12:26 / 19-03-2024
Sabah hava necə olacaq? - Proqnoz
12:24 / 19-03-2024
İsrail və HƏMAS Dohada atəşkəsi müzakirə edir
12:14 / 19-03-2024
Avropada NATO-nun ən böyük hərbi bazası qurulur
12:14 / 19-03-2024
Jurnalistin anasının ölüm faktı araşdırılır
12:07 / 19-03-2024
Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb
11:43 / 19-03-2024
Rusiya Sumıdan yeni hücuma başlaya bilər
11:19 / 19-03-2024
Güclü maqnit qasırğası olacaq
11:13 / 19-03-2024
Pakistanda zəlzələ baş verib
11:08 / 19-03-2024
Mask yenə Baydeni tənqid edib
11:06 / 19-03-2024
Mehriban Əliyeva xalqı təbrik edib - Foto
11:04 / 19-03-2024
Tramp: “Ramasvamidən vitse-prezident də olmaz”
11:00 / 19-03-2024
"AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur"
10:59 / 19-03-2024
Hakan Fidan: “Lavrovla dialoq alınır”
10:54 / 19-03-2024
Ukrayna Krıma zərbələr endirsin!
10:37 / 19-03-2024
İsrail Rəfaha hücum edib: 14 fələstinli həyatını itirib
10:30 / 19-03-2024
Paşinyan: "Azərbaycanla delimitasiya prosesi praktiki mərhələyə qədəm qoyur"
10:20 / 19-03-2024
Xankəndidə yenə silah-sursat aşkarlanıb
10:07 / 19-03-2024
FHN Novruz bayramı ilə bağlı xəbərdarlıq edib
09:54 / 19-03-2024
Türkiyədə terrora hazırlaşan suriyalılar saxlanılıb
09:38 / 19-03-2024
Bakıda daha bir nəfər dəm qazından ölüb
00:07 / 19-03-2024
Azərbaycanda Novruz bayramı qeyd olunur
23:26 / 18-03-2024
Doğru seçim - Hikmət Sabiroğlu yazır
23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
23:00 / 18-03-2024
Rusiya Almaniyanı soyqırımda ittiham edir
22:45 / 18-03-2024
Ramazanın 9-cü günü: imsak və iftar vaxtları
21:30 / 18-03-2024
NATO Baş katibi: "Azərbaycanla yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq" - Müsahibə
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
19:50 / 18-03-2024
Generalın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib - Foto
19:44 / 18-03-2024
Keçmiş vəzifəli şəxslərin işi məhkəmə icraatındadır
18:48 / 18-03-2024
Müğənni Rəvan Polşada klip çəkdirib - Video
16:40 / 14-03-2024
XI Qlobal Bakı Forumu işə başlayıb - İlham Əliyev tədbirdə çıxış edib (Tam mətn) - Fotolar (Yenilənib)
23:57 / 14-03-2024
Fransada ələ keçən 8659 əsər Türkiyəyə qaytarılacaq - Fotolar
23:47 / 14-03-2024
Dəhşətli statistika: dünyadakı narkomanların təxmini sayı açıqlanıb
18:01 / 16-03-2024
Xl Qlobal Bakı Forumu başa çatıb - (Yenilənib)
01:18 / 16-03-2024
Rusiyaya qarşı yeni koalisiya yaradılıb
16:47 / 16-03-2024
Xocalıda kütləvi məzarlıq: 8-nin şəxsiyyəti müəyyən edilib (Fotolar)
16:00 / 14-03-2024
Vergi işçilərinin aylıq əməkhaqları nə qədər artırılıb? - Açıqlama
18:00 / 14-03-2024
Magistraturaya qəbul imtahanlarının yekun nəticələri açıqlanıb
19:32 / 14-03-2024
Baş nazir taksi sürücüləri ilə bağlı qərar verib
23:43 / 14-03-2024
Avropa Liqası: "Bayer 04" və "Qarabağ"ın start heyətləri müəyyənləşib
16:16 / 15-03-2024
Məhkəmə “Toplum TV”-nin həbsdəki əməkdaşları ilə bağlı qərar verib
Yenidoğulmuşun şikayəti
Tarix: 15-10-2018 08:53 | Bölmə: Mahir Qabiloğlu
Doqquz ay idi ki, kefdəydim. Anamın qarnında özümçün o yana fırlanırdım, bu yana fırlanırdım. Anam evdə nə hava çalırdısa, oynayırdılar. Deyirdi ki, kabab istəyirəm: həmən ya restorana aparırdılar, ya da ki çörək arasında evə gətirirdilər. Təzə paltar geyinmək istəyəndə, alırdılar. Təmiz dağ havası da öz yerində. Anamın qarnında bu doqquz ayı Azərbaycanın bütün bölgələrini gəzdim. Yerim rahat idi. Nə edim ki, məcburi çıxartdılar məni bayıra.
Çıxan kimi də dedilər ki, ağla. Ağlamadım. Kişi də heç ağlayar? Elə bunu görmüşdüm – çimdik bir yandan, şillə o yandan. Böyük adama o cür işgəncə versəydilər səsi Avropa Məhkəməsindən gələrdi. Xülasə, mən bu işgəncəyə dözməyib başladım bərkdən ağlamağa. Demə bu ağlamaq, o ağlamaqdan deyilmiş. Ciyərlərimin açılması üçün lazımmış. Vurmaq nəyə lazım? Əvvəlcədən başa salsaydılar özüm də ağlayardım.
Sonra ağzıma şlanq soxdular, öyüyə-öyüyə qaldım. Görəsən nə yemişdim ki, bunlar mədəmi yumaq istəyirdilər, hə? Həkim xala dedi ki, sakit dur, “otsos” eləyirik. Demə dölyanı maye udmuşam, onu sorurlarmış mədəmdən aparat vasitəsilə.
Sonra arxama nəsə dürtdülər. Demə bu da klizmaymış. Yaxşı ki, vazelin vurmuşdular. Elə özümə təzə gəlmişdim ki, qoluma da, ayağıma da rezin fason qandal taxdılar. Baxdım ki, üstünə nəsə yazılıb. Nə yazılsa yaxşıdır? Aygün Məmmədova. Qışqırığım götürdü aləmi ki, ay həkim, ay akuşerka, mən kişiyəm e... 9 aydır ki, anamla atamın dığ-dığından bezmişəm. Ki, bəs mənə hansı babamın adını verəcəklər – ata-babamın, yoxsa ana-babamın. Həkim xala gördü ki, sakitləşmirəm, bir yumşaq-fason şeyi soxdular ağzıma. Adına da “soska” dedi. Məcbur olub kiridim.
Bir müddətdən sonra həkim xala yenə gəldi. Qıraqda dayanan şəfqət xalaya amiranə şəkildə “Aygünü aç, yoxlayım”,- dedi. Hirsimdən partlayırdım. Axı mən Aygün deyiləm. Mənim heç adım da yoxdur. Əynimə geydirdikləri mavi rəngli paltara baxsınlar heç olmasa. Qız olsaydım qırmızı, çəhrayı rəngdə olardı paltarım. Həkim tonusumu yoxladı. Əllərimi qaldırdı. Qollarımı kənara açdı. Ayağımın altını elə qaşıdı ki, məcbur olub yenə ağladım. Ayaq üstə tutub ayaqlarımı çarpayıya dirəşdirdi. Qarnım üstə qoydu. Hər proseduru edəndən sonra da “Afərin. Aygündə hər şey yaxşıdır”,- deyirdi. Hirsimdən partlayırdım ki, bəs mən kişiyəm, qız deyiləm. Nə edim ki, danışa bilmirdim.
Sonra həkim ürəyimə, ciyərlərimə qulaq asdı, qarnımı əllədi. Nəhayət, pampersimi açdı. Burnuna yaxınlaşdırıb iylədi, nəcisimi barmaqladı. Sünnətimi çevirəndə fürsət düşdü əlimə. Qərara aldım ki, cəzalandırım onu. Necə? Naporla işədim düz həkim xalanın sifətinə. O da “Oğraş, sən mənim üstümə işəyirsən?”- deyib, o saat üstümü əskiylə bağladı. Amma artıq gec idi. Üzünü də yumuşdum, acığımı da çıxmışdım. Amma mənə “oğraş” deyəndə pis oldum. Axı mənim anam tərbiyəli qadındır. Kim bilməsə də, mən yaxşı bilirdim ki, anam atamdan başqa heç kimlə yatmayıb. Bunu gözlərimlə görmüşdüm. Amma təhqir olunsam da, sevinirdim. Çünki həkim mənim Aygün yox, kişi olduğumu axır ki, bilmişdi. Yoxsa “oğraş” deməzdi.
Amma elədiyim yenə də ona dərs olmadı. Həkim xala üzünü şəfqət xalaya tutub dedi: “Aygün yaxşıdır. Onu yu, geyindir, ver döşə”. Sonra isə yanımdakı oğlan uşağına işarə verərək “İndi də Şərqiyyəni aç. Onu da yoxlayım”,- dedi. Qonşum da hirsləndi. Amma həkim işarət barmağını onun gözü qarşısında yellədərək “Bax a, ay oğraş, üzümə işəsən canını alaram”,- deyə əvvəlcədən xəbərdarlıq etdi.
Beləcə xəstəxanada iki gün qalıb çıxdıq. Yaxşı ki, çıxdıq. Nəhayət ki, adımı qoydular. İndi hamı məni kişi adıyla çağırır. Demə doğum evində hamını ananın adıyla çağırırmışlar. Anamın da adı Aygün, familiyası Məmmədovaymış.
Amma evdəkilərdən heç biri, hətta anam da bilmir ki, xəstəxanada başıma nə oyunlar gətiriblər. Özüm də açıb-ağartmıram. Necə etiraf edim? Adımı Aygün çağırmaqlarınımı, paltarımı mavi rəngdə geyindirməklərinimi, ora-burama dürtdüklərini demirəm hələ. Görəsən mənim taxsırım nə idi? Sonra da deyirlər ki, qulaqlarınızı çəkin, evlərdən iraq. Filankəsin oğlu qulağısırğalıdır.
2018
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mahir QABİLOĞLU
Bölməyə aid digər xəbərlər
27-10-2021, 10:26
Mahir QABİLOĞLU - İsmixan Rəhimov kimdir və ya “İstiqlal” ordeni ilk olaraq kimə verilməliydi?
12-04-2020, 18:47
Mahir QABİLOĞLU - O dünyadan Anara, Fikrətə, Sabirə, bir az da Çingizə... - Fotolar