13:48 / 23-04-2024
Spikerdən deputata cavab: "Hamı bilir ki, ölkədə bu nikah qanunsuzdur"
13:23 / 23-04-2024
Sabahın hava proqnozu açıqlanıb
13:19 / 23-04-2024
Narkotik vasitələrin siyahısına dəyişiklik edilib
13:12 / 23-04-2024
Alkoqollu içkilərin idxalı və istehsalı yeni şərtlərlə müəyyən olunacaq
13:07 / 23-04-2024
Yeni dövlət rüsumu müəyyənləşir
12:45 / 23-04-2024
Körpələr evində mənimsəmə: cinayət işi açılıb
12:34 / 23-04-2024
Direktorun cinayət işi məhkəməyə göndərilib
12:26 / 23-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
12:20 / 23-04-2024
Azərbaycanla Albaniya arasında viza tələbi ləğv olunur
12:11 / 23-04-2024
Əliyev Zelenskini COP29-a dəvət edib
11:59 / 23-04-2024
İran və İsrailin bir-birinə mesajı... - Kölgə müharibəsinin yeni mərhələsi başlayıb
11:48 / 23-04-2024
Azərbaycanla Türkiyə arasında daha bir saziş təsdiqlənib
11:39 / 23-04-2024
Azərbaycan-Ermənistan sərhədinin koordinatları dəqiqləşdirilir
11:10 / 23-04-2024
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib
10:47 / 23-04-2024
Səadət Bənənyarlı: "Qubad bəyin ev dustaqlığına buraxılmasını yüksək qiymətləndirirəm"
10:35 / 23-04-2024
Rəsmi Tehrandan 4 kəndin geri qaytarılmasına reaksiya: "Bu, sülhün bərqərar olması üçün zəruridir"
10:28 / 23-04-2024
Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib - Təsərrüfat
10:24 / 23-04-2024
İdarə müdiri məhkəməyə verilib
10:04 / 23-04-2024
Xankəndidə silah-sursat aşkarlanıb
09:54 / 23-04-2024
Azərbaycan ərazisində zəlzələ olub
09:19 / 23-04-2024
Növbədə anklav kəndlərdir
08:42 / 23-04-2024
NATO Polşada nüvə silahı yerləşdirə bilər
08:12 / 23-04-2024
Qız bürcündə qaz kütləsi aşkar edilib
08:08 / 23-04-2024
Rusiyalı diplomatların Avropaya səfərlərini məhdudlaşdırmaq təklif olunur
08:04 / 23-04-2024
Baş katibi gərgin görüşlər gözləyir
08:01 / 23-04-2024
İsrailin şimalında hava həyəcanı siqnalı çalınıb
07:49 / 23-04-2024
London Kiyevə yardım vəd edib
00:13 / 23-04-2024
Tayvanda iki güclü zəlzələ baş verib - 6,1 və 6 bal gücündə
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
19:13 / 20-04-2024
Bakıda taxta bazarında yanğın olub - Fotolar (Yenilənib)
22:20 / 20-04-2024
ABŞ Ukraynaya 61 milyard dollar ayırıb
21:22 / 19-04-2024
Buraxılış imtahanının nəticələri elan olunub
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
18:01 / 21-04-2024
Dünyanın idman paytaxtı olması üçün Bakının namizədliyi irəli sürülüb
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
23:26 / 19-04-2024
Aİ-dən 4 kəndin qaytarılmasına reaksiya: "Davamlı nizamlanmanı tam dəstəkləyirik"
00:37 / 20-04-2024
Hikmət Hacıyev: "Bu, diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
20:45 / 19-04-2024
19-cu əsrin solğun dagerreotiplərini bərpa ediblər
18:35 / 19-04-2024
MKİ: “Moskva yaxınlığındakı terror aktını İŞİD təşkil edib”
Səlim müəllimin traktorçuları
Tarix: 25-06-2016 08:00 | Bölmə: Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər
Tarix: 25-06-2016 08:00 | Bölmə: Zaur ƏHMƏD
Qulaq hər gün bir söz eşitməsə, kar olar. Bu atalar məsəlinin əsrləri ötüb bu günə qədər gəlməsinin arxasında böyük hikmət var. Hər gün eşitdiklərimiz isə qulaqlarımızın sağlam qalmasına əsas verir.
Bu günlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun jurnalistlərə verdiyi açıqlama diqqətimi çəkdi. Səlim müəllim deyir ki, bu gün əksər fəhlə ixtisasları üzrə kadr çatışmazlığı mövcuddur. Buna səbəb isə SSRİ-nin dağılması ilə əlaqədar ittifaqa üzv olan ölkələrdə peşə təhsili sisteminin dağılmasıdır: "Yəni, o peşələr öz populyarlığını itirdi. Zavod, fabrik, digər istehsal müəssisələri bağlandıqdan sonra bu peşəyə maraq itdi.
Son illər Azərbaycanda kənd təsərrüfatı sahəsi sürətlə inkişaf edir, lakin bu sahədə müəyyən işləri həyata keçirmək üçün kifayət qədər fəhlə yoxdur. İş o yerə çatıb ki, kəndlərdə bir traktorçu tapanda sevinirik. Düzdür, kənd təsərrüfatı sahəsi mövsümidir, lakin tütünçülük, pambıqçılıq kimi sahələr var ki, orada az qala, ilboyu işlər həyata keçirilir və ixtisaslı kadrlara tələbat var".
Nazirin bu açıqlamasını bir neçə istiqamətdə çək-çevir eləmək olar.
Birincisi, niyə bizdə heç kim fəhlə olmaq istəmir? Belə çıxır ki, Azərbaycanda hamı "Ağa Nəzərəm, belə gəzərəm",- deyib əmr vermək istəyir.
Bəlkə də hörmətli Səlim müəlim haqlıdır. Axı niyə əli belində göstəriş vermək dura-dura adam fəhləlik eləməyi seçməlidir? Məncə, burda bizim camaatın günahı yoxdur. O boyda Mirzə Ələkbər Sabir "Fəhlə, sən də özünü insanmı sanırsan?"- deyəndən bəri heç kim fəhlə olmaq istəmir. 70 il sovet imperiyası gecə-gündüz müsbət fəhlə obrazı yaratsa da, bizimkilərin beyninə girmədi. Rəhmətlik Sabir nətəhər "peçat" vurdusa, o gündən bəri kimsə fəhlə olmaq istəmir.
S.Müslümovun açıqlamasının ikinci dəyərləndirməsi də var. Cənab nazir çox doğru buyurur ki, artıq fəhlə, traktorçu, kombaynçı kimi peşələrə sahib olmaq istəyən yoxdur. Görün, iş nə yerdədir ki, o boyda nazirlik traktorçu axtara-axtara birtəhər olub. Amma bunun da günahı bizim qara camaatda deyil. Sovet imperiyası təzə-təzə camaatımıza kombaynçı, traktorçu, pambıqçı olmağı öyrədirdi, lakin ona da imkan vermədilər. SSRİ dağıldı. Traktorçu, kombanyçı, fəhlə kimi formalaşmağımız yarımçıq qaldı. Elə buna görə də indi ölkədə fəhlə qıtlığı yaşanır.
Amma canab nazirin açıqlamasını soyuqqanlı analiz edəndə maraqlı məqamlar ortaya çıxır. Necə olur ki, Azərbaycanda traktorçu, hətta fəhlə tapılmır, amma 1 milyon əhalimiz Rusiyaya iş dalınca gedir? Özü də həmin insanların böyük əksəriyyəti nazirliyin traktorçu, pambıqçı, fəhlə axratdığı regionlardan gediblər. Görəsən, bu camaat niyə öz yurdunda-yuvasında oturub fəhləliyini eləmir? Məgər Rusiyanın bazarlarında itin zülmünü çəkmək dahamı asandır? Təbii ki, yox. İş dalınca Rusiyaya pənah aparanların hansını danışdırsan, dəsmal götürüb ağlayar. O zaman Səlim müəllim hansı kənddə fəhlə axtarışına çıxıb? Çətin sualdı...
Cənab nazir, traktorçu, kombaynçı, hətta fəhlə axtarmaq istəyirsinizsə, əvvəlcə iş yeri yaradın, o zaman iş yerlərinin sahibləri özləri gələcəklər. Jurnalistlər qarşısında gəlişigözəl çıxışlar etməklə işsizliyi aradan qaldıra bilməzsiniz. 1 milyondan çox vətəndaşı iş dalınca Rusiyaya köç edən bir ölkədə fəhlə tapmamağı dilə gətirmək isə gülməlidir.
Müəllifin bütün yazıları - Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər