Siçanlar və siçanələr – Hekayə
Tarix: 22-04-2019 17:23 | Bölmə: Nadir QOCABƏYLİ
Siçanlar və siçanələr

Evdə növbəti dəfə siçanlar peyda olmuşdu. 3-4 gün gözümüzün qabağında oynaşdılar, sevişdilər, tullanıb-düşdülər, həyatdan zövq alıb, yedilər, içdilər, xoş keçdilər.

Bir gecə ayılanda gördüm ki, biri düşüb emallı boş ləyənə, ha çalışır çıxa bilmir, həkdən düşüb. Öldürməyə əlim gəlmədi. Humanist, daha doğrusu heyvanist damarım üstün gəldi. Nəsə o aylı gecədə "günaha" batmaq istəmədim. Aparıb atdım həyətə, qaçıb özünü soxdu gicitikanlığa.

Ertəsi gün gördüm sayları çoxalıb...

Onu da deyim ki, xanımın siçanlara həvəsi gəlir, ancaq evi siçanxanaya çevirməyin düzgün olmadığını da, şükür ki, anlayır. Yoxsa batardıq...

Ona dedim ki, artıq ağ elədilər, gərək tədbir görəm. Öz aramızda söhbət elədik ki, "marmelad" deyilən siçan yemindən yenə alım. Əvvəllər dəfələrlə uğurla sınaqdan çıxarıb, "siçan genosidi" etmişəm...

Bir gün sonra səhər bazarlığa gedəndə xanıma dedim siçan zəhəri də yaz ki, yadımdan çıxmasın. Yazanda soruşdum ki, bu gün gözə dəyməyiblər? Cavab verdi ki, hələlik yox.

Nə isə, bir torba "marmelad" alıb gətirdim. Künc-bucağa qoymazdan qabaq səhərdən gözə dəyib-dəymədiklərini dübarə soruşdum. Dedilər, görməmişik.

Paketi açıb, siçanquluların güzərgahına, yəni hərəkət marşrutlarına bir neçəsini ehmallıca qoydum ki, asanca nuş etsinlər.

Amma siçanlar o gündən yoxdular...

Belə şey əvvəllər də olub. Amma adətən zəhəri qoyandan sonra bir neçə gün görünməsələr də, sonradan necə lazımdır yeyib, əbədi "məsti-xumar"olublar.

Ancaq bu dəfə zəhərin söhbəti gedən gündən qeybə çəkiliblər və iki aydır, görünmürlər.

Qulaqlara qurğuşun!

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLU



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}