10:21 / 19-11-2018
Futbolçu özünü öldürüb
2018 - siyasi təlatümlər ili, yoxsa...
Tarix: 26-12-2017 10:02 | Bölmə: Xəqani CƏFƏRLİ
2018 - siyasi təlatümlər ili, yoxsa...

Başa çatan ilin nəticələrinə baxdıqda, 2018-in də sakit keçməyəcəyini proqnozlaşdırmaq olar.

Vaşinqton-Moskva münasibətlərinin ketdikcə kəskinləşməsi ötən həftə ərzində daha aydın göründü.

Son bir həftədə ABŞ Rusiyanın bir neçə müəssisəsinə və rəsmisinə qarşı sanksiyalar tətbiq etməklə qadağaları genişləndirib. Ancaq okeanın o tayından gələn məlumatlar bu prosesin qarşıdan gələn il daha da dərinləşəcəyini göstərir.

Belə ki, gələn ilin fevralına kimi Ağ Ev Rusiya diktatoru Valdimir Putinin təcavüzkar siyasətində yer alan hüquqi və fiziki şəxslərin, dövlət rəsmilərinin və siyasətçilərin tam siyahısını tərtib edib, Konqressə təqdim etməlidir.

ABŞ-dan gələn xəbərlərə görə, Vaşinqton NATO üzrə müttəfiqlərinə əməkdaşlıq etməməli olduqları Rusiya rəsmilərinin siyahısını göndərib. Hələlik bu siyahıda Rusiya rəsmilərindən kimin yer aldığı məlum deyil. Amma ümumi götürdükdə, bu, Rusiyanın təcridinin yeni mərhələsi deməkdir.

Son günlər Vaşinqtonun Rusiyaya həm Suriya məsələsinə, həm də Kiçik və Orta Mənzilli Raketlərin Ləğvinə dair Müqavilənin pozulmasına görə sanksiyalar tətbiq edəcəyi ilə bağlı məlumatlar yayılır. Belə görünür ki, fövqəladə bir hadisə baş verməsə ABŞ-Rusiya müansibətləri dünyada gedən proseslərin əsas istiqmətini müəyyənləşdirəcək.

Rusiya da öz növbəsində ABŞ-a qarşı dayana bilmək üçün postsovet məkanında mövqelərini gücləndirməyə çalışacaq. Suriyada hərbi baza yaratmasına, İranla sıx əməkdaşlıq etməsinə baxmayaraq, Moskvada anlayırlar ki, Rusiyanın həyati maraqları üçün ən vacib bölgə postsovet məkanıdır. Postsovet məkanında isə Rusiyanın işləri Suriyadan fərqli olaraq, yaxşı getmir.

Ukraynanın ictimai-siyasi fikrində Rusiyanın düşmən və təcavüzkar obarzı gündən-günə güclənir.

Moldova Rusiyadan sürətlə uzaqlaşır. Kişniyov Moskvadakı səfirini geri çağırmaq, separatçı Dnestryanı bölgənin hava məkanını bağlamaq və Rusiya rəsmilərinin təyyarələrinə hava məkanı verməmək kimi sərt addımlardan çəkinmir.

Moskvada etiraf edirlər ki, Ukrayna ilə münaqişə Moldovanın işinə yarayıb və Kişniyov Moskvanın təsir dairəsindən daha da uzaqlaşıb.

Ermənistanın Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlığını dərinləşdirən sazişi imzalaması Rusiyanın postsovet məkanında növbəti məğlubiyyəti hesab oluna bilər.

Rusiyanın Şərq cinahında da vəziyyət yaxşı deyil. ABŞ müəyyən fasiləsindən sonra Orta Asiya regionuna qayıtmaq qərarı verib. Bu regionun əsas dövləti hesab olunan Özbəkistan prezidentinin Vaşinqtona dəvət edilməsi də bundan qaynaqlanır.

Moskva postsovet məkanında baş verən prosesləri həyəcan və açıq narazıqla izləyir. Rusiyadan gələn xəbərlər Moskvanın bu prosesin qarşısını almaq niyyətində olduğundan xəbər verir. Rusiyanın qonşularına təsir etmək üçün əlində hərbi gücdən başqa vasitə olmadığından, postsovet respublikalarından birinə və ya bir neçəsinə qarşı hərbi təxribatlar törədə bilər.

Rusiyada sosial-iqtisadi vəziyyət də ağırlaşır. Bu vəziyyətdən çıxış yolu tapmayan Rusiya diktatoru üçün qonşu dövlətlərə hərbi təcavüz yeganə çıxış yolu kimi görünə bilər.

Aydın görünən odur ki, postsovet ölkələri 2018-ci ili ABŞ-ın Rusiyaya qarşı təzyiqlərinin artdığı, Moskvanın da bu vəziyyətə paralel olaraq xarici siyasətini, xüsusilə də qonşu respublikalara qarşı siyasətini sərtləşdirməsi şəraitində keçirəcəklər.




Bölməyə aid digər xəbərlər