00:40 / 18-04-2024
Ermənistan qanunsuz mühacir alverinə qoşulur
00:15 / 18-04-2024
İsrail Qəzzada məktəbi bombalayıb - 2-si uşaq olmaqla 4 nəfər ölüb
00:03 / 18-04-2024
Başlıbel qətliamından 31 il ötür
23:54 / 17-04-2024
Türkiyə yeni raketini sınaqdan keçirib
23:23 / 17-04-2024
Gəlin öz toyunda dünyasını dəyişib
22:49 / 17-04-2024
CHP sədri AŞPA-da Azərbaycana dəstəyini ifadə edib
21:23 / 17-04-2024
Vəhşi təbiətlə bağlı yeni şəkillər nümayiş olunub - Fotolar
21:16 / 17-04-2024
İran istənilən vaxt nüvə silahı yarada bilər
21:00 / 17-04-2024
9 milyon manatlıq mənimsəmə… - Məhkəmə prosesi yekunlaşır
20:49 / 17-04-2024
ABŞ Çin-Rusiya münasibətlərindən narahatdır
19:37 / 17-04-2024
Bir milyard insana və böyük iqtisadiyyata təhlükə yaranıb - Xəbərdarlıq
18:51 / 17-04-2024
Ukrayna dronları Tatarıstandakı təyyarə zavoduna hücum edib
18:00 / 17-04-2024
Xalq yazıçısı xəstəxanadan evə buraxılıb
17:51 / 17-04-2024
Rusiya Çerniqova zərbə endirib: 15 nəfər ölüb, 61-i yaralanıb
17:41 / 17-04-2024
Qərb ölkələrinin səfirləri Gürcüstan prezidenti ilə görüşüb
17:30 / 17-04-2024
Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - Video
17:06 / 17-04-2024
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
16:57 / 17-04-2024
Əfv Məsələləri Komissiyası daha 100-dən çox müraciətə baxıb
16:48 / 17-04-2024
İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü saxlanılıb
16:40 / 17-04-2024
Milli Şuranın mitinqinə icazə verilməyib
16:31 / 17-04-2024
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
16:14 / 17-04-2024
Daha bir prezident COP29-a dəvət olunub
15:54 / 17-04-2024
Gürcüstan prezidenti: "Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyacağam"
15:44 / 17-04-2024
Qəzzanın şimalında daha 13 fələstinli həlak olub
15:24 / 17-04-2024
Hadı Rəcəbli vəfat edib - (Yenilənib)
15:10 / 17-04-2024
Prezidentin köməkçisi yeni sədri kollektivə təqdim edib
15:07 / 17-04-2024
Hikmət Hacıyev: “Sülhməramlıların Azərbaycandan çıxarılması barədə qərar qəbul edilib”
15:00 / 17-04-2024
Jurnalist Cəmil Məmmədliyə hökm oxunub
14:22 / 17-04-2024
"Beşiktaş" niderlandlı futbolçu ilə anlaşıb
21:57 / 13-04-2024
Nəhəng rəqəmsal kamera kainatı araşdıracaq - Fotolar
22:08 / 13-04-2024
Nadir heyvan növü insan ovcuna yerləşir
00:07 / 14-04-2024
İran İsrailə PUA-larla hücum edib
00:02 / 15-04-2024
Ceyhun Bayramov Özbəkistana gedib - Yenilənib
08:54 / 13-04-2024
Mayk Tayson Cek Paulu hədələyir - Foto
18:06 / 14-04-2024
İordaniya Kralı COP29-a dəvət olunub
20:08 / 15-04-2024
Rusiya Ukrayna ilə savaşa özgələri göndərir
21:49 / 13-04-2024
Məşhur müğənni ağır xəstəlikdən əziyyət çəkir - Foto
09:44 / 13-04-2024
Tovuzun kəndi atəşə tutulub
11:40 / 13-04-2024
Xankəndi şəhərində silah-sursat aşkarlanıb
23:11 / 14-04-2024
Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14:18 / 14-04-2024
Azərbaycan və İordaniya müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalayıb
Sovet ailə modeli
Tarix: 12-04-2016 20:37 | Bölmə: Mahir Qabiloğlu
Bölməyə aid digər xəbərlər
Tarix: 12-04-2016 20:37 | Bölmə: Mahir Qabiloğlu
Yetim oğlanam. Subayam. Evlənmək istəyirəm. O qədər planım, arzularım var ki... Zavodda işə düzəlmişəm. Yarımı da orda tapmışam. Pulumuz yox idi, zavod bizimçün komsomol toyu elədi. Verilən hədiyyələr isə cehizimiz oldu.
Yaşamağa yerimiz yox idi. Ailə yataqxanasında yer verdilər. Qiyabi olaraq təhsilimi davam etdirdim. Yoldaşım hamilə qaldı. Doğuşa 3 ay qalmış məcburi analıq məzuniyyətinə - dekretə çıxardılar. Üç aylıq maaşını əvvəlcədən tam ödədilər. Arzuma çatdım - doğum şöbəsində kim ilk olaraq mənə oğlumun şad xəbərin verdisə, məcburi cibinə 3 rubl muştuluq qoydum. Dostlarımla birlikdə uşağı xəstəxanadan çıxardıq. Həmkarlar təşkilatının xəttiylə bizə gənc ailə kimi yardım ayrıldı. Kolyaska, paltaryuyan maşın hədiyyə etdilər. Yeni tikilən evdə 2 otaqlı təmirli mənzil də ayırdılar. Dövlət həyat yoldaşıma bir il yarım ödənişli, bir il yarım da ödənişsiz dekret hüququ verdi. Arvadım il yarımdan sonra işə çıxdı, uşağı isə bağçaya verdik. Dövlətdən uşaqpulu da almağa başladıq. Üstəlik dövlət tərəfindən məndən və yoldaşımdan tutulan "uşağın olmadığına görə” vergisi də ləğv olundu. Yoldaşım yenidən hamilə qaldı. Bir qızımız dünyaya gəldi. Həmkarların sədri gəldi ki, bəs ərizə yaz. İkiotaqlı mənzili təhvil ver. Sənə üçotaqlı düşür. Axı, uşaqların müxtəlif cinsdəndir. Beləcə onları böyütdüm. Ali təhsil də aldıq. İldə bir dəfə də həmkarlar komitəsinin xəttiylə kurort və sanatoriyaya da gedirdik. Xoşbəxt idik. Xoşbəxt Sovet ailəsi. Hər ay gəlib dəyirdilər. Arvada bir çırtma vursaydım zavodda müzakirəyə çıxarırdılar. Problemlərimizlə maraqlanırdılar. Hərdən əsəbləşib "bəsdirin də qarışdız daxili işimizə. İmkan verin rahat yaşayaq”,- deyə qışqırırdım zavoddan gələnlərin üstünə.
Deyirdilər: "Sən sosializmdə yaşayırsan. Böyük Sovet ailəsinin bir üzvüsən. Biz kommunizmin qurucularıyıq. Sosializmin qanunları belədir: "İstəsən də yaşadacağıq səni, istəməsən də...”.
İndiki ailə modeli
Cavan oğlanam. Subayam. Evlənmək istəyirəm. O qədər planım, arzularım var ki... Atamdır, anamdır, bir də bacım. 25 ildir ki, 3 otaqlı mənzildə yaşayırıq. Sovet dövründə atamla, anama vermişdilər - işlədikləri zavoddan. Mən özəl firmada işləyirəm, maaşım da azdır. Bir qıza vurulmuşam. O da mənimlə işləyir. Elçi gediblər. Hərisin də alıblar. Səhəri gün firmanın yiyəsi təbrik əvəzinə nişanlıma nə desə yaxşıdır?
"Ay qızım, bilirsən də, mən işə evli, uşağı olan qadınları götürmürəm. Bir gün işə gecikirlər, deyirlər ki, "yuxuya qalmışam". Ertəsi gün "uşaq xəstəydi". O biri gün "ərimin təzyiqi qalxmışdı". Ona görə də bütün bunları nəzərə alıb belə qərar vermişəm. İşə girəndə səni də xəbərdar etmişdim. Toyun səhərisi günü ərizəni yaza bilərsən. Bir də ki, bura mənim özəl firmamdır. Dədəmin artıq pulu yoxdur sabah sənə cibimdən "dekretnı” verim”
Nə isə birinci qız evi toy elədi. Yığılan pulun əsas hissəsini verdilər şadlıq evinin müdirinə. Qalan hissəsinə də bir taxt aldılar, bir dənə də televizor. Lap pul çox olsaydı da... ayrıca mənzilim yox idi. Atam 3 otaqdan birini bizə ayırmışdı. İçərisində də köhnə ver-veşi. Sonra biz toy etdik. Yığdığımız pul da qismət oldu şadlıq evinin yiyəsinə. Gəlini evə gətirdim. Səhəri gün gedib guya ki, öz xahişiylə işdən azad olundu. Aylar keçdi. Yoldaşım hamilə qaldı. Doğum evinə gec getdim. Xərcini qızın ata-anası çəksin deyə. Əkən mən, qabağa duran onlar. Neyləsinlər, qızlarıdır da. Mən özgə oğluyam. Yiyə durmayacaqlar, Allah eləməmiş ölsə, mənə nə var ki, özgə oğluyam. Gedib başqasını alacağam. Başa düşürlər. Uşağı doğum evindən çıxartdıq. Getdi atası evinə. 40-ı çıxandan sonra qayıtdı. Maaşım artmadı, yükümün biri isə artdı. Atam, anamın pensiyası gəlirdi köməyimizə. Evimiz, cındır "Jiquli"miz olduğuna görə sosial yardım da ala bilmirdim. Uşaq pulu da yox.
Qaynanamın, qaynatamın da bir əli üstümüzdə idi. Uşağın "pampers"i, "smes"i, kaşası, nəyi, nəyi onlara baxırdı. "Kolyaska”, "xodinok”, oyuncaqlar qaynımın dayılıq borcu idi. Ərindən boşanan bacım isə baldızlığından geri qalmırdı. Qaynananın qahmar çıxmağı da öz yerində.
2-ci uşaq da dünyaya gəlmişdi. Kurort, sanatoriya nədir? Heç bulvara da apara bilmirdim. Kaçelinin bir biletinin qiymətinə 3 dənə çörək alardım da. Dondurma, şokolada "kıxx” deməkdən yorulmuşdum.
Atam, anam da sovet dövründən nostalji hislərlə danışanda əsəbiləşirdim. Cımxırırdım üstlərinə. Fəxrlə deyirdim. "Mən azad, müstəqil bir dövlətin vətəndaşıyam. İndi neyləyək ki, kapitalizmin qanunları belədir: Bacarırsan yaşa, bacarmırsan öl!”
Müəllifin bütün yazıları - Mahir QABİLOĞLU
Bölməyə aid digər xəbərlər
27-10-2021, 10:26
Mahir QABİLOĞLU - İsmixan Rəhimov kimdir və ya “İstiqlal” ordeni ilk olaraq kimə verilməliydi?
12-04-2020, 18:47
Mahir QABİLOĞLU - O dünyadan Anara, Fikrətə, Sabirə, bir az da Çingizə... - Fotolar