21:47 / 28-03-2024
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
20:22 / 28-03-2024
Yazıçı Akif Əli ittifaq sədri seçilib - Fotolar
18:59 / 28-03-2024
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:04 / 28-03-2024
Mingəçevirdə yataqxanada yanğın olub
17:51 / 28-03-2024
Əfqanıstanda güclü zəlzələ baş verib
17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
17:32 / 28-03-2024
ARKA-da işçi qrupu yaradılır, yeni film çəkilir
17:29 / 28-03-2024
İcra başçısının qardaşını öldürən şəxsə hökm oxunub
17:24 / 28-03-2024
Yalnız üç növ silah Ukraynada müharibənin gedişatını dəyişə bilər
17:17 / 28-03-2024
ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq
17:16 / 28-03-2024
Premyer Liqa: növbəti turun təqvimi açıqlanıb
17:07 / 28-03-2024
Taksilərdə POS-terminallar quraşdırılacaq
16:57 / 28-03-2024
Taksilər yalnız iki rəngdə olacaq
16:37 / 28-03-2024
Nazirlər Kabineti taksilərlə bağlı yeni tələbləri təsdiqləyib
16:05 / 28-03-2024
Əli Əsədov peşə təhsili ilə bağlı qərar imzalayıb
16:03 / 28-03-2024
Rusiya-Ukrayna müharibəsinin dondurulmasına çağırış edirlər
15:57 / 28-03-2024
Latviyanın xarici işlər naziri istefa verib
15:14 / 28-03-2024
34 qazi polisə işə götürülüb - Video
14:54 / 28-03-2024
Prezident İlham Əliyev “Avtomobil yolları haqqında” qanuna dəyişiklik edib
14:25 / 28-03-2024
Yeni Kaledoniyada yenə Azərbaycan bayrağı qaldırılıb
14:13 / 28-03-2024
Kəşfiyyat rəhbəri: “Terrorla bağlı Rusiyada əvvəlcədən dəqiq məlumat olub”
13:47 / 28-03-2024
Qazaxda 25 yaşlı gənc bacısının gözləri qarşısında öldürülüb
13:34 / 28-03-2024
Baş Prokurorluğun keçmiş mətbuat katibi vəfat edib
13:10 / 28-03-2024
İstehsalat birliyində yoxlamalar başlayıb, vəzifədən kənarlaşdırılanlar var
12:56 / 28-03-2024
Daha bir bankın əmlakları təkrar hərraca çıxarılır
12:55 / 28-03-2024
Quranı yandıran şəxs İsveçdən çıxarılıb
12:43 / 28-03-2024
Köçəryan: “Sülh üçün bir yoldan keçmək lazımdır”
12:41 / 28-03-2024
Gimnastlarımız Qran-pri turnirinə qatılacaq
18:40 / 24-03-2024
Rusiyada terror aktı: ölənlərin sayı dəqiqləşib - Həbslər var (Yenilənib) - Video
01:29 / 24-03-2024
Rusiya və daha bir neçə ölkədə milli matəm başlayıb
01:09 / 24-03-2024
Bağanis-Ayrım soyqırımından 34 il ötür
01:32 / 25-03-2024
Qanlı qarşıdurmalar Hollivud ulduzları arasında fikir ayrılığına səbəb olub
00:53 / 25-03-2024
Erməni kanalları Azərbaycanla bağlı yalan məlumat yayıb
23:09 / 24-03-2024
Hərbi qulluqçumuz özünü öldürüb
23:38 / 23-03-2024
Slovakiyada prezident seçkiləri keçirilir
23:46 / 23-03-2024
Blinkendən Netanyahuya Rəfahla bağlı xəbərdarlıq
23:28 / 23-03-2024
Xavyer Miley İlham Əliyevə təbrik məktubu göndərib
00:07 / 24-03-2024
Şəmkirdə 3 maşın toqquşub - İki nəfər ölüb, yaralılar var
22:31 / 25-03-2024
Azərbaycan millisi Bolqarıstan yığması ilə qarşılaşıb - Yenilənib
00:23 / 26-03-2024
Millinin üzvlərinə vəd olunan 40 min manat verilməyəcək
Batan gəminin kapitanı - M. Əliyeva
Tarix: 16-03-2019 13:13 | Bölmə: Mətanət ƏLİYEVA
İki aydan çoxdur yazmıram. Hesab edirəm ki, yazmaqdan keçib, əməl dəyişməlidir.
Düşünürəm ki, ölkəmiz parlamentli respublika olsaydı, 5 ildən bir demokratik seçkilər keçirilsəydi, siyasətlə məşğul olanlar həqiqi siyasi mübarizə aparsaydı, mətbuat da bu ədalətli mübarizəni işıqlandırsaydı, daha yaxşı olardı. Təəssüf ki, bunların heç biri yoxdur. İndiki halda hakimiyyəti yalnız zorakı yolla dəyişmək mümkündür. Bunun nəticələri isə faciəvi ola bilər. Amma qanunlara söykənən dəyişiklik mütləq olmalıdır.
Artıq 25 illik mövcud hakimiyyətdən doymuşuq. Yaxşı işlərinə görə sağ olsunlar. Yollar çəkilib, yeni xəstəxanalar, məktəblər tikilib, əhalinin işini asanlaşdıran “ASAN Xidmət” yaradılıb və sair. Əvvəlki hakimiyyətlə sonrakıların düşmənçiliyinə də son qoyulmalıdır.
Prezident son aylar kasıbları yadına salıb, tədbirlər görür. Bunun davamını gözləyirəm, amma nikbin deyiləm, çünki ölkənin 90 faizini təşkil edən kasıblar elə bir quyunun dibindədir ki, bu hökumət onları quyudan çıxara bilməyəcək. 10 min dollar kredit məsələsində güzəşt etməklə vəziyyət düzəlməz. Rayon əhalisinin həm banklara, həm sələmçiyə, həm də ərzaq mağazalarına borcu var. Borclar gündən-günə böyüyür.
2 milyondan artıq vətəndaşımız ağır mühacirət həyatı yaşayır. Onların taleyi çox az adamı maraqlandırır.
Kənd təsərrüfatı naziri İnam Kərimovun aqrar sektoru inkişaf etdirəcəyinə də əmin deyiləm. Bunun səbəbini xırdalamaq istəmirəm. Amma əminəm ki, belə idarəçilik davam etdikcə vəziyyət gündən-günə ağırlaşacaq. Dövlət səviyyəsində israfçılığın nəticəsi dilənçilik olacaq. Bu hakimiyyətin ən bağışlanılmaz əməli onların yaxın ətrafının qanunları və xalqı saymamasıdır.
Mən özümü dahi Lev Tolstoyla müqayisə etmək istəmirəm. Tolstoy əsərlərində, o cümlədən “Dirilmə” romanında yazırdı ki, Rusiyada bütün sahələrdə korrupsiya, oğurluq baş alıb gedir, tüfeyli həyat tərzi keçirən zadəgan sinfi, din xadimləri mənəviyyatlarını itiriblər, yeganə işıqlı qüvvə inqilabçılardır.
Çar Nikolay yazılanlardan nəticə çıxarmaq əvəzinə Tolstoyu sürgün etmək istəyirdi. Nəticədə inqilab baş verdi, sadə xalq azadlıq əldə etdi, zadəganlar güllələndi və ya sürgün edildilər, kasıb mühacirə çevrildilər. Ən böyük faciəni isə çar Nikolayın ailəsi yaşadı.
Vətəndaşlar hakimiyyəti sevməsələr də, onu dəyişmək istəyən qüvvəyə də qoşulmaq istəmirlər. Çünki ABŞ-ın dəstəklədiyi qüvvələrin hakimiyyətə gəlməsindən qorxurlar, fikirləşirlər ki, vəziyyət daha da pis ola bilər, Əfqanıstanın, Suriyanın, İraqın vəziyyətinə düşərik. Elə bir an gələr ki, insanlar nifrətdən real düşüncə hissini itirə bilər.
Üzdə olan çərənçi “politoloqlar”ımızı görəndə adam deməyə söz tapmır. Əslində bizdə vəziyyət Əfqanıstandan yaxşı deyil. Fərq ondadır ki, bizdə vətəndaş müharibəsi getmir, sovet Azərbaycanının bəxş etdiyi təhsil və səhiyyə sistemini tam dağıda bilməyiblər.
Hazırda ölkəmizin real mənzərəsi belədir ki, torpaqların 20 faizi işğaldadır, vətəndaşların 20 faizdən çoxu mühacirətdədir, məhkəmə, prokurorluq, polis başda olmaqla dövlət strukturları maksimum korrupsiyalaşıblar, əksər insanların mənəviyyatı məhv edilib, oğurluq, fahişəlik, narkomanlıq, yaltaqlıq xərçəng xəstəliyi kimi metastaz verib. Ölkəni bu vəziyyətə gətirən hakimiyyət isə onu bu vəziyyətdən çıxarmağa qadir deyil.
Dahi fransız diplomatı Taleyran tez-tez mövqeyini dəyişdiyi üçün bəziləri onu satqın hesab edirdi. Görəndə ki, kral dövləti süquta aparır Taleyran kralı devirmək istəyənlərə qoşulurdu. Onu satqın hesab edənlərə Taleyran belə cavab vermişdi:
- Mən görəndə ki, gəmi batır, onu limana çıxarmışam. Fərqi yoxdur bu hansı limandır.
Kralı satmaq satqınlıq deyil, əsl satqınlıq dövləti və xalqı satmaqdır. Bizim dövlət gəmimiz də batır, onu limana çıxarmalıyıq. Fərqi yoxdur gəminin yeni kapitanı kim olacaq. Bu kapitan da gəmini batırmaq istəsə, onu yeni kapitana dəyişib gəmini limana çıxararıq. Korrupsiya bataqlığında üfunətli palçığın bizi boğmasından canımızı qurtarmalıyıq. Mübarizəsiz yaşamaq ölməkdən pisdir.(“İmpuls” qəzeti)
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər