20:33 / 25-04-2024
Almaniyadakı ukraynalı qaçqınlara görə problem yaranıb
20:26 / 25-04-2024
İran-İsrail qarşıdurması: ilk raund daha təhlükəli mərhələyə keçə bilər
19:45 / 25-04-2024
Dünyada 282 milyon insan acdır - BMT
19:17 / 25-04-2024
Rusiya Polşada yaradılacaq nüvə obyektlərinə hücum edəcək
18:56 / 25-04-2024
İran məhkəməsi repçi barəsində edam qərarı çıxarıb
18:42 / 25-04-2024
Milli Məclis Avropa Parlamentinin son qətnaməsinə sərt cavab verib - Bəyanat
18:09 / 25-04-2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:03 / 25-04-2024
Ermənistanda müxalifətin aksiyası baş tutmayıb, kütləvi həbslər var - Video
18:02 / 25-04-2024
Naxçıvanda fond sədri vəzifədən çıxarılıb
17:55 / 25-04-2024
Papa Fransisk Putinə mesaj göndərib
17:46 / 25-04-2024
Dünyada iqlim böhranı başlayır
17:32 / 25-04-2024
Azərbaycanla Macarıstan arasında enerji əməkdaşlığı barədə müzakirə aparılıb
17:25 / 25-04-2024
Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə edilib - Fotolar
17:08 / 25-04-2024
İlham Əliyevlə Qırğızıstan prezidenti Füzuli və Ağdamda olublar - (Yenilənib) - Fotolar
16:42 / 25-04-2024
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
16:41 / 25-04-2024
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsi ilə bağlı qərar verib
16:25 / 25-04-2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:09 / 25-04-2024
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
16:05 / 25-04-2024
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
15:50 / 25-04-2024
İspaniya və daha 4 ölkə Fələstin dövlətini tanımağa hazırlaşır
15:32 / 25-04-2024
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib - (Yenilənib)
15:32 / 25-04-2024
Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"
15:08 / 25-04-2024
"Azərbaycanda respondentlərin 74,9%-i "TikTok"a məhdudiyyətlərin tətbiq edilməsini istəyir"
14:43 / 25-04-2024
Malıbəylidə kütləvi məzarlıq aşkarlanıb - Fotolar
14:35 / 25-04-2024
Rasim Balayev: "Onlara baş qoşası deyiləm"
14:29 / 25-04-2024
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır
14:16 / 25-04-2024
İsrail daha 12 fələstinlini həbs edib
14:06 / 25-04-2024
Qəzzada ölənlərin sayı artıb
13:59 / 25-04-2024
Rusiya XİN: "Sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"
13:47 / 25-04-2024
"Yüksəliş" müsabiqəsi: "Ümumi biliklər imtahanı"nın nəticələri açıqlanıb
22:20 / 20-04-2024
ABŞ Ukraynaya 61 milyard dollar ayırıb
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
18:01 / 21-04-2024
Dünyanın idman paytaxtı olması üçün Bakının namizədliyi irəli sürülüb
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
14:10 / 23-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
16:58 / 23-04-2024
İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumda iştirak edir - (Yenilənib)
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
00:02 / 23-04-2024
Məşhur boksçu Mayk Tayson şirkətin səfiri olub
00:05 / 23-04-2024
Abramoviç yeni futbol klubunu Avropanın ən yaxşısı edəcək
Postsovet adamı və İlon Mask
Tarix: 10-03-2019 01:07 | Bölmə: Xəqani CƏFƏRLİ
Təxminən iki il əvvəl mətbuatdakı dostlardan biri məni inandırmağa çalışırdı ki, “Space X” şirkətinin yaradıcısı və rəhbəri İlon Mask fırıldaqçıdır. Əslində isə, dünyada baş verən siyasi, iqtisadi və texnoloji yeniliklər Azərbaycan mətbuatına Kremlin sərt nəzarəti altında olan Rusiya mətbuatı vasitəsilə çatdığı üçün, bir çox məsələlər haqqında soydaşlarımızda yanlış təsəvvürlər yaranır. Təəssüf doğuran hal ondan ibarətdir ki, informasiyanı Kremlin nəzarətindəki mətbuatdan alan postsovet adamı alternativ mövqeyi dinləmək istəmir.
Ötən ay Rusiyada keçirilən rəy sorğularının nəticələri mütəxəssisləri və məlumatlı şəxsləri tam çaşdırmışdı. Çünki, rəy sorğusunda iştirak edənlər Rusiyanın kosmos sahəsində dünya lideri olduğuna təkid edirdilər. Sorğu iştirakçılarının əksəriyyətinin dəlili ondan ibarət idi ki, kosmosa ilk insanı Rusiya (Bu, Sovet İttifaqının uğurudur) göndərib, Beynəlxalq Fəza Stansiyasına amerikalı astronavtları Rusiyanın “Soyuz” gəmiləri daşıyır. 1961-ci ildə Yuri Qaqarinin kosmosa uçuşunu bu gün dəlil kimi dilə gətirənlər NASA tərəfindən kosmosa göndərilən “Parker Solar Probe” aparatının Günəşə ən yaxın məsafədə dövrə vurduğunu və digər kosmos gəmisi "InSight"ın Marsın səthinə enərək təhqiqtalar apardığını, Çinin “Çanye-4” kosmik aparatının Ayın əks səthinə enməsinə də əhəmiyyət verməyərək, Beynəlxalq Fəza Stansiyasına astronavtları ancaq Rusiyanın kosmik gəmisinin daşıdığını qabartmağa çalışırdılar.
Krımın ilhaqına görə beş il əvvəl ABŞ Rusiyaya sanksiya tətbiq edəndə, o zaman Rusiya baş nazirinin müavini, hazırda isə “Roskosmos” dövlət şirkətinin baş direktoru olan Dmitri Roqozin Vaşinqtonu təhdid edərək demişdi ki, bundan sonra amerikalılar Beynəlxalq Fəza Stansiyasına hava balonları ilə uçmalı olacaqlar. Rusiya əlverişli kommersiya səbəbindən Beynəlxalq Fəza Stansiyasına uçuşlardan imtina etməsə də, ötən ilin oktyabrında stansiyaya göndərilən “Soyuz” gəmisinin qəzaya uğraması diqqətləri yenidən okeanın o tayına yönəltdi. Buna səbəb “Space X” şirkətinin “Crew Dragon” kosmik gəmisinin və “Boeing”in “Starliner” adlı personal daşıyıcı qurğusunun üzərində qızğın işin getməsi idi. “Soyuz” kosmik gəmisinin qəzaya uğradığı oktyabr ayından bütün diqqətlər “Space X” və “Boeing”in öz məhsullarının sınağını keçirəcəkləri tarixə yönəlmişdi. Nəhayət, martın 2-də “Falcon 9” daşıyıcı raketi “Space X” kompaniyasının yeni “Crew Dragon” kosmik gəmisi ilə birgə Beynəlxalq Kosmik Stansiyaya istiqamət aldı. Beynəlxalq Kosmik Stansiyanın ekipajı üçün 182 kiloqram ərzaq, elmi avadanlıq və material aparan “Crew Dragon” kosmik gəmisi martın 3-də avtomatik olaraq stansiyaya birləşdi və martın 8-də Yerə qayıtdı. Bununla da NASA-nın direktoru Cim Braydenstaynın dediyi kimi, kosmonavtikada yeni era başladı.
Əlbəttə, bu da son deyil. “Boeing” “Starliner” adlı personal daşıyıcı qurğusunun pilotsuz uçuş testini apreldə keçirəcək. “Crew Dragon” gəmisi isə artıq kosmonavtika tarixində ilk insan tərəfindən idarə olunan kommersiya gəmisi kimi tarixə düşməklə yanaşı, astronavtları Beynəlxalq Fəza Stansiyasına çatdırmaq sahəsində Rusiyanın müstəsnalığını aradan qaldırdı. Ancaq postsovet adamı hələ də bunların fərqində deyil...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?