07:58 / 25-04-2024
Çin “TikTok”un qadağasına qarşı çıxır
07:52 / 25-04-2024
ABŞ rusiyalıların Meksikaya getməsinə mane olur
07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
07:39 / 25-04-2024
Tramp: “Bayden yəhudilərə nifrət edir”
07:34 / 25-04-2024
Fransızların ardınca amerikalılar...
07:31 / 25-04-2024
Yanacaqsız işləyən kosmik mühərrik icad edilib
07:03 / 25-04-2024
Macarıstanın xarici işlər və ticarət naziri Bakıya gəlib
22:54 / 24-04-2024
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
21:42 / 24-04-2024
Erməni xəyanəti: həkim 40 türk əsgərini zəhərləyib
20:28 / 24-04-2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışını edib - Fotolar
19:29 / 24-04-2024
İran qoşunları Suriyanı tərk edir
19:16 / 24-04-2024
“Su-35”-lər "Patriot"-u aldada bilir
19:04 / 24-04-2024
Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib
17:55 / 24-04-2024
Milli Məclis 3150 manatlıq kompüteri niyə 6 minə alır? - 830 minlik tenderlə bağlı qalmaqal
17:46 / 24-04-2024
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
17:29 / 24-04-2024
24 Aprel - Erməni Yalanı Günüdür
17:16 / 24-04-2024
Şadlıq saraylarında şişirdilmiş qiymətlər... - Ekspertdən şərh
17:04 / 24-04-2024
Keçmiş nazirin meyiti tapılıb
16:56 / 24-04-2024
Rus ordusu daha bir yaşayış məntəqəsini ələ keçirib
16:44 / 24-04-2024
Məhkəmə saxlanılan nazir müavini ilə bağlı qərar verib
16:35 / 24-04-2024
Lukaşenko: "Anlamaq olmur, onlar bununla kimin qarşısını almaq istəyirlər?"
16:30 / 24-04-2024
Avropa qeyri-adi vəziyyətlə üzləşib
16:26 / 24-04-2024
Sabiq icra başçısının növbəti məhkəməsi keçirilib
16:08 / 24-04-2024
Yeni robotlar satışa çıxarılıb - Video
15:57 / 24-04-2024
Ərdoğan Almaniya prezidentini qəbul edib
15:26 / 24-04-2024
Borrell: "İranla diplomatik münasibətləri kəsmək olmaz"
15:12 / 24-04-2024
Ələsgər Məmmədlinin sağlıq durumu pisləşir
14:30 / 24-04-2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
14:30 / 24-04-2024
İlham Əliyevlə Sadır Japarov görüşüb, yeni sənədlər imzalanıb - (Yenilənib)
14:17 / 24-04-2024
Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
19:13 / 20-04-2024
Bakıda taxta bazarında yanğın olub - Fotolar (Yenilənib)
22:20 / 20-04-2024
ABŞ Ukraynaya 61 milyard dollar ayırıb
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
18:01 / 21-04-2024
Dünyanın idman paytaxtı olması üçün Bakının namizədliyi irəli sürülüb
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
13:13 / 20-04-2024
Müğənni Cavanşir Məmmədov vəfat edib
14:10 / 23-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
16:58 / 23-04-2024
İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumda iştirak edir - (Yenilənib)
00:02 / 23-04-2024
Məşhur boksçu Mayk Tayson şirkətin səfiri olub
Solçu düşüncə, nostalji hisslər... - M. Əliyeva yazır
Tarix: 16-12-2018 21:22 | Bölmə: Mətanət ƏLİYEVA
Mən jurnalist kimi əmək fəaliyyətinə 1991-ci ildən “İstiqlal” qəzetində başlamışam. Amma bu qəzetin bir nüsxəsini belə saxlamamışam. Çünki köhnə yazılarımı oxumağı sevmirəm. İnsan savadı, dünyagörüşü, həyat təcrübəsi artdıqca əvvəlki fikirlərini primitiv hesab edir.
Nədənsə, 27 ildən sonra “İstiqlal” qəzetində çıxan yazılarımı yenidən oxumaq istədim. Axundov adına mərkəzi kitabxanaya gedəndə elə bildim cənnətə düşmüşəm. 30 il bundan əvvəl - mən tələbə olanda bu kitabxananın işçiləri tamam başqa cür, qəzəbli, kobud idilər. Belə adamlarla ünsiyyətdə olmağı sevmədiyim üçün ora getmirdim. İndi kitabxanada cavan, gülərüz kadrlar çalışırlar. Oxuculara ürəkdən xidmət edirlər. “İstiqlal” qəzetinin bütün nömrələrini mənə verdilər, istədiyim məqalələri çap edib tikdilər, fayla qoyub mənə təqdim etdilər. Bütün bunlar iki manata başa gəldi.
Mən “Torqovıy” tərəfdə yeni açılmış, yazıçı Anarın qızı Günel xanımın rəhbərlik etdiyi kitab evində də olmuşam. Yüksək səviyyədə təmir olunmuş bu dəbdəbəli, pəncərəsiz, qaranlıq bina adamı sıxır, hər şey ifrat olanda qüssə gətirir. Kitab evində çalışanların sifətindən zəhrimar tökülür.
Müqayisə üçün bir faktı da qeyd edim ki, mərkəzi kitabxanada 1 manata çay içmək olur, Günel xanımın kitab evində isə 2 fincan kapuçino 11 manat edir. Mənim, ümumiyyətlə, daşa-mərəmərə ifrat dərəcədə xərclənən pullara heyfim gəlir. Əsas odur ki, insan firavan yaşasın, onun geyimi, yeməyi, sağlamlığı, istirahəti hərtətrəfli təmin olunsun.
Mən 30 il bundan əvvəl yazdığım yazıları oxuyanda ilk növbədə fikirləşdim ki, bu gün bizim millət öz səhvlərinin cəzasını çəkir. 70 ildə sovet quruluşunun verdiyi bütün yaxşı nə vardırsa, bir gündə hamısının üstündən xətt çəkdik. İşsizlik yox, pulsuz səhiyyə, pulsuz təhsil, pulsuz mənzil, 51 yaşında təqaüd, uşaq pulu, qaz, işıq su qiymətinə... Yəni sovet hökumətinin o vaxt bizə verdiyi imtiyazlar indi yoxdur. Deyəsən, Leninin qədrini bundan sonra biləcəyik. Sovet dövründə çatışmayan yalnız özəl sahibkarlıq, azad söz, demokratik seçki idi. Yaxşı nə vardısa hamısını itirdik, amma nə azad söz, nə azad seçki, nə də azad sahibkarlıq qazana bilmədik.
Sovet vaxtı çəkilmiş “Mozalan”a baxanda adam təəssüflənir. O vaxt televiziyalarda indikindən çox demokratiya var idi. Seçkilər və azad sahibkarlıq da göz qabağındadır. Vəzifədə qabağa getmək üçün rüşvətlə partiya bileti alan “kommunistlər” SSRİ dağılan ərəfədə özlərini vətənpərvər göstərmək üçün nümayişkəranə şəkildə partiya biletlərini yandırdılar. 9 milyon əhali fırıldaqçılara inandı.
“İmpuls” qəzetinə gələndə mən də siyasi cəhətdən tam savadsız idim. Birpartiyalı sistemdə yaşamışdıq, müxalifət, mitinq, piket, demokratik seçki qaydalarının nə olduğunu bilmirdim. Mən də fırıldaqçılara inana bilərdim. Bəxtim onda gətirdi ki, intellektual şəxslərin toplaşdığı Azərbaycan Sosial-Demokrat Partiyasının orqanı olan “İstiqlal” qəzetində işlədim. Sosial-demokratlar millətçi cəbhəçilərə uduzdular. Başqa cür mümkün deyildi. Millətçiləri SSRİ-ni dağıtmaq planı üzərində işləyən, dünyada solçu hərəkatı sıradan çıxarmağa çalışan beynəlxalq imperializm dəstəkləyirdi. Millətçilərə ABŞ, İngiltərə, onların bölgədəki aləti Türkiyə kimi dövlətlərdən həm siyasi, həm maddi dəstək vardı. Həm də Azərbaycan xalqı öz xeyrini başa düşəcək səviyyədə deyildi, ölkədə gedən mafiya oyunlarından, bəzi qüvvələrin hakimiyyətə gəlmək üçün xalqın başına hansı faciələri gətirdiklərindən xəbərsiz idi. Sosial-demokrat liderləri həyatlarını təhlükəyə ataraq həqiqəti xalqa deyirdilər, buna görə dəfələrlə onları öldürməyə cəhd etmişdilər. İndi də onların haqqında böhtanlar, şaiyələr yayırlar.
SSRİ-nin dağılması ilə dünyada solçuluq ideologiyası sıradan çıxdı. Belə bir vəziyyətdə Azərbaycanda sosial-demokratların qələbəsi mümkün deyildi. Xalq müstəqillikdən heç nə qazanmadı, əvəzində nəyi vardısa, itirdi. Torpaqlarımızın işğalı, SSRİ-dən qalma mülkiyyətin mənimsənilməsi, təbii sərvətlərimizin xarici və yerli mafiozlar tərəfindən talan edilməsi hesabına varlanan məlum təbəqə də xoşbəxt olmadı. Bu gün onlar bir-birini qırır, bir qismi qətlə yetirilib, bir qismi həbsxanalarda çürüyür, yerdə qalanları isə ölkədən qaçır. Mafiya quldurlarının 90 faizi Londona gedir. Bunlar həm müxalifəti, həm də iqtidarı təmsil edirlər. Əksəriyyəti qan qohumudur, qız verib qız alıblar, eyni bölgənin təmsilçiləridir.
Dünya siyasətini bu gün İngiltərə idarə edir. Azərbaycan müstəqil olandan sonra İngiltərə Azərbaycanda iki dəfə dövlət çevrilişi həyata keçirib. Düyanın bütün lənətlənmiş oğruları, xalq düşmənləri bu gün İngiltərədə toplaşır.
Məlum tayfadan olan bir məmurdan soruşdum ki, niyə övladlarını və yığdıqları sərvətləri ölkədən çıxarırlar, cavab verdi ki, Avropa ölkələrində qanunlar işləyir, Azərbaycanda hər təzə gələn hakimiyyət köhnələrin əlindəkini alır. Bu məmurlar heç təsəvvür də etmirlər ki, Azərbaycanda qanunlar işləyə bilər, biz də Avropa ölkələri kimi qanunların işlədiyi hüquqi dövlətdə yaşaya bilərik. Amma mən buna inanıram. Kim deyir ki, bizim xalq demokratik-hüquqi dövlətdə yaşamağa layiq deyil, o, səhv edir. Şimali və Cənubi Koreya dövlətləri buna əyani sübutdur. Hər iki ölkədə eyni xalq yaşayır. Şimali Koreya bizim günümüzdədir, Cənubi Koreya isə inkişaf etmiş ölkələrin sırasındadır, əhalisi firavan, azad yaşayır. Deməli, hər şey ölkə idarəçiliyindən, daha doğrusu, dövlət başçısının iradəsindən asılıdır.
Mənim yazılarımın ilk oxucuları qızlarımdır. Bundan əvvəlki yazımı oxuyan böyük qızım ağlamışdı, bir neçə gün yazımın təsirindən çaxa bilməmişdi. O yazımda qeyd etmişdim ki, xərçəng xəstəsi olan sinif yoldaşımın 25 yaşlı oğlu mağazada yük daşımaqla anasının müalicə xərclərin ödəyirdi, oğlan özü xəstələnəndə evdə bildirməyib ki, onun müalicəsinə xərclənəcək pullar anasına sərf olunsun. Evdəkilər xəbər tutanda artıq gec olub. Qripdən kəskinləşərək pnevmaniyaya keçən xəstəlikdən gənc vəfat edib.
Qızım fikirləşirdi ki, gəncə kömək etmək olardı.
Kiçik qızım yazılarımı oxumaqda maraqlı deyil. Sadəcə, hərf səhvlərimi düzəldib yazını lazımi ünvanlara göndərmək məcburiyyətindədir. Qızım gənclə bağlı yazımı oxuyanda dedi ki, “ana, sənin yazını gənclər oxumayacaqlar. Bu yazıları oxuyanda adam nəsə etmək istəyir. Gənclər isə təmbəldirlər, heç nə etmək istəmirlər. Əgər yazsaydın ki, hansısa kafedə endirim var, o yazını minlərlə gənc oxuyacaqdı”.
İndiki yazılarıma və solçu partiyanın üzvü olduğuma görə əksər adamlar məndən uzaq qaçırlar. Qorxurlar ki, onlarla bağlı hansısa məlumatı yaza bilərəm, yaxud hakimiyyətdəki millətçilər onların mənimlə əlaqəsini bilər və pul kanalları, karyeraları əldən gedər.
Baş redaktor olduğum “İmpuls” qəzetində Saminə Hidayətqızı adlı jurnalist çalışırdı. Saminə xanım “İmpuls” qəzetində çalışdığı illərdə aldığı müsahibələrdən, məqalələrdən ibarət kitab çap etdirmişdi. O, kitabının təqdimatını Muğam Mərkəzində keçirdi. Məni də dəvət etmişdi. Kitabı oxuyanda gördüm ki, işlədiyi başqa qəzetlərin adını kitabda qeyd edib, “İmpuls”un adını isə qeyd etməyib. Mən onu başa düşürəm, “İmpuls”un adını qeyd etsəydi, onun kitabının çapına kömək etməyəcəkdilər və Muğam Mərkəzində təqdimat keçirilməyəckdi.
Qarşıdan yeni il gəlir. 2019-cu ildə ölkədə bələdiyyə seçkiləri keçiriləcək. 1995-ci il də 2019-cu il kimi Donuz ili idi. Qoroskoplar 100 faiz düz olmasa da, tarix təkrar olunur. 1995-ci ildə sonuncu müxalif qüvvə - OMON-çular sıradan çıxarıldı. O vaxta qədər cəbhəçilər, surətçilər sıradan çıxarılmışdı. İndi də hakimiyyətdəki mafioz qüvvələr arasında son döyüşlər gedir. Yəqin ki, yeni ildə bu döyüş qüvvələrdən birinin məhvi ilə başa çatacaq.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər