14:42 / 29-03-2024
Premyer Liqada iki turun təqvimi açıqlanıb
14:15 / 29-03-2024
Kişilərin diqqətinə: 5 il tez pensiyaya çıxa bilərsiniz
13:58 / 29-03-2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:45 / 29-03-2024
Milli Məclisin növbəti plenar iclasının vaxtı bəlli olub
13:25 / 29-03-2024
Vergi orqanlarının işçilərinin maaşları artırılır
13:12 / 29-03-2024
İran niyə İsraillə böyük münaqişədən çəkinir?
12:42 / 29-03-2024
Sabahın hava proqnozu açıqlanıb
12:27 / 29-03-2024
Deputat Qüdrət Həsənquliyev: "Azərbaycanda belə hadisə olsa, necə olacaq?"
12:17 / 29-03-2024
Füzuli şəhərinə daha 35 ailə köçürülüb - (Yenilənib)
12:13 / 29-03-2024
Çinin yeni raketi heyrətləndirir
12:08 / 29-03-2024
Rusiyada hərbi səfərbərlik başlayıb
12:07 / 29-03-2024
Fövqəladə rejimlə bağlı qanun sərtləşdirilib
12:04 / 29-03-2024
Səfir Rusiya-ABŞ münasibətlərinin yaxşılaşmasından danışıb
11:58 / 29-03-2024
ABŞ-nin NATO-dan çıxması məsələsi qaldırıla bilər
11:51 / 29-03-2024
Berbok: “Almaniya Qəzzada təhlükəsizliyi təmin edə bilər”
11:41 / 29-03-2024
Bu siniflər üzrə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq
11:38 / 29-03-2024
“Su təchizatı və tullantı suları haqqında” qanun dəyişib
11:28 / 29-03-2024
“Crocus City Hall”da xəsarət alanların sayı 382 nəfərə çatıb
11:16 / 29-03-2024
Daha 163 dövlət əmlakı hərraca çıxarılacaq
10:56 / 29-03-2024
Ermənistanda Solovyovun verilişləri qadağan edilib
10:41 / 29-03-2024
Üçqat dünya çempionu həbs olunub
10:33 / 29-03-2024
AzTV Arayikin müsahibəsini niyə yaymayıb? - Açıqlama
10:09 / 29-03-2024
Türkiyənin 20 şəhərində əməliyyat: daha 70 FETÖ üzvü qandallanıb
09:49 / 29-03-2024
Xankəndidə yenə silah-sursat tapılıb
09:37 / 29-03-2024
Ağstafa rayon sakini narkotiklə tutulub
09:25 / 29-03-2024
Politoloq apellyasiya şikayəti verib
18:40 / 24-03-2024
Rusiyada terror aktı: ölənlərin sayı dəqiqləşib - Həbslər var (Yenilənib) - Video
01:32 / 25-03-2024
Qanlı qarşıdurmalar Hollivud ulduzları arasında fikir ayrılığına səbəb olub
00:53 / 25-03-2024
Erməni kanalları Azərbaycanla bağlı yalan məlumat yayıb
23:09 / 24-03-2024
Hərbi qulluqçumuz özünü öldürüb
22:31 / 25-03-2024
Azərbaycan millisi Bolqarıstan yığması ilə qarşılaşıb - Yenilənib
00:23 / 26-03-2024
Millinin üzvlərinə vəd olunan 40 min manat verilməyəcək
17:17 / 24-03-2024
Prezident İlham Əliyev Putinə zəng edib
18:42 / 24-03-2024
Rusiyanın atdığı raket Polşa ərazisinə keçib
12:26 / 27-03-2024
Füzuli şəhərinə daha 134 nəfər köçürülüb - (Yenilənib)
21:14 / 25-03-2024
Rusiyada terror aktı: daha bir nəfər həbs olunub
11:06 / 25-03-2024
İcra başçısına sui-qəsd hazırlayan şəxs həbs edilib - Video
14:49 / 25-03-2024
Ermənistan Rusiyadan nə qədər uzaqlaşıb? - İrəvanda çığır-bağır və reallıq
Bizə pul lazımdır
Tarix: 04-10-2017 14:41 | Bölmə: Mətanət ƏLİYEVA
Təhsilimizdə problemlər çoxdur. Ən əsas problem odur ki, məmurlar təhsilə ilk növbədə pul qazanmaq vasitəsi kimi baxırlar. Bəkə də, uşaqlara savad vermək ən sonuncu məqsəddir. Bunu konkret faktlarla göstərmək lazımdır. Mən yalnız bir faktı qeyd etmək istəyirəm.
Bu il birinci siniflər üçün dərslikdən əlavə 8 iş dəftəri, 9 kitab nəşr edilib. Kitabların 5-i pulsuz verilib, 4-ü pulla. Bir iş dəftərinin qiyməti 4-7 manat dəyərindədir. Nəzərə alsaq ki, bu il məktəbə 165 mindən çox uşaq gedir, bəlli olar ki, təhsil mafiyası bir iş dəftərindən 1 milyon 120 min manat pul qazanır.
Bizim vaxtımızda iş dəftərləri yox idi. Mikayıl Cabbarov deyə bilməz ki, o vaxtın şagirdlərinin bilik səviyyəsi indikindən aşağı idi. Əksinə, ölkəmiz müstəqil olandan sonra təhsil ocaqlarında bilik səviyyəsi ildən-ilə aşağı düşür, əvəzində uşaqlar ağır çantaları daşımaqdan skolyoz (onurğa sütunları əyilir) olurlar. Məmur uşaqlarına bunun dəxli yoxdur. Onların əksəriyyəti Avropada təhsil alır.
Bir hadisə heç yadımdan çıxmır. Ölkəmizdə işıq fasilələrlə verildiyi vaxtlarda respublikanın əksər məktəblərinə kompüterlər verildi. Təbii ki, işıq olmadığından kompüterlər istifadəsiz qalırdı. Sonradan öyrəndim ki, Misir Mərdanov “Kür” adlı firma açaraq xaricdən kompüterlər alıb və məktəblərə paylayıb.
Təbii ki, hazırda təhsildəki vəziyyət o vaxtkından da pisdir. Çünki oğruların iştahası illər keçdikcə daha da artıb.
Uşaqlara “qayğı” ilə bağlı bir məsələyə də toxunmaq istəyirəm. Təzə qanunla qohumlar uşağı respublikanın bir rayonundan başqa rayonuna aparmaq üçün notarius vasitəsilə valideynlərdən etibarnamə almalıdır. İndi də yəqin büdcəni doldurmaq üçün bu vasitəyə əl atıblar.
Bir neçə gün əvvəl Səbail rayonunda yerləşən 1 saylı notariat kontorunda idim. Balaca otaqlarda tünlükdən nəfəs almaq mümkün deyildi. Saatlarla növbəyə durmaq lazım gəlirdi. Gənc kadrların işsizlikdən əziyyət çəkdiyi bir vaxtda hər şeyi bir əldə cəmləməyə nə ehtiyac var? Hər tin başı özəl notarial kontorlar olsa, həm növbələrə ehtiyac yaranmaz, həm də iş yerlərinin sayı artar.
Yeri gəlmişkən, notariusda işləyənlərin maaşı 300 manatdan da aşağıdır. Bu maaşla valideyn biri 7 manatdan 8 iş dəftərini necə alsın? Milləti rüşvət almağa¸oğurluq etməyə məcbur edirlər.
1 saylı notariat kontorunun yanında Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzi yerləşir. Səhiyyə Nazirliyinin tabeliyində olan bu mərkəzin böyük ofisi, saysız-hesabsız işçiləri var. Bu mərkəzdən əlavə dezinfeksiya idarəsi (el arasında belə deyilir), Mənzil İstismar Sahəsi (MİS), Səbail Rayon İcra Hakimiyyətinin səlahiyyətli əməkdaşları da rayon ərazisində həşaratlarla mübarizə üçün büdcədən pul alırlar. Bununla belə, ildən-ilə ölkədə həşaratların (milçək, ağcaqanad, siçan, siçovul, birə) sayı artır.
Bu il birinci sinfə gedən nəvəmin ayağını birələr dişlək-dişlək ediblər. Qızım bir həftə ağlayıb, əlaqədar təşkilatlara müraciət edib və nəhayət, 250 manat pul verəndən sonra dezinfeksiya idarəsindən gəlib həyəti dezinfeksiya ediblər. Həyətdəki bankın, qadın salonunun işçiləri qaşına-qaşına gəzsələr də, dezinfeksiya edən qadına bir manat da verməyiblər.
Yolüstü Səbail Rayon Gigiyena və Epidemologiya Mərkəzinə girib soruşdum ki, bu boyda binanı zəbt edib kondisionerlərin altında oturmusunuz, hər ay dövlətdən maaş alırsınız, bunun müqabilində nə işlə məşğulsunuz ki, birələr uşaqları yeyir?
Dedilər ki, “biz sənədləşmə ilə məşğuluq”.
Heç bir iş görməyən bir idarə sənədlərdə nə yazır görəsən? Havalar sərinləşsin, bu məsələni ətraflı araşdırıb geniş yazı hazırlayacam.
Qərb mətbuatı bir neçə il ərzində məmurlarımızın ölkədən oğurlayıb qərbə ötürdükləri 3 milyard manatdan yazıb. Qərbpərəst müxalifət bu oğurluq faktı ilə əlaqədar mitinq keçirir. Aydın məsələdir ki, həmişə olduğu kimi, sadə xalq bu mitinqə dəstək verməz. Qərbin dəstəklədiyi adamların sosial şəbəkələrdə sözün düzünü deyən adamlar barədə yazdıqları söyüşləri oxumaq kifayətdir ki, onların necə təhlükəli olduqlarını dərk edəsən. O söyüşləri oxuyanlar dərk edirlər ki, İlham Əliyevin komandası tərbiyəli ziyalılardan ibarətdir, onlar belə söyüşlər söyməzlər.
Qərbin casuslarının mitinqlərinə yalnız qərbdən pul alan adamlar çıxır. Görünür, qərb onların əli ilə İlham Əliyevə təzyiq edib hansısa marağını reallaşdırmaq istəyir. Putin, Ərdoğan belə hallarda qərbin planlarını açıqlasalar da, İ.Əliyevin komandası həqiqəti deməyə cürət etmir, qərbin “5-ci kolon”una göndərilən milyonların qarşısını ala bilmir.
Bu işlə məşğul olan QHT-lərin bank hesablarına nəzarət gücləndikdən sonra qərb fondları öz casuslarına pulları Gürcüstan vasitəsilə ötürməyə başlayıblar. Sözsüz ki, bu məsələdə qərbin adamı olan Ukrayna prezidenti Poroşenko və başqaları da yardımını əsirgəmir. Qərbdən maliyyə alan şəbəkənin övladları təhsil adı altında Ukraynada, Polşada təlimatlandırılır.
Qərbin maliyyəsi ilə hərəkət edən millətçilərimiz pantürkizmi təbliğ edir, gələcəkdə ölkəmizdə separatçılığın baş qaldırmasına zəmin yaradırlar. Pantürkist siyasət aparmaq sifarişi qərbdən gəlir. Qərb bu yolla bizi Rusiyadan uzaqlaşdırmağa çalışır. Azərbaycan mətbuatı da pantürkistlərin inhisarındadır.
Azərbaycanda fərqli mövqedən çıxış edən qəzet “İmpuls” idi, ona bir qəpik də vermədilər. Sonda baxıb gördüm ki, mənim qəzetimdə işləyən jurnalistlər də pantürkizmə xidmət edir. Qərbpərəstlər mənim qəzetimin əməkdaşlarını da satın almışdılar. Qərbdən gələn maliyyə axını qarşısında mənim verdiyim qəpik-quruşla jurnalist saxlamaq mümkün deyildi.
Rusiya da qərb kimi pul versəydi vəziyyət tam əksinə olardı. Rusiya pul vermək əvəzinə torpaqlarımızın işğalı hesabına Azərbaycanın siyasi dairələrini öz tərəfinə çəkməyə çalışır, dərk etmir ki, bizim siyasi dairələr üçün pul torpaqdan daha qiymətlidir, lazım gəlsə, qalan torpaqları da hakimiyyət yolunda qurban verə bilərlər.
Qərbin casusları “adımı sənə qoyaram, səni yana-yana qoyaram”,- prinsipi ilə hərəkət edərək Azərbaycanın maraqlarından danışan adamları Rusiyanın “5-ci kolon”u (casusları) kimi qələmə verirlər. Halbuki Rusiya Azərbaycandakı QHT-lərə, siyasi partiyalara, mətbuata 1 manat da pul verməyib və vermir.
Qərbin Azərbaycan xalqına gətirdiyi faciələr barədə danışanları Rusiyanın pulları danışdırmır, onları danışdıran vicdanları və xalqa olan sevgiləridir.
İndiki hökumətimiz balanslı siyasət adı altında həm qərbi, həm də Rusiyanı qane edə biləcək xarici siyasət yürüdür. İqtidar və müxalifət düşərgəsindən qərbin maliyyə dəstəyini alan siyasətçilər hökuməti birmənalı olaraq qərbyönümlü siyasət aparmağa təhrik edirlər. Onların əsas məqsədi nefti qərb ölkələrinə satıb pulları xarici banklardakı hesablarına yerləşdirməkdir. Qərblə Rusiya arasında gərgin geosiyasi mübarizə getdiyi bir vaxtda əvvəl-axır hökumətimiz birtərəfli xarici siyasət aparmağa məcbur olacaq.
Qərbyönümlü siyasət aparan ərəb ölkələrinin taleyi göz önündədir. Səddam və Qəddafi qərbə üzlərini çevirməklə xalqlarını bədbəxt etdilər. Rusiya və İranla müttəfiq olan Suriya ölkəsini işğaldan qoruya bildi.
Bizim daxili siyasətimiz şəxsi maraqlara söykəndiyi kimi, xarici siyasətimiz də şəxsi maraqlara söykənir. Qərbyönümlü siyasətçilərin xəyanəti nəticəsində torpaqlarımızın 25 faizini faktiki olaraq itirdik. Allah betərindən qorusun!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər