17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Şəhid payına göz dikənlər
Tarix: 08-08-2016 00:28 | Bölmə: Zaur ƏHMƏD
 
Torpağın üz soyuqdur, deyirlər. Amma deyəsən, yaşadığımz məmləkətin torpağı daha soyuqdur. Odlar diyarı olmağımıza baxmayın, ən soyuq torpaq da, ən soyuq cəmiyyət də, ən soyuq dövlət də bizimkidir.

Bəlkə də torpağı, dağı, daşı qınamaq yersizdir. Mən, sən, biz, onlar... Hamımız soyuquq, etinasızıq, unutqanıq.

Bir neçə ay öncə - aprelin 2-dən başlayaraq cəbhədə üç gün döyüş getdi. Xeyli sayda şəhidimiz, qazimiz oldu. Üç günlük döyüşdən ordumuz, əsgərimiz üzüağ çıxdı. Cəmiyyət olaraq da, yumruq kimi birləşə bildik. Mübariz ruhun ölmədiyi təsdiqləndi.

Bəziləri döyüşə hazır olduğunu bəyan elədi, bəziləri, çiyinlərində bayraq gəzdirməyə başladı, kimlərsə maşınına bayraq asdı. Yəni, hərə ağlı kəsən formada vətənpərvərliyini nümayiş etdirdi.

Amma aprel ayının bitməsi ilə, nümayişlər də bitdi. Fikir verirsinizsə, daha döyüşdən, cəbhədən, ölümə getməkdən dəm vuranlar gözə dəymir. Çiyinlərdə, maşınlarda, eyvanlarda da bayrağa nadir hallarda rast gəlmək olur. Niyə də olsun, axı nümayiş bitib? Vətənpərvərlik imitasiyası kimə lazımdır?

"Şəhidlər ölməz, vətən bölünməz" - deyənlər də gözə dəymir. Demirəm ki, hamı yenə küçələrə tökül-sün, bayraqlar çiyinlərdə, şüarlar səslənsin. Hər şeyin zamanı var. Zamanında elədilər, sağ olsunlar, var olsunlar! Amma bunu nümayiş xətrinə edəcəkdilərsə, lazım deyildi.

İndi keçək, bizim naşı hökumətimizə. Aprel hadisələri ərəfəsində bizim nazirlər, deputatlar, tanınmış şəxslər, müğənnilərdən tutmuş iş adamlarına qədər hər kəs yollarda qalmışdı. Şəhid dəfnində, hüzr mərəsimlərində iştirak eləmək üçün sıraya düzülənləri yəqin ki, xatırlayırsınız. Hospitallardakı qaziləri-mizlə selfi çəkdirən məmur və deputatların da özündənrazı çöhrələri hələ də gözümün önündədir. Hanı o məmurlar, o deputatlar, o müğənnilər, o biznesmenlər? Deyəsən, qeybə çəkiliblər. Sanki hamısı anşlaqla keçən tamaşada rollarını ifa edərək istirahətə çıxıblar.

Əslində, şərh verməyə ehtiyac yoxdur. Görünən dağa nə bələdçi. Sıravi vətəndaşından tutmuş, deputatına, nazirinə qədər hər kəs ona verilən vətənpərvər azərbaycanlı rolunu məharətlə oynadı.

Artıq tamaşa bitib. Real həyat başlayıb. Real həyatın acı üzünü isə dünən bir daha gördüm. Aprelin 2-dən 5-dək qoşunların təmas xəttində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçimiz, polkovnik-leytenant Raquf Orucovun ailəsi diqqətsizlikdən və etinatsızlıqdan şikayətlənib. Şəhid polkovnikin həyat yoldaşı Sevinc xanımın sözlərinə görə, Raquf Orucov şəhid olduqdan sonra uşaqları üçün verilməli olan aylıq müavinəti hələ də ala bilmir.

Onun açıqlamasını oxuduqca belə bir məmləkətdə yaşadığıma, bu cəmiyyətin fərdi olmağıma, belə bir hökumətə görə yerə girdim. O cür qəhrəmanın bu millətə, bu dövlətəəmanət qoyub getdiyi qadın görün nələr danışır:

"Bütün olanları, haqsızlıqları keçdim. Ancaq, bunun iki azyaşlı övladı var. Bu övladlara verilməli olan pul niyə indiyə kimi verilmir?

Məni 4 aydır qapılarda süründürürlər. Halbuki, bunu mən etməli deyiləm. Aidiyyatı qurumlar özləri bu işi həll etməlidir. Bir neçə gün bundan qabaq Sosial MüdafiəNazirliyində (ƏƏSMN nəzərdə tutur-Z.Ə) oldum. Orada məlum oldu ki, MüdafiəNazirliyi lazım olan sənədləri onlara tam tərkibdə göndərməyib. Ölüm haqqında şəhadətnamə və digər sənədləri Müdafi Nazirliyi onlara təqdim etməyibsə, uşaqlara necə pensiya kəsə bilərlər? Bir daha deyirəm ki, bu hərəkət mənim yoldaşımın adına yaraşmır. Ayıbdır belə söhbətlə gündəmə gəlmək. Ancaq nə edim? Özüm ali təhsilli hüquqşünasam. Hazırda işsizəm. Mənim uşaqlarımı kim böyütməlidir? O boyda zabiti itirmişik. Budurmu şəhid ailəsinə qoyulan hörmət?".

Bu suallara cavab verməli olanlara deməyə söz tapmıram. Şəhid əmanətinə xəyanət edənlərə söz kar edəsi deyil. Bu gün şəhid xanımı öz haqqını tələb edir. Amma onun haqq davasına çıxması bu millət, bu dövlət üçün ayıbdır. Axı, şəhid ailəsi niyə haqq davası eləməlidir? Müdafiə naziri Zakir Həsənov qara eynəyini çıxarıb tabeliyindəki kabinet generallarına niyə lazımi tapşırıqlar vermir? Özünü işinin peşəkarı sayan Əmək vəəhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görəsən, şəhid xanımının qapılarda sü-ründürülməsinə niyə göz yumur? Şəhid övladlarının haqqına girən o məmurcuqların vicdanları sızlamırmı?

Hərdən mən çox qəribə söz daşıram e... Onlarda vicdan olsaydı, bu qədər rəzillik ortaya çıxmazdı. Ayıblarına kor olmalı olanlar hələ rəsmi məlumat yayıb vay-şüvənlik də edirlər ki, biz üzərimizə düşəni etmişik.

Müdafiə Nazirliyində oturan cənablar, Raquf Orucov illərlə ön cəbhədə xidmət edəndə siz parad formasında isti kabinetinizdə xumarlanırdınız. Heç olmasa, susun, özünüzü daha da gözdən salmayın...

Səs-küy çıxan kimi Səlim müəllim də o biri tərəfdən hərəkətə keçib. Dörd aydır süründürməçiliklə məşğul olan sosial yardım yeyən məmurcuqlar şənbə günü məsələni həll ediblər. Sizə heç ayıb da olmasın, ayıba heyfim gəlir.

Dünən dedilər ki, olimpiadada çempion olanlara 610 min manat mükafat veriləcək. İlin günün bu vaxtı bu nə bolluq? Sonra da deyirlər ki, qənaət etmək lazımdır. Yazıq kasıb, yetim-yesir nə qədər qənaət edəcək? Əgər belə pullu çıxmısınızsa, şəhidlərin qanpulunu ailələrinə verin. 20 ildən çoxdur ki, şəhid ai-lələri icbari sığorta pulunu ala bilmir. Amma hökumətin baş bilənləri bütün şəhid ailələrinin pulunu bir ilin ərzində idmançılara paylayır. Sonuncu mekaatı riyazi heablasaq hökumətin gözündə 60 şəhid bir idmançı da eləmir. Bu da hökumətin şəhidə verdiyi qiymət!

Bir dəfə Türkiyədə yaşayan uzaq qohumumla söhbət edirdim. Şəhid ailələrinə qayğıdan söz düşəndə demişdi ki, Türkiyədə şəhid ailəsi hansısa idarədən şikayət etsə, o idarənin müdirini ayağından asarlar. Türkiyədə şəhid ailələrinin sosial təminatları ilə bağlı bütün işləri aidiyyat qurumların özləri görürlər. Yə-ni, şəhid ailəsinin qapı-qapı düşüb sənəd yığması biabırçılıq kimi qəbul olunur. Amma görün nə qədər rəzil durumdayıq ki, qos-qoca şəhid polkovnik-leytenant, xalqının qəhrəman oğlunun ailəsini şikayətlənməyə vadar edirlər.

Bəlkə də, şəhid xanımının gileylənməsinə pis baxanlar da var. Əgər varsa, onları da cavabsız qoymayacağam.

Dərdlini dərdli anlar. Şəhid xanımı adını daşımağın nə qədər ağır olduğunun şahidiyəm. Hərə öz ev-eşiyinə çəkiləndən sonra ailənin bütün qayğıları arxa-dayağını itirmiş xanımın zərif çiyinlərinə düşür. Şəhid xanımını qınamaq istəyənlər bu yükün nə qədər ağır olduğunu bilirmi? Aranızda kimsə kişilərin daşımalı olduğu ağır zəmbillərin bir qadının barmaqlarına saldığı izi görübmü? Qışın şaxtasında, yayın istisində özünü oda-közə vurmaqdan zərif qadın əllərinin qabarlı, kobud kişi əllərinə necə döndüyünü görmüsünüzmü? Səhərdən axşama kimi çöldə kişi, gecəyarısına qədər evdə qadın olan şəhid xanımlarının nə çəkdiyini anlamaq çoxlarının həddi deyil. Zatən bunu anlayan cəmiyyətimiz olsaydı, indi bunu müzakirə etməzdik.

Öz millətin, öz dövlətin üçün bunları yazmaq çox əzablıdır. Amma nə yazıq ki, biz buyuq.

Reyting.az


Müəllifin bütün yazıları - Zaur ƏHMƏD



Bölməyə aid digər xəbərlər
16-12-2017, 10:25 Zaur ƏHMƏD - Ordu, yoxsa qələm?
30-12-2016, 16:00 Zaur ƏHMƏD - Şahverdinin xoruzu
20-09-2016, 22:54 Zaur ƏHMƏD - Haqqa kor olanlar

{sape_links}{sape_article}