11:18 / 10-12-2018
Lerikdə zəlzələ olub
17:26 / 09-12-2018
Messi təyyarə aldı - Fotolar
23:15 / 08-12-2018
50-dən artıq startap...
20:10 / 08-12-2018
Parisdə barrikadalar qurulur
Yeni ilin ilk ayı – Dekabr
Tarix: 11-12-2017 16:11 | Bölmə: Xəqani CƏFƏRLİ
Yeni ilin ilk ayı

Miladi təqviminə görə ilin ilk ayı yanvar olsa da, 2018-ci ilin siyasi proseslərini müəyyən edəcək ay, başa çatmaqda olan ilin son ayı dekabr oldu.

Bir qayda olaraq dekabr, siyasi proseslər baxımından passiv ay kimi qəbul olunub. Dekabrın gəlişi ilə xristian dünyası İsa peyğəmbərin mövluduna və Miladi təqvimlə yeni ilin gəlişinə hazırlaşmağa başlayır. Xristian ölkələrində, eləcə də bəzi qeyri-xristian ölkələrində insanlar dekabr ayını yeni ili harada qarşılamaqla bağlı məsələlərin həllinə sərf edirlər. Yəni, dekabr dünyanın əksər xalqları üçün 11 aylıq əmək fəaliyyətinə xitam vermək, bu müddətin yorğunluğunu çıxarmaq ayıdır.

Ancaq 2017-ci ilin dekabr ayı tarixə fərqli düşəcək. Məhz bu təqvimdə bəzi siyasi liderlərin qərarları 2018-ci ildə proseslərin hansı istiqmətdə inkişaf edəcəyini müəyyənləşdirdi.

ABŞ-ın kəmağıl prezidenti Donald Tramp Qüds şəhərini İsrail dövlətinin paytaxtı kimi tanıdığını və ölkəsinin diplomatik nümayəndəliyinin hal-hazırda yerləşdiyi Tel-Əvivdən Qüdsə köçürülməsi haqqında qərar verdi. Trampın bu qərarı müsəlman dünyasında böyük hiddət doğurub. Müsəlmanlar üçün Qüds, Məkkə və Mədinədən sonra ən müqədəs məkan sayılır. Onun İsrailin paytaxtı kimi tanınması İslam dünyasında şiddəti daha artıracaq.

Tarmpın bu qərarı heç şübhəsiz, öncə radikal dini təmayüllərin işinə yarayacaq. Ona görə də gələn il İslam dünyasında radikal dini cərəyanların daha gücləndiyi il ola bilər.

Qüds məsələsində sünni və şiələrin eyni mövqedə olmaları prosesləri sivilizasiyaların toqquşmasına da sürükləyə bilər. Trampın bu qərarı həm İsraillə, həm də aparıcı İslam ölkələri ilə yaxşı əlaqələr qurmuş Azərbaycanın da manevr imkanlarını daraladacaq.

2018-ci ildə siyasi proseslərin hansı istiqamətdə inkişafını müəyyən edəcək digər bir hadisə dekbarn 7-də baş verdi. Rusiyanın avtoritar lideri Vladimir Putin gələn il keçiriləcək prezident seçkisində dövlət başçısı postuna yenidən namizəd olacağını elan etdi. Putinin yenidən Rusiyanın prezidenti olması Şimal qonşumuzda avtoritarizmin daha güclənməsi deməkdir ki, bu da bütün postsovet məkanında hiss olunacaq.

Putinin Rusiyanın dövlət başçısı postunda qalması həm də Şimal qonşumuzun Qərb dövlətləri ilə qarşıdurmasının davam edəcəyi deməkdir ki, bu da postsovet ölkələrinin manevr imkanlarını azaldacaq. Hətta Rusiya ilə Qərb arasında gərginliyin artması postsovet ölkələrinin əksəriyyətinin suverenliyinə təhlükədir.

Rusiya ilə Qərb arasındakı gərginlik Avrasiya məkanında iqtisadi proseslərin zəifləməsinə də səbəb ola bilər. Bu isə iqtisadi böhrandan özünə gəlməyən postsovet ölkələrinin böhrandan çıxmasına mane olacaq.

Göründüyü kimi, dünya görüşü, siyasətə və idarəetməyə baxışı oxşar olan iki siyasi liderin - ABŞ-ın kəmağıl prezidenti Donald Tramp və Rusiyanın avtoritar lideri Vladimir Putinin 2017-ci ilin dekabrında verdikləri qərar 2018-ci ildə dünyada siyasi və iqtisadi proseslərin hansı səmtə inkişafını faktiki olaraq müəyyən edib. Buna görə də başa çatmaqda olan təqvim ilinin son ayı olan dekbarı qarşıdan gələn ilin siyasi proseslərinin yönümünü müəyyən edən ilk ay kimi qəbul etmək olar.




Bölməyə aid digər xəbərlər