14:17 / 24-04-2024
Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
13:48 / 24-04-2024
İlham Əliyevlə Sadır Japarov görüşüb, yeni sənədlər imzalanıb - (Yenilənib)
13:40 / 24-04-2024
İnfoqrafiya heyvanların ömrü haqqında nə deyir?
13:21 / 24-04-2024
Azərbaycanda Rusiya əleyhinə ikinci cəbhə olmayacaq
13:12 / 24-04-2024
Xəzər dənizində birgə təlimlər başlayıb
13:00 / 24-04-2024
Prezident generalı təltif edib - Sərəncam
12:48 / 24-04-2024
MMA döyüşçülərinin həbs müddəti uzadılıb - Biri azadlığa buraxılıb
12:18 / 24-04-2024
YAP-çı deputat Rəsul Quliyevin müdafiəsinə qalxıb
12:00 / 24-04-2024
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatı başlayıb
11:56 / 24-04-2024
AMEA-da yeni şöbələr yaradılıb
11:42 / 24-04-2024
Müsavat Partiyası növbəti qurultaya hazırlaşır
11:30 / 24-04-2024
Sabahın hava proqnozu açıqlanıb
11:00 / 24-04-2024
“Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq
10:23 / 24-04-2024
Xankəndidə yenə silah-sursat tapılıb
09:45 / 24-04-2024
Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı daha bir qərar çıxarılıb
09:28 / 24-04-2024
Səudiyyə Ərəbistanı pilləli "Nəcd" qülləsi tikəcək - Fotolar
09:21 / 24-04-2024
Bakıda Qırğız Kino Günləri başlayıb - Fotolar
09:19 / 24-04-2024
Azərbaycan Kuboku: bu gün finalçılar bəlli olacaq
09:07 / 24-04-2024
Ukraynanın şərqinə genişmiqyaslı hücum gözlənilir
08:46 / 24-04-2024
Qəbiristanlıqda rəqsə görə 18 sutka cəza verilib
08:37 / 24-04-2024
Narkotikə görə daha 4 nəfər həbs edilib - Fotolar
08:23 / 24-04-2024
Pekin taykonavtların adını açıqlayıb
08:20 / 24-04-2024
Argentina iranlı nazirin həbsini tələb edir
08:15 / 24-04-2024
Qazaxıstan və Rusiyanın sərhədi dəqiqləşdirilir
08:11 / 24-04-2024
ABŞ Senatı xarici yardım paketini təsdiqləyib
00:15 / 24-04-2024
Mafiya başçısı bir ölkədən digərinə qaçıb
00:13 / 24-04-2024
Toyun qızğın vaxtında gəlini qaçırmaq istəyiblər
19:13 / 20-04-2024
Bakıda taxta bazarında yanğın olub - Fotolar (Yenilənib)
22:20 / 20-04-2024
ABŞ Ukraynaya 61 milyard dollar ayırıb
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
21:22 / 19-04-2024
Buraxılış imtahanının nəticələri elan olunub
18:01 / 21-04-2024
Dünyanın idman paytaxtı olması üçün Bakının namizədliyi irəli sürülüb
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
23:26 / 19-04-2024
Aİ-dən 4 kəndin qaytarılmasına reaksiya: "Davamlı nizamlanmanı tam dəstəkləyirik"
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
00:37 / 20-04-2024
Hikmət Hacıyev: "Bu, diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
20:45 / 19-04-2024
19-cu əsrin solğun dagerreotiplərini bərpa ediblər
"Doqovoru" Qabil pozub
Tarix: 13-09-2018 22:11 | Bölmə: Mahir Qabiloğlu
Xalam əri Abbasəligil tərəfdən bir qohumumuz vardı. Adı Aftandil idi. Özləri Qərbi Azərbaycandan idilər. Sabirabadın Qaragünə kəndində məskunlaşmışdılar. Kənd adamı idi. Əlinin halal zəhmətiylə dolanırdı. Şair idi.
Bunu mən demirəm. Bunu atam Qabil deyirdi. Şeirlərinin bəzisi atamın o qədər xoşuna gəlirdi ki, əlyazmasını "müsadirə" edib, mətbuata təqdim edirdi. Necə deyərlər, Aftandilin yaradıcılığına həyat vəsiqəsi verirdi.
Günlərin bir günü bu Aftandil özünün yetişdirdiyi kənd təsərrüfatı məhsullarından yığıb gətirir Hüsü Hacıyev, indiki Azərbaycan prospektində yerləşən Passaj bazarına. Satmağa başlayanda yerli alverçilər, indiki dildə desək, bazarın monopolistləri başlayırlar bunu sıxışdırmağa. Sıxışdıra-sıxışdıra... Aftandil bir də görür ki, bazarın qapısındadır.
Bu haqsızlıqla barışmayıb, tez dəftərini açıb qoyur dizinin üstünə. Başlayır satirik bir şeir yazmağa. Nə hirsi varsa tökür bu şeirə. Sonra da başlayır elə ordaca bazarın kök salmış əhlinə oxumağa və deyir ki, bunu "Kirpi" jurnalında çap etdirəcəyəm. Bu dəm qohumu şair Qabil bazara girir. Aftandillə görüşüb, hal-əhval tutur. Halını pəjmürdə görüb, səbəbini soruşur. Aftandil hal-qaziyyəni danışıb, əlyazmasını ona uzadır. Qabil eynəyini taxıb şeiri oxuyur. "Əla" deyib kağızı qatdalayıb qoyur cibinə. Və bazarlığına davam edir.
Bu şeirdə əks olunanları - indiki dildə desək - "sukalar" aparıb çatdırırlar bazarkoma. O da Aftandili yanına çağırır ki, "Ay kişi, tutaq ki, sən bu şeiri göndərdin "Kirpi"yə, onlar da gələcəklər üstümə, mən də "tərləməli" olacağam. Ondansa, gəl səninlə belə bir "doqovor" - müqavilə bağlayaq. Mən sənin üçün hər cür şərait yaradıram, alverini edirsən, sən də əvəzində şeiri jurnalda çap etdirmirsən. Razısan?" Aftandil razılaşır. Başlayır şıdırığı alverinə. Bir aydan sonra bazarkom Aftandili yanına çağırır:
- Ay Aftandil, axı biz səninlə söz danışdıq. Danışdıq ki, yazdığın şeiri "Kirpi" jurnalına verməyəcəksən. Səninçün Bakının ən mərkəzi bazarında alver üçün şərait yaratdım. Mən "doqovor"a əməl etdim. Bə sən niyə əməl etmədin? Axı sənə nə pisliyim keçdi ki? - deyə "Kirpi" jurnalını stolun üstünə çırpır.
Aftandil jurnalı stolun üstündən götürüb, səhifələrin birində onun imzasıyla, xəbəri olmadan çap olunan şeiri görür. Üzünü bazarkoma tutaraq:
- Ay bazarkom, mən "doqovor"u pozmamışam.
- Bəs kim pozub? - deyə bazarkom barmağıyla jurnala işarə edir.
- "Doqovor" u şair Qabil pozub.
Demə Qabilin şeirdən o qədər xoşu gəlib ki, evə qayıdan kimi ikinci mərtəbədə yaşayan qonşumuz, "Kirpi" jurnalının baş redaktoru Salam Qədirzadənin qapısını döyür və şeiri bəh-bəhlə ona təqdim edir. O da bəyənərək, götürüb qoyur növbəti nömrəyə. Vəssalam-şüttəmam.
Düzdü, şair Aftandilə bu şeirə görə qonorar verirlər. Amma bu qonorar onun bazarda itirdiyi iş yerindən qazandığının heç onda biri də eləmir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mahir QABİLOĞLU
Bölməyə aid digər xəbərlər
27-10-2021, 10:26
Mahir QABİLOĞLU - İsmixan Rəhimov kimdir və ya “İstiqlal” ordeni ilk olaraq kimə verilməliydi?
12-04-2020, 18:47
Mahir QABİLOĞLU - O dünyadan Anara, Fikrətə, Sabirə, bir az da Çingizə... - Fotolar