12:32 / 15-10-2018
Prezident Lənkərana gedib
08:53 / 15-10-2018
Yenidoğulmuşun şikayəti
Aydın Abbasov və Mitya Aleşkovskiy
Tarix: 15-03-2016 10:47 | Bölmə: Xəqani CƏFƏRLİ
 

Sabiq deputat Aydın Abbasov Rusiyanın müadfiəsinə qalxaraq Avropanı ikili standartlarda, Rusiyaya qarşı "soyuq müharibə” məntiqi ilə hərəkət etməkdə ittiham edib. Baş nazirin sabiq müavini Abbas Abbasovun oğlu Avropanı Napoleon və Hitler kimi bəlalardan Rusiyanın xilas etdiyini bildirib, Qərbi borclu çıxarmağa çalışıb.

Napoleonu fatehlikdə ittiham etmək olar, ancaq fransız imperatoru rus çarı Aleksandrdan fərqli olaraq, feodal əsarətinin qorunub-saxlanması uğrunda savaşmırdı. İndi heç kim inkar edə bilməz ki, Avropa feoadlizminin süqutunda Napoleon müstəsna rol oynayıb. Avropanı Hitlerdən xilas etsə də, ondan daha az təhlükəli olmayn Stalindən asılı saldı.

Aydın Abbasovun Rusiyanın müdafiəsinə yönəlmiş çıxışı yayılan gün "Нужна помошь.ру” humanitar layihəsinin rəhbəri, ictimai xadim Mitya Aleşkovskiyin "Cолидаризироваться со Сталиным может только дьявол”  (http://echo.msk.ru/blog/aleshru/1728864-echo) bloq yazsını oxudum. Adı Aydın olsa da, cəhaləti təmsil edən, köləliyi tərifləməyə çalışan sabiq millət vəkili Abbasovdan fərqli olaraq Mityanın bloq yazısını Allahın insanlara bəxş etdiyi ən böyük dəyəri - azadlığı təbliğ etdiyi üçün hansı millətə məxsusluğundan asılı olmayaraq, özünü aydın hesab edən hər kəsin fikri hesab etmək olar. Mitya haqlı olaraq qeyd edir ki, Hitleri Stalindən pis, zərərli hesab etmək doğru deyildir və onların ikisi də eyni bezin qırağı olublar.

Müstəqil Azərbaycan dövlətinin ali qanunverici orqanında təmsil olunmuş A.Abbasov isə bilməlidir ki, Rusiyanı müdafiə etmək, son iki yüz ildə Azərbaycanı işğal edənləri, Azərbaycan xalqının tarixi torpaqlarında saxta erməni dövləti yaradanları, İrəvan, Zəngəzur və Göyçədən yüz minlərlə soydaşımızın deportasiya edilməsini, Qarbağın rus-erməni hərbi birləşmələri tərəfindən işğalını müdafiə etmək deməkdir. Rusiyanı müdafiə etmək son iki yüz ildə Moskvanın göstərişləri əsasında məhv edilən Azərbaycan xalqının ən yaxşı oğul və qızlarının, fikir adamlarının, aydınlarının qətlinə tərəfdar olmaqdır. Rusiyanı müdafiə etmək cəhaləti, köləliyi, hüquqsuzluğu müdafiə etməkdir ki, heç bir azad adam, ziyalı bunu etməz. Moskvanın türk düşmənçiliyinin yenidən baş qaldırdığı indiki zamanda Rusiyanı yalnız hər addımda ağasının xoşuna gəlmək istəyən kölə müdafiə edə bilər. Bu köləlik isə əsasən erməni və ya başqa millətlərlə qarşığı olanlarda özünü daha qabarıq göstərir.






Bölməyə aid digər xəbərlər