23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Sağ olun, cənab Prezident!
Tarix: 18-03-2019 13:45 | Bölmə: Nadir QOCABƏYLİ
Sağ olun, cənab Prezident!

İnsan bəzən çox iddialı olur və iddialı danışır. Yazırsan ki, cənab Prezident filankəsi də bağışlasa yaxşı olar. İstəyirsən ki, ailəsinə qovuşsun, cavan ömrü dörd divar arasında keçməsin. Amma biri altından yazır ki, günahı olanı bağışlayarlar, onun ki, günahı yoxdur...

Yaxşı, nə yazaq, qardaşım, yazaq ki, cənab Prezident, filankəsin heç bir günahı yoxdur, amma siz onu bağışlamalısınız?.. Sizə o adamın azad olunması lazımdır, yoxsa qosqoca Prezidentlə qaşıq döyüşdürmək?

Digər tərəfdən, mən nə bilim onun günahı var, ya yoxdur? Məgər işi aparan müstəntiqəm, prokuroram, hakiməm? Mən sadəcə, onun günahsız olduğuna inana bilərəm və buna görə də azad olunmasını istəyirəm...

Və bu yerdə Ramiz Rövşənin məşhur misralarını xatırlamamaq olmur:

Hamı günahkardır dünyada, amma

Dünyada heç kəsin günahı yoxdur...

Doğrudan da, bir insanın "mənim heç bir günahım yoxdur”,- deməsi çox məsuliyyətli işdir. "Qul xətasız olmaz...",- deyib atalar. Yəni günahsız adam olmaz, hər birimizin hansısa məqamda hansısa günahı, səhvi, yanlışı olur, buna şübhə yoxdur. Hətta hüquqi müstəvidə günahsız olmaq belə, məsum olmaq anlamına gəlmir...

Günahkar olmaq əslində subyektiv məsələdir. Hər şey insanın özünü və ya başqasını günahkar bilib-bilməməsi ilə ölçülür. Ədalət məhkəməsi belə mütləq orbitr deyil. Qaydanı kim qoyursa, günahın dərəcəsini də o müəyyənləşdirir. Elə günahsızlığın da...

İnsan bu dünyada təkcə günahlarına görə deyil, səhvlərinə, xətalarına görə də cəza çəkməli, cavab verməli olur. Qatil olmadığı halda qətldə günahlanırılan adamın günahı olmasa belə, bir səhvi, qüsuru, xətası vardır. O lazım olmayan zamanda lazım olmayan yerdə olub, yaxud danışığında, hərəkətində hansısa səhvə yol verib...

Əgər hakimiyyətin günahkar bildiyi şəxsi Avropa Şurası insan haqları məhkəməsi günahsız elan edirsə və bu hökm qüvvəyə minirsə, bu heç də Avropanın haqlı olması anlamına deyil, güclü olması anlamına gəlir. Bunda şəraitin, şərtlərin, zamanın da müəyyən rolu ola bilər. Anlayan anladı...

İstənilən adamı istənilən anda günahkar da elan eləmək olar, məsum elan edib bağışlamaq da. Bunu yenə qaydaları müəyyənləşdirən edir. Bu dünyada belədir...

Tanrı qatında, geniş anlamda isə, insanın insanı mühakimə etmək hüququ yoxdur. Hər şeyi O bilir, Yaradan!

Bəzən zarafatla deyirəm ki, az qalıram məni tutmadığına görə hakimiyyətə təşəkkür edəm, çünki o qədər lazımsız şey danışmışam ki, :) amma bu adamları günün günorta çağı açıb buraxırlar, etika xatirinə bir "çox sağ ol" demək istəmirlər... Çünki azad adamlar deyillər. Türmədən çıxsalar da, buxovlardan azad olmayıblar. Onlara mərhəmət göstərənə təşəkkür etməyə ləyaqətləri, cəsarətləri çatmır, qorxurlar. Birdən kiminsə xoşuna gəlməz... Ya da məni Avropa buraxdırıb. Olsun. Bəlkə də, Avropanın nəsə bir rolu olub, amma türmələrdə o qədər oğlanlar ölüb ki, Avropanın heç daş-qayasına da olmayıb. Elə bir siyasətçini bu yaxınlarda Ermənistanda türmədə öldürdülər acından...

Mən bütün məhbusları azad etdiyinə görə cənab Prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm.

Sağ olun, cənab Prezident!

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLU



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}