / 24-04-2024
Milli Məclis 3150 manatlıq kompüteri niyə 6 minə alır? - 830 minlik tenderlə bağlı qalmaqal
17:46 / 24-04-2024
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
17:29 / 24-04-2024
24 Aprel - Erməni Yalanı Günüdür
17:16 / 24-04-2024
Şadlıq saraylarında şişirdilmiş qiymətlər... - Ekspertdən şərh
17:04 / 24-04-2024
Keçmiş nazirin meyiti tapılıb
16:56 / 24-04-2024
Rus ordusu daha bir yaşayış məntəqəsini ələ keçirib
16:44 / 24-04-2024
Məhkəmə saxlanılan nazir müavini ilə bağlı qərar verib
16:35 / 24-04-2024
Lukaşenko: "Anlamaq olmur, onlar bununla kimin qarşısını almaq istəyirlər?"
16:30 / 24-04-2024
Avropa qeyri-adi vəziyyətlə üzləşib
16:26 / 24-04-2024
Sabiq icra başçısının növbəti məhkəməsi keçirilib
16:08 / 24-04-2024
Yeni robotlar satışa çıxarılıb - Video
15:57 / 24-04-2024
Ərdoğan Almaniya prezidentini qəbul edib
15:26 / 24-04-2024
Borrell: "İranla diplomatik münasibətləri kəsmək olmaz"
15:12 / 24-04-2024
Ələsgər Məmmədlinin sağlıq durumu pisləşir
14:30 / 24-04-2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
14:30 / 24-04-2024
İlham Əliyevlə Sadır Japarov görüşüb, yeni sənədlər imzalanıb - (Yenilənib)
14:17 / 24-04-2024
Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
13:40 / 24-04-2024
İnfoqrafiya heyvanların ömrü haqqında nə deyir?
13:21 / 24-04-2024
Azərbaycanda Rusiya əleyhinə ikinci cəbhə olmayacaq
13:12 / 24-04-2024
Xəzər dənizində birgə təlimlər başlayıb
13:00 / 24-04-2024
Prezident generalı təltif edib - Sərəncam
12:48 / 24-04-2024
MMA döyüşçülərinin həbs müddəti uzadılıb - Biri azadlığa buraxılıb
19:13 / 20-04-2024
Bakıda taxta bazarında yanğın olub - Fotolar (Yenilənib)
22:20 / 20-04-2024
ABŞ Ukraynaya 61 milyard dollar ayırıb
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
18:01 / 21-04-2024
Dünyanın idman paytaxtı olması üçün Bakının namizədliyi irəli sürülüb
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
00:37 / 20-04-2024
Hikmət Hacıyev: "Bu, diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
13:13 / 20-04-2024
Müğənni Cavanşir Məmmədov vəfat edib
14:10 / 23-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
Naqislər ona görə güclüdür ki...
Tarix: 07-10-2017 13:04 | Bölmə: Firuz HƏŞİMOV
Mən fələkzədə doqquz il bundan əvvəl yazdıqlarıma qayıtmağa məcburam. İndi səbəbini biləcəksiniz... Rəhmətlik Əli bəy Hüseynzadə bu misraları yazanda, elə bil bizim günlər üçün demişdir:
Bizim yerlərdə hürriyyət əsarətdən ibarətdir,
Maarif nuru yoxdur, nur zülmətdən ibarətdir.
Tərəqqi eyləmək maziyə ricətdən ibarətdir.
Bizim əşarımız asari-qəflətdən ibarətdir.
İndi çoxları bunu oxuyub heç nə başa düşməyəcək. Necə də başa düşsün? Orta məktəbdə hansı müəllim şagirdlərə klassik əbədi dilimiz haqqında ətraflı biliklər verib?
Ali məktəblərdə də vəziyyət göz qabağındadır. Pedaqoji Universiteti bitirmiş neçə-neçə məzunla görüşüb söhbət etmişəm. Bu zavallılar nə Dostayevskini, nə Pol Elüarı, nə Verdini, nə də Sultan Məhəmmədi tanıyırdılar.
Fikir verdiniz, mən dörd ad çəkdim, yazıçının, şairin, bəstəkarın və rəssamın. Mənim kimi siz də balaca bir eksperiment keçirin... Dəhşətə gələcəksiniz!
Mənəvi mühitmizdəki vəziyyət keçən əsrin 20-30-cu illərini xatırladır. Kollektivləşmənin ilk illərində tar-mar olmuş ölkədə imansızlıq, rəhmsizlik necə hökmfərma idisə indi də elədir. Onda da qələm əhli fövqəladə səlahiyyətlər almış “Allahsızlar İttifaqı”nın, komsomol və partiya təşkilatının bütün əmrlərini dinməz-söyləməz yerinə yetirməli idi, indi də heç kim Prezident Adminstrasiyasında oturmuş “dahi” ...loqların göstərişlərindən bir addım qırağa qoymamalıdır.
Vay o redaktorun gününə ki, ötkəmliyi ilə tanınan bir müəllifin balaca yazısını çap eləsin. Başına elə oyun açırlar ki, adı yadından çıxır.
Sovet hakimiyyəti illərində istər titullu, istərsə də az-maz adı çıxmış ziyalıların tənqiddən immuniteti vardı. Kimin hünəri vardı Mərkəzi Komitənin işarəsi olmadan bir titullu sənət adamına söz deyəydi? Mən hələ yuxarıların rəğbətini qazananlardan danışmıram. Əksər ziyalılar üsul-idarənin onlara verdiyi toxunulmazlıq hüququndan eninə-uzununa istifadə edirdilər:
“Mənə heç kim söz deyə bilməz, plenumda məni təriflədilər!”, “Özünüz gördünüz katib əlimi necə sıxdı!”, “Kitabımı mükafata təqdim ediblər!” və s.
Bu kimi daşdan keçən dəlillərlə özünü sığortalaya bilmiş ziyalı hürriyyət nəsimi əsən kimi çaşıb qaldı. Demokratik ab-havadan cürətlənmiş, amma hələlik yaxşı ilə pisi bir-birindən ayıra bilməyən cavanlar mətbuat səhifələrində aləmi bir-birinə vuranda titullular yavaşca qırağa çəkildilər.
Çox keçmədi ki, iqtidar bu zümrəni orden-medallarla, yüksək təqaüdlə, imtiyazlarla öz tərəfinə çəkə bildi. Üç-dörd il keçməmiş bu zümrənin törəmələri ayıq fikirli, pak əqidəli, “müstəqillik eyforiyası”ndan ayılmamış cavanları mənən sındıra bildilər. Sınmayanlar, baş əyməyənlər ya zindana atıldılar, ya da cəlayi-vətən oldular. Bibliyada deyilən kimi, hər şey yenə də əvvəlki məcrasına qayıtdı.
Ən dəhşətlisi də bu oldu ki, keçmişimizi, tariximizi çirkaba batıran, bolşevik ideoloqların bütün tələblərinə cavab verən filmlər təzədən ekrana çıxarıldı. 30-50-ci illərdə neçə-neçə ev yıxmış, neçə-neçə gəncin, görkəmli ziyalıların axırına çıxmış əbləhlərin başlarına yenidən şöhrət çələngi qoyuldu. Bizə dədə-babadan xas olan yerliçilik mərəzi bir daha özünü göstərdi.
Birinci ricət
Bu yaxınlarda qəzetlərin birində hansısa “ayran vətənpərvəri” qəzəbnak olub Səməd Vurğunun müdafiəsinə qalxmışdı. Sözündən belə çıxırdı ki, o şair barədə heç kim söz deyə bilməz, çünki... Müşfiqin özü də vaxtilə hakim üsul-idarənin şəninə şeirlər yazıb. Qələm zinası buna deyirlər!
Bu alimnümanın diqqətinə çatdırmaq istərdim ki, Müşfiqin bu səpkidə şeirlərini barmaqla saymaq mümkündürsə, Vurğunun bütün yaradıcılığı bolşevik ideologiyasına sədaqət, onu mədh etmək üzərində köklənmişdi. Heç kim onun lirikasına qulp qoya bilməz! Bu tamam başqa söhbətin mövzusudur... Burada söhbət kişilikdən, yenilməzlikdən, məsləkdən gedir.
Müşfiqin nə üçün qətlə yetirildiyini bilirik, o kişi kimi bir tarın üstündə eşafota qalxdı! Bacısı da özünü yandırdı, Dilbəri əzablara düçar oldu.
S.Vurğun isə yazırdı: “Mən nə Sanılıyam, nə də Cavadam, onlara düşmənəm, onlara yadam!”
Əhməd Cavadın körpə uşaqlarını müxtəlif yetimxanalara göndərdilər ki, it-bat olsunlar, Şükriyyə xanımın çəkdiyini Allah düşmənlərimizə də qismət eləməsin.
S.Vurğunun uşaqları isə dəhşətli aclıq illərində Kislovodskidə, başqa səfalı kurortlarda yeyib-içirdilər. Cavid kimi əzabkeşin əhli-əyalı oradan buraya, burdan oraya köçürüləndə, kiprikləri ilə od götürəndə Səməd Vurğunun həyat yoldaşı Xavər xanımın necə günlər keçirtdiyini, hansı cah-cəlal içində yaşadığını hamımız bilirik.
Salman Mümtaz bir qədim əlyazmanı tapıb öyrənmək üçün olan-qalanını qurban verirdi. Səməd Vurğun isə yazırdı: “Xəbər göndərilsin Ərəbistana, tonqalda yandırdı anam Quranı!”.
Polad Bülbüloğlunun mənhus göstərişi əsasında kitab palatasının məhv edilməsi 30-50-ci illərin “korifeyləri” sayılanların müdafiəçilərinə dəstək oldu. İndi nə qədər axtarsanız bolşevik məddahların, Müşfiqdən, Əhməd Cavaddan, Caviddən, digər qeyrətli kişilərdən çuğulluq etmiş şair və yazıçıların bir köhnə kitabına rast gəlməzsiniz. Arxivlərə də çoxdan əl gəzdirilib... Qarabağlılar demişkən, at ölüb, itlərin bayramıdır.
Müşfiqin üzərinə də çirkab atmağa cəhd edən alimnüma arada İsmayıl Şıxlının bəzi sözlərinə də isnad edir. Mən dəfələrlə demişəm və yazmışam ki, İ.Şıxlının yerliləri tərəfindən reklamlaşdırılmış “Dəli Kür” romanı xalqım üçün ləkədir, bu cür əsərlərə ruslar “paskvil” deyirlər. Yenə də deyirəm, istənilən disputda, istənilən auditoriyada, istənilən filoloqla üzbəüz oturub, qızışıb eləmədən ittihamlarımı sübut edə bilərəm.
Səməd Vurğunu imam övladı kimi təqdim etmək xatirinə Muşfiqi araya qatmaq istəyənlərə məsləhətim budur ki, odla oynamasınlar. Biz abrımıza qısılıb, çox şeyləri açıb ağartmırıq. Sizə susmaq məsləhətdir.
Nəhayət, bu mübahisələrin yeridir? Ölkənin tən yarısı düşmən əlində, milli irz-namus tapdanıb, yırtıcı vampirlər göz qabağında məmləkəti tarac edib milləti quru yerdə qoyublar, heç bir yerdə fəqirin, kasıbın üzünə baxan yoxdur, belə əsnada “bu yaxşıdır, o pisdir”,- sözünü dünyadan köçmüş sənətkarlar üçün işlətmək vallah qəbahətdir.
Mən binəva isə S.Vurğunun müdafiəsinə qalxanlara müraciət edirəm, ağalar, bir öyrənin görün niyə bu 26 il ərzində bütün xalqı yerindən oynada bilən bir rəsm, musiqi əsəri ortaya qoyulmayıb?
Bu “ayran vətənpərvər”lər bir qərinə ərzində mənəviyyatımıza qənim kəsilmiş həşaratın əleyhinə ikicə kəlmə söz yazmadılar. Elit fahişələrə, hamının “mavi” kimi tanıdığı subyektlərə fəxri adlar veriləndə biri etiraz eləmədi.
Bir neçə gün bundan əvvəl Moskva telekanallarının birində məşhur rus rəssamı İ.Qlazunovla geniş müsahibənin lent yazısı göstərilirdi. Heyranlıqla düz bir saat diqqət kəsildim, gözlərimi ekrandan çəkmədim. Təəssüratımı qələmə ala bilmirəm... Sənətkar, ziyalı olanda beləsindən olasan.
“Morda”ları bizim telekanalizasiyadan düşməyən heyvərə, yaltaq “fəlsəfə doktorlarına”, “....loqlara”, hərşeyşünas lotulara da ziyalı deyim, Qlazunova da?!
Bu sözlərimi kim təhqir kimi qəbul edirsə, özü bilər, amma hal-hazırda mənim vətənimdə onun dırnağına dəyən bir sənətkar görmürəm. Belə ziyalısı, belə sənətkarı olan xalqa zaval yoxdur!
İkinci vacib ricət
Eşidəndə ki, Əlisa Nicat Prezident təqaüdü almaq üçün ora-bura üz tutub, dünya başıma fırlandı. 60 ildir onunla səmimi münasibətim var, çörək kəsmişik, bəzi tədqiqatlarına münasibətim birmənalı olmasa da, onu nadir şəxsiyyət kimi sayıram. İqtidar fəxr etməlidir ki, məmləkətdə belə gözəl publisist, əsl sənət xiridarı, mərd-mərdanə sözü üzə şax deyən kişi var. Məsəl var deyərlər, zər qədrini zərgər bilər. 25 il ərzində dövlətçiliyin ali məramları naminə iqtidarı canla-başla müdafiə etmiş bir publisist kimi cəsarətlə deyirəm, hakimiyyətin bir hissəsi bir ovuc iman, insaf, milli qeyrətin nə olduğunu qanmayan dəstənin pəncələri altındadır.
Əziz Əlisa müəllim, bu iqtidar bizi müalicə olunmaq, ləyaqətlə yaşamaq, abırla dünyadan getmək, doğma torpaqda insan kimi dəfn olunmaq hüququndan da mərhum edib. Üç dəfə Prezidentə müraciət etdim ki, mənə pulsuz-parasız qəbir yeri versin, çünki bir məzar ən aşağısı 700 manata başa gəlir. Cavab verən olmadı... Əksinə, məni iki min manat cərimə etdilər, guya mən Saray məddahı Elmira Axundovanı təhqir etmişəm. İkinci aydır ki, dilənçi təqaüdümdən yüz manat kəsirlər. Çox istərdim ki, arı yeyib namusu atanlar bu dəfə də məni məhkəməyə verib təqaüdümün qalan 80 manatını da əlimdən alsınlar.
Əziz Əlisa müəllim, son 15-20 ildə fəxri adlara, mükafatlara, yüksək təqaüdlərə layiq görülmüş insanların bir qismini tanıyırıq. Acından ölərəm, amma onlarla bir cərgədə durmaram. Şəxsən istəməzdim ki, siz də bu “şərəfə” nail olasınız.
Siz kimdən mərhəmət umursunuz? Zavallı məmləkətin ideoloji təhlükəsizliyi üçün cavabdeh olanların sər-sifətlərinə, danışıq tərzlərinə, ağızlarından cari etdikləri “kəlamlara”yaxşı fikir verin. Bu unikumlarla Azərbaycan zəfərlərə yox, növbəti fəlakətə doğru gedir. Bu iqtidar teleməddahları, fəxri adlara layiq görülmüş mütrüfləri, efiri, səhnələri inhisara almış lakey xislətli yazarları qoyub bizə əl tutacaq? Vaxtilə təntənəli iclaslarda L.İ.Brejnevin
“memuarlarını” ağızları köpüklənə-köpüklənə tərifləyənlərin törəmələri, indi nəinki Prezidentin, onun haqqında cildlərlə primitiv xaltura yazanların qarşısında belə səcdə edirlər.
Əziz Əlisa müəllim, belə mühitdə yaşamaq, bu ab-hava ilə nəfəs almaq vallah günahdır. Məktəbdən kənarda qalmış kasıb-kusub balalarının, cariyə kimi “priton”larda əldən ələ keçən bədbaxt qızların, fəryadı, şikayəti heç yerdə eşidilməyən sımsarsız əlillərin, veteranların say-hesabını dəqiq bilən yoxdur.
Əziz Əlisa müəllim, bu iqtidarın qarşısında əyilmək, ondan rəhm ummaq ikimizə də yaraşmır.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz HƏŞİMOV
Bölməyə aid digər xəbərlər