00:07 / 19-03-2024
Azərbaycanda Novruz bayramı qeyd olunur
23:26 / 18-03-2024
Doğru seçim - Hikmət Sabiroğlu yazır
23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
23:00 / 18-03-2024
Rusiya Almaniyanı soyqırımda ittiham edir
22:45 / 18-03-2024
Ramazanın 9-cü günü: imsak və iftar vaxtları
21:30 / 18-03-2024
NATO Baş katibi: "Azərbaycanla yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq" - Müsahibə
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
19:50 / 18-03-2024
Generalın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib - Foto
19:44 / 18-03-2024
Keçmiş vəzifəli şəxslərin işi məhkəmə icraatındadır
18:48 / 18-03-2024
Müğənni Rəvan Polşada klip çəkdirib - Video
18:13 / 18-03-2024
Sərhəddə buraxılış məntəqələrinin sayı artırılıb
18:02 / 18-03-2024
Nazirlər Kabineti Təhlil Mərkəzinin işçilərinin sayı barədə qərar verib
17:50 / 18-03-2024
"Qarabağ"ın 8 futbolçusu milli komandaların heyətinə çağırılıb
16:56 / 18-03-2024
YAP İdarə Heyəti iclas keçirib
16:47 / 18-03-2024
Məşhur aktyor pərəstişkarlarını məyus edib - Fotolar
16:35 / 18-03-2024
Aprelin 14-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
16:28 / 18-03-2024
Yuxusuzluq kökəlməyə səbəb olur - Araşdırma
16:14 / 18-03-2024
Qarabağ zonasında daha 1394.5 hektar ərazi minalardan təmizlənib
16:12 / 18-03-2024
Avropa ölkələri Putini təbrik etməyəcək
16:08 / 18-03-2024
Yunanıstana qaçmağa çalışan FETÖ üzvləri tutulublar
15:57 / 18-03-2024
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
15:41 / 18-03-2024
XİN başçısı ABŞ rəsmisi ilə görüşüb
15:38 / 18-03-2024
İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
15:11 / 18-03-2024
Dövlət qulluğuna imtahanın nəticələri açıqlanıb
14:29 / 18-03-2024
Ceyhun Bayramov NATO-nun Baş katibi ilə görüşüb - Fotolar
14:23 / 18-03-2024
Belqorodda ölənlərin və yaralanların sayı açıqlanıb
13:56 / 18-03-2024
Zakir Həsənov NATO-nun Baş katibi ilə regional təhlükəsizliyi müzakirə edib - Video - Fotolar
13:42 / 18-03-2024
İlham Əliyev Vladimir Putinə zəng edib - Yenilənib
13:34 / 18-03-2024
Rusiyada seçki: 87,1 milyondan çox vətəndaş səsvermədə iştirak edib
16:40 / 14-03-2024
XI Qlobal Bakı Forumu işə başlayıb - İlham Əliyev tədbirdə çıxış edib (Tam mətn) - Fotolar (Yenilənib)
23:57 / 14-03-2024
Fransada ələ keçən 8659 əsər Türkiyəyə qaytarılacaq - Fotolar
23:47 / 14-03-2024
Dəhşətli statistika: dünyadakı narkomanların təxmini sayı açıqlanıb
18:01 / 16-03-2024
Xl Qlobal Bakı Forumu başa çatıb - (Yenilənib)
01:18 / 16-03-2024
Rusiyaya qarşı yeni koalisiya yaradılıb
16:47 / 16-03-2024
Xocalıda kütləvi məzarlıq: 8-nin şəxsiyyəti müəyyən edilib (Fotolar)
09:47 / 14-03-2024
Avropa Liqası: "Qarabağ" səfərdə "Bayer 04" komandası ilə "döyüşəcək"
16:00 / 14-03-2024
Vergi işçilərinin aylıq əməkhaqları nə qədər artırılıb? - Açıqlama
19:32 / 14-03-2024
Baş nazir taksi sürücüləri ilə bağlı qərar verib
18:00 / 14-03-2024
Magistraturaya qəbul imtahanlarının yekun nəticələri açıqlanıb
23:43 / 14-03-2024
Avropa Liqası: "Bayer 04" və "Qarabağ"ın start heyətləri müəyyənləşib
Estoniya nümunəsi
Tarix: 12-02-2018 22:44 | Bölmə: Xəqani CƏFƏRLİ
Sovet İttifaqı süqut etdikdən sonra postsovet respublikalarının hamısı “Şər imperiyası”nın dağılmasından bəhrələnə bilmədi. Postsovet respublikalarının əksəriyyəti totalitar rejimin əsarətindən çıxmağa macal tapmamış sərt avtoritar rejimlərin basqısı altına düşdü. Ancaq bundan yayınıb, sürətli inkişaf yolunu seçə bilən respublikalar da oldu. Onların arasında ən çox diqqəti cəlb edən, hər cür tərifə layiq olanı Estoniya Respublikasının keçdiyi inkişaf yoludur. Bu ölkə adambaşına 20 min dollarlıq Ümum Daxili Məhsul ilə neft və qaz ixracatçısı olan Azərbaycanı təxminən beş dəfə qabaqlayır.
Estoniyanın iqtisadi inkişafı yalnız Ümum Daxili Məhsulu əks etdirən statistik rəqəmlərlə kifayətlənmir. Ölkədə 2012-ci ildə minimum əməkhaqqı 290 avro idisə, 2018-ci ildə 500 avro təşkil edir və bir iş saatının minimum qiyməti 2.97 avrodur. Həm də, bu minimum əməkhaqqı yalnız ixtisası olmayan fəhlələrə verilə bilər.
Bizim ölkədə minimum əməkhaqqı 130 manat, Mərkəzi Bankın təyin etdiyi məzənnə ilə təxminən 61 avrodur. Yəni, neft və qaz ölkəsi olmayan Estoniyada minimum əməkhaqqı neft və qaz satan ölkədəkindən ən azı 8 dəfə çoxdur.
Estoniyada ötən il orta aylıq əməkhaqqı 1217 avro olub, bu il isə 1292 avroya catması nəzərdə tutulur.
Lakin Estoniya hökməti bununla kifayətlənmək niyyətində deyil. Estoniyanın məqsədi 10 il ərzində həyat şəraitini Qərbi Avropa standartlarına çatdırmaqdır.
Sıravi azərbaycanlı üçün fantastik əməkhaqqı kimi görünən 1292 avro (2720 manat) Estoniyada bir çoxlarını qane etmədiyi üçün, onlar Avropanın başqa ölkələrində, xüsusən də Finlandiyada işləməyə üstünlük verirlər. Rəsmi Tallin isə əməkhaqqının yüksəldilməsinə nail olmaqla, Avropanın başqa ölkələrində işləməyə gedənlərin geri qayıtmasını stimullaşdırmağa çalışır.
Sovet İttifaqının zamanında Estoniya iqtisadiyyatı əsasən Sovet ordusu üçün silah və avadanlıqlar istehsal edən ağır sənayenin üzərində qurulmuşdu. Buna görə də, Sovet İttifaqının dağılması Estoniya iqtisadiyyatının əsas istehsal sahələrinin dayanmasına gətirib çıxardı. Bir zamanlar on minlərlə insanın işlədiyi zavodlar metal yığnağına çevrildi.
Müstəqilliyin ilk illərində Estoniyada işsizliyin səviyyəsi kəskin artdı, insanların həyat şəraiti pisləşdi. O zaman bir çoxlarına, hətta Estoniyanın müttəfqilərinə elə gəlirdi ki, bu ölkə bir daha ayağa qalxa bilməyəcək. Hətta Estoniyanın öz mövcudluğunu qoruyub saxlaya bilməyəcəyini iddia edənlər də var idi.
Ancaq bütün bədbin proqnozlara baxmayaraq, Estoniya nəinki mövcudluğunu qorudu, həm də öz inkişafı ilə digər ölkələrə nümunə olmağı bacardı. Həyat səviyyəsinə görə Rusiya başda olmaqla, bütün postsovet respublikalarını dəfələrlə qabaqlayan Estoniyanın bu uğurlarının bircə səbəbi var: Azadlıqların tam təmin edilməsi.
Estoniya iqtisadi azadlıq indeksinə görə dünya ölkələri arasında birinci onluqda yer alır. İqtisadi azadlıq isə siyasi azadlıqların tam təmin olunmasının nəticəsidir. Bir zamanlar Azərbaycanla bərabər totalitar ölkənin bir hissəsi olan Estoniya bu gün insan azadlığı indeksinə görə dünyada 13-çü yerdədir. Bu, ABŞ-ın Katon İnstitutunun, Kanadanın Frezer İnstitutunun, Sloveniyanın Vizio İnstitutunun, Almaniyanın Fridrix Nauman Fondunun və Rusiyanın İqtisadi Analiz İnstitutunun apardığı birgə araşdırmanın nəticəsi zamanı üzə çıxıb.
Başqa bir araşdırmaya görə, Estoniya qanunun aliliyinin təmin olunması sahəsində dünyada 12-ci, keçmiş sosialist ölkələri və postsovet respublikaları arasında birincidir. Rusiya bu siyahıda 89-cu olmaqla Filippin və Dominakan arasında yer alıb.
İnternet azadlığında da Estoniya dünyada birincidir.
“Wired” jurnalının ötən ilin martında apardığı araşdırmanın nəticəsi üzə çıxarıb ki, Estoniya rəqəmsal iqtisadiyyat indeksinə görə dünyada birincidir. Estoniyanın bu sahədəki uğurunu etiraf edən isə yalnız “Wired” jurnalı deyil. Avropa İttifaqının ali orqanı olan Avropa Komissiyası da Estoniyanı rəqəmsal iqtisadiyyatda Avropa ölkələri arasında birinci hesab edir.
Dünyada ən inkişaf etmiş rəqəmsal iqtisadiyyatı nəticəsində Estoniya vətəndaşları bürokratiyanın nə olduğunu artıq unudublar.
Ekspertlər hesab edir ki, Estoniyanın iqtisadi inkişafına görə Latviya, Litva ilə yanaşı Şərqi Avropanın keçmiş sosialist ölkələrinin əksəriyyətindən önə çıxmasının əsas səbəblərindən biri də mükəmməl rəqəmsal iqtisadiyyatın yaradılmasıdır. Çox maraqlıdır ki, Rusiyanın düşünən beyinləri də hökumətə Estoniyandan nümunə götürməyi təklif edirlər.
Rusiyanın ən bahalı şirkəti olan Əmanət Bankın prezidenti German Qref və sabiq maliyyə naziri Aleksey Kudrinin iqtisadi islahatlarla bağlı prezident Putinə etdikləri təkliflərin arasında Estoniyanın rəqəmsal iqtisadi sisteminin nümunə götürülməsi də var. Lakin Rusiyanın bu sahədə ciddi inkişafa nail olması mümkün deyil. Çünki Rusiyada internet üzərində senzura mövcuddur. 2014-cü ildə qüvvəyə minən “Luqavoy qanunu”na görə məhkəmə qərarı olamdan da icra hakimiyyəti saytları bloklaya bilər.
Estoniyada isə rəqəmsal iqtisadiyyat o qədər geniş inkişaf edib ki, vətəndaşlar -uşaqların məktəbə yazılmasından tutmuş seçkidə səsverməyə qədər - bütün işləri internet vasitəsilə həyata keçirə bilərlər. Məsələn, Estoniya vətəndaşı vaxtı keçmiş sürücülük vəsiqəsini Londondakı mehmanxanadan və yaxud Berlindəki pivə barından çıxmadan da dəyişə bilər. Bu ölkədə yalnız nigah bağlanması zamanı şəxsən iştirak tələb olunur. Bundan başqa bütün məsələləri “Elektron hökumət” portalı vasitəsi ilə, dünyanın istənilən nöqtəsindən etmək olar.
Rəqəmsal iqtisadiyyat vətəndaşları bürokratik qaydalardan və vaxt itkisindən azad etməklə yanaşı biznesin də sürətli inkişafını təmin edir. Estoniyanın Litva və Latviyaya nisbətən iqtisadi cəhətdən daha çox inkişaf etməsi, əməkhaqqının yüksək olması da bunun nəticəsidir.
Rəqəmsal iqtisadiyyatla tanışlıq və ondan istifadə qaydaları Estoniyada şagirdlərə məktəbdə tədris olunur. Bu da öz növbəsində Estoniyada informasiya texnologiyalarının sürətlə inkişafına səbəb olur. Artıq Tallin məktəbliləri hazırladıqları robotu internet vasitəsilə idarə etməyə çalışırlar. Özü də bunu yuxarı sinif şagirdləri deyil, ibtidai siniflərdə oxuyanlar edirlər. Estoniyanın orta məktəb şagirdləri ikinci sinifdən robotlarla tanış olur, onlarla işləməyə başlayırlar.
İqtisadi azadlıqlar sosial rifahı təmin etdiyi kimi, azad cəmiyyət və sosial rifah Estoniyada insanların ömürün uzanmasına, sağlam və gümrah əhalinin artmasına səbəb olub. Rusiya isə on ildir ki, demoqrafik böhrandan çıxa bilmir.
Oxucular irad tuta bilər ki, Estoniyanı ölkəmizlə deyil, daha çox Rusiya ilə müqayisə edirəm. Eyni zamanda, bu siyahılarda Azərbaycanın neçəci olmasından çox da bəhs etmirəm. Oxucu bu iradında haqlıdır. Ancaq mənim də üzürlü səbəblərim var.
Məsələ ondan ibarətdir ki, əksər siyahılarda Azərbaycanın adına rast gəlmək mümkün deyil və yaxud da ən son sıralarda yer alır. Məsələn, Estoniyanın internet azadlığına görə lider olduğu siyahıda Azərbaycan 188-ci yerdədir.
İkincisi, bu gün Azərbaycan cəmiyyətində əsasən, Rusiyanın təbliğatı aparıldığı, bu ölkənin siyasi layihəsi olan Avrasiya İqtisadi İttifaqına daxil olmaqla bağlı çağırışlar edildiyi bir zamanda, mən də müqayisələri Rusiya ilə aparmağın daha doğru ola biləcəyini düşündüm.
Estoniya nümunəsini Rusiya ilə Avropa arasında göstərməklə, seçim zamanı daha doğru qərar qəbuluna yardım edə biləcəyimə ümid bəsləyirəm.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?