13:25 / 29-03-2024
Vergi orqanlarının işçilərinin maaşları artırılır
13:12 / 29-03-2024
İran niyə İsraillə böyük münaqişədən çəkinir?
12:42 / 29-03-2024
Sabahın hava proqnozu açıqlanıb
12:27 / 29-03-2024
Deputat Qüdrət Həsənquliyev: "Azərbaycanda belə hadisə olsa, necə olacaq?"
12:17 / 29-03-2024
Füzuli şəhərinə daha 35 ailə köçürülüb - (Yenilənib)
12:13 / 29-03-2024
Çinin yeni raketi heyrətləndirir
12:08 / 29-03-2024
Rusiyada hərbi səfərbərlik başlayıb
12:07 / 29-03-2024
Fövqəladə rejimlə bağlı qanun sərtləşdirilib
12:04 / 29-03-2024
Səfir Rusiya-ABŞ münasibətlərinin yaxşılaşmasından danışıb
11:58 / 29-03-2024
ABŞ-nin NATO-dan çıxması məsələsi qaldırıla bilər
11:51 / 29-03-2024
Berbok: “Almaniya Qəzzada təhlükəsizliyi təmin edə bilər”
11:41 / 29-03-2024
Bu siniflər üzrə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq
11:38 / 29-03-2024
“Su təchizatı və tullantı suları haqqında” qanun dəyişib
11:28 / 29-03-2024
“Crocus City Hall”da xəsarət alanların sayı 382 nəfərə çatıb
11:16 / 29-03-2024
Daha 163 dövlət əmlakı hərraca çıxarılacaq
10:56 / 29-03-2024
Ermənistanda Solovyovun verilişləri qadağan edilib
10:41 / 29-03-2024
Üçqat dünya çempionu həbs olunub
10:33 / 29-03-2024
AzTV Arayikin müsahibəsini niyə yaymayıb? - Açıqlama
10:09 / 29-03-2024
Türkiyənin 20 şəhərində əməliyyat: daha 70 FETÖ üzvü qandallanıb
09:49 / 29-03-2024
Xankəndidə yenə silah-sursat tapılıb
09:37 / 29-03-2024
Ağstafa rayon sakini narkotiklə tutulub
09:25 / 29-03-2024
Politoloq apellyasiya şikayəti verib
04:10 / 29-03-2024
Ermənistan KTMT-də iştirakını dondurub
03:54 / 29-03-2024
Məşhur jurnalisti öldürmək istəyirlər
03:18 / 29-03-2024
UEFA AVRO-2024-ün reqlamentini dəyişdirə bilər
03:14 / 29-03-2024
Müqavilə imzalanıb: Ukraynaya bir milyon mərmi göndərirlər
18:40 / 24-03-2024
Rusiyada terror aktı: ölənlərin sayı dəqiqləşib - Həbslər var (Yenilənib) - Video
01:32 / 25-03-2024
Qanlı qarşıdurmalar Hollivud ulduzları arasında fikir ayrılığına səbəb olub
00:53 / 25-03-2024
Erməni kanalları Azərbaycanla bağlı yalan məlumat yayıb
23:09 / 24-03-2024
Hərbi qulluqçumuz özünü öldürüb
22:31 / 25-03-2024
Azərbaycan millisi Bolqarıstan yığması ilə qarşılaşıb - Yenilənib
00:23 / 26-03-2024
Millinin üzvlərinə vəd olunan 40 min manat verilməyəcək
17:17 / 24-03-2024
Prezident İlham Əliyev Putinə zəng edib
18:42 / 24-03-2024
Rusiyanın atdığı raket Polşa ərazisinə keçib
12:26 / 27-03-2024
Füzuli şəhərinə daha 134 nəfər köçürülüb - (Yenilənib)
21:14 / 25-03-2024
Rusiyada terror aktı: daha bir nəfər həbs olunub
11:06 / 25-03-2024
İcra başçısına sui-qəsd hazırlayan şəxs həbs edilib - Video
14:49 / 25-03-2024
Ermənistan Rusiyadan nə qədər uzaqlaşıb? - İrəvanda çığır-bağır və reallıq
Ruhumuzu necə xilas etməli?
Tarix: 18-03-2019 00:22 | Bölmə: Kənan HACI
Vaqif Osmanovun “Üzərində əsməli” kitabı üzərinə notlar
Üzərində əsdiyimiz dəyərlər tədricən deformasiyaya uğrayır və biz bu prosesin qarşısında son dərəcə aciz bir durumdayıq. İnsan təfəkküründən sui-istifadə edənlər bəşəriyyəti təhdid edən silahlar ixtira edəndə bu şeytan əməlinin bizi hara aparıb çıxaracağını xəyalımıza belə gətirə bilməzdik. XXI əsrin ortalarına doğru irəliləyirik. Nələr baş verir? Texniki tərəqqi insanı elə bir yerə aparıb çıxaracaq ki, orda daha insana ehtiyac qalmayacaq. Robot qardaş bizim əvəzimizə bütün işləri görəcək və biz lazımsız əşya kimi tarixin zirzəmisinə atılmış olacağıq. Yuvah Noah Harari “XX əsr üçün 21 sual” kitabında artıq həyəcan təbili çalmaqdadır. Nanotexnoloji proseslər insanı öz həyat tərzinə tez-tez düzəlişlər etmək məcburiyyətində qoyur.
Belə bir zamanda bizim dəyərli aşardırmaçı-yazar dostumuz Vaqif Osmanov bir kitab yazır. Adı da belədir: “Üzərində əsməli”. Son dərəcə maraqlı və diqqətçəkən addır. Və bu kitab bizi insanlaşmağa səsləyir. İnsanların mənəvi yoxsulluqdan əziyyət çəkdiyi, ruhi tarazlığını itirdiyi bir çağda belə kitabların yazılması nə qədər gözəldir. Zatən, texniki tərəqqi qaçılmazdır, elm inkişaf etdikcə bəşəriyyəti də yeni epoxaya sürükləməkdədir. Amma və lakin... hər şeydən əvvəl biz insanıq axı. Ruhani mahiyyətin daşıyıcısıyıq. Saatın içindən batareyanı çıxaranda o işləmir, insanın içindəki batareya da Ruhdur. Ruhsuz insan cansız əşyadan heç nəylə fərqlənmir. Biz Ruhumuzun xilası üçün çalışırıq. Üzərində əsməli olduğumuz bir şey varsa, o da Ruhdur. Ruhumuzu öldürməyə çalışırlar, idrakımız isə müqavimət göstərir. Ruhumuzu qoruyanlar sadə və müdrik insanlardır, onlar heç vaxt heç yerdə gözə görünməzlər, ruhani həyat tərzi onlara öyünmək imkanı vermir. Mütəvazi bir ömrün içində böyük ideyaları əzmlə, inadla, böyük inam hissiylə çiyinlərində daşıyırlar. Vaqif Osmanov da bu qəbil insanlardandır.
Mən onu ədəbi-tənqidi yazılarından tanımışam. Sonralar öyrəndim ki, tamamilə başqa sahədə çalışır, hidrometeorologiya üzrə mütəxəssisdir. Sən demə, yerin landşaftına yaxşı bələd olduğu kimi, ədəbiyyatı da meteoroloji hadisə kimi dərindən öyrənib tədqiq etməyi bacarır. “Üzərində əsməli” kitabı qələm dostumuz Ayaz İmranoğlunun yaradıcılığına fərqli baxış ortaya qoyur. Onlar yaxın dost olmaqdan əlavə həm də ruhdaşdırlar. Bizdə dostun dost haqqında yazması birmənalı qarşılanmasa da düşünürəm ki, əsl dost haqqında elə xas dost yazmalıdır. (Bir az yanıltmaca oxşadı deyəsən.) Çünki onu hamıdan yaxşı tanıyan da elə öz dostudur.
Kitaba Asif Ata Ocağını uzun illərdən bəri sönməyə qoymayan dəyərli düşüncə adamı Safruh ön söz yazıb. Bu da təbiidir. Vaqif Osmanov bu kitabı Mütləqə İnam nöqteyi-nəzərindən qələmə alıb, Ayazın sosial-ictimai və emosional faktorlar üzərində qurulan bədii mətnlərindəki Mütləqə İnam fəlsəfəsini tədqiq edərək çox maraqlı nəticələrə gəlib. Ayazın mətbuatda ara-sıra hekayələrinə, şeirlərinə rast gəlirəm. Onun minimalist şeirlərində, ibrətamiz hekayələrində səngiməyən bir ağrı var, hər bir qələm adamının içini didən bu ağrını Ayaz fərqli, özünəməxsus şəkildə ifadə edir. Vaqif müəllim yazıçının “Təzə gəlin”, “Məcnunsuz dünya” povestlərində, “Göynurun üsyanı”, “Dayə” hekayələrindəki mifologiyadan, folklordan, xalq inanclarından qaynaqlanan məqamları ədəbi tənqid nöqteyi-nəzərindən incələyir. Hiss olunur ki, müəllif ədəbi fakta, hadisəyə hərtərəfli bələd olmaqla yanaşı həmin faktın, hadisənin mənşəyini, törəmə səbəblərini, təzahür kontekstini də təfərrüatı ilə bilir. O, bu mətnlərin fəlsəfəsini və Mütləqə İnam ideyasının bu mətnlərdəki təzahürünün modelini müəyyənləşdirir. Ən diqqətçəkən cəhət odur ki, kitabın müəllifi Ayazın yazılarını təhlil etdikcə həm də Mütləqə İnam fenomeninin genotipini araşdırır. Bu fəlsəfənin yaradıcısı bir insan, filosof olaraq həyatını bir ictimai hadisə kimi yaşamağı bacardı. Onun fəlsəfi təliminin kökündə Zərdüştlük dayanırdı. Bu, Asif Ata fenomeninin genotipidir. Vaqif Osmanov da bu ideyaları öz yaradıcılığında daşıyan bir yazıçının şeir və hekayələrinə məhz bu prizmadan yanaşır, zərrə qədər də bu xəttdən kənara çıxmır. Sözsüz ki, belə sistematik yanaşma tənqidçidən peşəkarlıq tələb edir.
Yuxarıda qeyd etdik ki, müəllif dostunun mətnlərini Asif Ata fəlsəfəsinə söykənərək ədəbi təhlil predmetinə cəlb edir. Ayaz İmranoğlu özünü məhz bu fəlsəfi təlimdə tapmış və identifikasiya etmiş qələm adamıdır. Onun özünüaxtarışları Ocaqla sonuclanır. Asif Ata nə deyirdi? Deyirdi ki, “ürəyinizdə Günəş olsun!” İşıqlı adamlar olmasa, dünya qaranlığa bürünər. Maarifçiliyin də mahiyyətində işıq, aydınlanma dayanır. Ziyalı sözünün kökündə “ziya” sözü var. Ziyalıya aydın deyirik, yəni toplumu aydınlığa çıxaran adam. Asif Ata bizə həqiqətin üfüqlərini göstərirdi, bizi yabançı ideologiyanın əlindən alıb özümüzə aparan yolları nişan verirdi. İnsanı ümidsizliyin bihuşdarından ayıldıb özünə inanmağa sövq edirdi, konformist düşüncəni alt-üst edirdi. Asif Ata özündən sonrakı nəslin düşüncəsinə ciddi şəkildə təsir göstərə bildi. Elə haqqında yazdığım kitab bunun ən gözəl nümunəsidir. “Üzərində əsməli” kitabında Asif Ata fəlsəfəsindən əsintilər var.
Mən bu kitabın məziyyətləri haqqında danışmayacam. Məqsədim bu deyil. Vaqif Osmanov və Ayaz İmranoğlu həyatım boyunca tanıdığım insanların içində seçilənlərdəndirlər. Riyasız, boyasız, təmənnasız, merkantil maraqlardan yüz verst uzaq, içində uşaq səmimiyyəti daşıyan bu adamlarla ünsiyyətdən, söhbətdən həmişə yüksək zövq almışam.
Bir dəfə Ayaz haqqında belə yazmışdım:
“Ayaz sanki zəhmətin yeriyən heykəlidir, zəhmət onun ilk baxışda sərt görünən simasında öz nəqqaşlığını edib. Bu sərt simanın dərinliklərində işıqla dolu bir cüt göz parlayır. Ürəyindəki işıq o sərt cizgiləri yumşaldır, ətrafdakıları da öz haləsinə bürüyür. Sadə adam necə olur deyə soruşsalar mən Ayaz İmranoğlunu nişan verərəm. Onun kimi! – deyərəm. Ayazı bizə sevdirən də onun bu böyük və möhtəşəm sadəliyidir”.
Çox qəribədir ki, içində işıq daşıyan “generator” adamlar bir-birini tez tapır və bu işığın əhatəsi bir az da böyüyür. İnsanın özünə ruhdaş, sirdaş axtarması arxetipik xarakter kəsb edir. Vaqiflə Ayazın dostluğu işığın böyüməsinə xidmət edir. Əslində onlar üç dostdurlar; şair Süleyman Abdulla bu trionu tamamladı. Bu da ayrıca bir yazı mövzusudur. Müəllif bu dostluğun söz qədər uzunömürlü olduğuna inamını belə ifadə edir:
“Günümüzün ünlü Söz adamları Süleyman Abdulla və Ayaz İmranoğlu (Nurayaz İnamsoy) ilə tanışlığımızın tarixi çox uzaqlara getməsə də tez isinişdik, bir-birimizə elə bağlandıq ki, sanki yarım əsrdir bir yerdəyik. Hətta beş-on dəqiqəlik əlüstü söhbətlərimizdə elə mətləblərdən danışırıq, fikir mübadiləsi edirik ki, bu da qısa zaman kəsiyində bir şeirin, içsəsin, harayın, deyimin, hekayənin, povestin yaranmasına bünövrə olur. Bu möhtəşəm “trio”nun təməlinin əsas özəyi əlahəzrət sözdür, söz qədər də yaşayacağına əminik”. (“Üzərində əsməli”, Bakı, 2019, səh.13)
“Üzərində əsməli” kitabında diqqətimi ən çox çəkən “Babanın Muradla söhbətləri” hissəsi oldu. Hesab edirəm ki, Ayazın nəvəsi Muradla söhbətləri uşaqlar üçün məntiqi düşünmə sənəti kimi dərsliklərə salınmalıdır. Baba ilə nəvə arasındakı dialoq, mükalimə o qədər ibrətamizdir ki, nəticədə nəvə mütləq kamil insan kimi yetişəcək. Baba uşağın psixologiyasına bələd olduğundan onun üçün anlaşılmaz olan nəsnələri sadə və aydın dildə ona izah edir. Babanın izahları nəvənin gözləri qarşısında mənəvi dünyanın qapılarını taybatay açır. Nəvə dünyanı suallarla kəşf edir və bu sirli dünyanın açarı babanın əlindədir. Babası balaca Murada İnam, İradə, Məslək, Əqidə haqqında danışır və uşaq bu anlayışların hər birini canlı insan kimi təsəvvür edir. Onlar Muradın dostlarıdır və onun gələcəkdə şəxsiyyət kimi yetişməsində hər birinin böyük rolu olacaq. Bu duyğu oxucuda dərin təəssürat oyadır. Kaş bütün babalar Ayaz İmranoğlu kimi müdrik olaydı.
Kitabda müəllifin Ayaz İmranoğlunun şeirləri üzərinə “Fikir gəzişmələri” də yer alır ki, bu aforizm yüklü fikirlər tutumu, sambalı, dərinliyi ilə oxucunu düşündürür. “İnamın gəlişi” qəzeti üçün apardıqları söhbət də əhatəliliyi ilə maraq doğurur.
Bu kitabı yazdığı üçün Vaqif müəllimə dərin təşəkkür düşür. Ayaz İmranoğlunun mətnlərinə sərraf gözüylə yanaşıb və onun söykəndiyi, istinad etdiyi ideoloji təməl prinsiplər nöqteyi-nəzərindən təhlil edərək müəyyən nəticələrə gəlib. Əlbəttə, bu çaparaq düşüncələr təhlil haqqında təhlil deyil, ürəkdən gələn dost sözüdür.
Bu kitabın çapdan çıxması və Ayazın doğum günü münasibətilə hər iki dostumu ürəkdən təbrik edirəm! Asif Ata demiş: “Ürəyinizdə həmişə Günəş olsun!”
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır
3-04-2020, 17:50
Kənan HACI - Virussuz dünya və ya Hararinin görə bilmədiyi fəlakət - Kənan Hacı yazır