16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Jurnalistikaya akademik söyüşü
Tarix: 30-03-2018 23:00 | Bölmə: Zaur ƏHMƏD
Jurnalistikaya akademik söyüşü

Jurnalistika kənardan göz qamaşdıran peşələrdən sayılır. Bu sahəyə uzaq olan adamların böyük əksəriyyəti elə bilir ki, biz “qaz vurub, qazn doldururuq”, yaxud da gunorta deputatlarla nahar edir, axşam da nazirlərlə viski içirik. Vallah, bu fikirdə olanlar var. Şəxsən məni qohumlarımın çoxu aşağı-yuxarı belə düşünür.

Təxminən 10-12 ilin söhbətidir. O vaxt tədbirlərə tez-tez gedərdim. Bu səbəbdən də qohum-əqrəbam məni televiziyalarda görürdülər. Bir dəfə ya DİN-nin kollegiya iclası, ya da nazir Ramil Usubovun rəhbərliyi ilə hansısa geniş tədbir idi. O zaman “Reytinq” qəzetinin əməkdaşı kimi nazirlikdəki tədbirdə iştirak etmişdim. Yaxşı yadımdadır, nazirliyin bufetində nazirin tapşırığı ilə bizə ziyafət də verilmişdi. Təbii ki, bu tədbirlə bağlı efirdə süjet getdi və…

Bir neçə gün sonra dayımgilə getmişdi. Rəhmətlik dayım sən demə, məni Ramil Usubovun iştirak etdiyi tədbirdən çəkilən süjetdə görüb. Nəsə, xoş-beş edəndən sonra aramızda hələ də unutmadığım dialoq baş verdi.

- Bacıoğlu, bilirsən də, sənin bu dayın oğlu “poltexnik”in yol hərəkətinin təşkili fakültəsini biritib, diplomunu da alıb. Allaha şükür ki, sağlamdır, özü də idmançıdır. Tay, bunun işə düzəlməsi sənlikdir.

- (Təəccüblə soruşuram) Dayı, mən kiməm ki, oğlunu yol polisinə düzəldəm?

- (Dayımın üzündəki gülüşü əsəb qarışıq kədər bürüyür)
Necə kimsən, jurnalistsən, hörmətli adamsan. Ramil Usubovla bir yerdə olursan. O gün də bir yerdəydiniz.

- Ay dayı, o adi bir tədbirdir. Nazir danışır, mən də yazıram. Axı, onunla şəxsi münasibətim yoxdur ki, deyəm mənim dayım oğlunu işə götür.

- Sən istəsəydin, bir kəlmə nazirə deyərdin, o da sənə “otkaz” eləməzdi.


Həmin vaxt dayım həqiqətən də inanırdı ki, mən Ramil Usubova deyib, dayoğlunu yol polisinə işə düzəldə bilərdim.

Bəlkə də 10-15 il öncə jurnalistikanın hörməti çox olduğundan bu cür düşünənlər var idi. Amma o dövrdə çalışan həmkarlarım da bilirlər ki, şəxsi həyatımızda, dolanışığımızda elə də böyük fərq yoxdu. Bir məsələ var idi ki, necə deyərlər, pulumuz olmasa da, hörmətimiz var idi.

Təəssüf ki, ötən dövr ərzində jurnalistika xeyli hörmətdən düşüb. Bunun müxtəlif səbəbləri var. Bizdən asılı olan və olmayan səbəblərdən getdikcə hörmətsiləşmişik.

Hətta iş o yerə gəldi ki, Bakı meri Hacıbala Abutalıbov kimi unikal bir məmur belə “Jurnalist görəndə elə bil qəbirdə ölü görürəm”,- dedi. Əslində, obrazlı desə də, doğru demişdi. Jurnalistikamız çoxdan ölüb, qəbirdədir. 40-ı da çıxıb, ili də.

Belə olmasaydı, AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov ölkənin bütünü media nümayəndələrinə xitabən bunları deməzdi:

"Siz jurnalistlər hamınız məni biabır etmisiniz. Nə açıqlama verəcəm?! Azərbaycan jurnalistləri "bezdarnı”, savadsız, heç nəyə yarayan deyillər. Azərbaycanda bir dənə də olsun jurnalist yoxdur. Bayaq "küçük” sözü dedim haaa, Azərbaycandakı jurnalistlər o sözdən artığına layiq deyillər”.

Bu, o qədər də sadə məsələ deyil. Bu söyüş, bu təhqir akademik səviyyədədir. Bu adama istənilən cür cavab vermək olar. Bunu şəxsi mənada qəbil edib eyni söyüşü özünə də qaytarmaq olar. Hətta daha unikal metodları da sınaqdan çıxarmaq mümkündür. Amma dəyməz…

Müəllifin bütün yazıları - Zaur ƏHMƏD



Bölməyə aid digər xəbərlər
16-12-2017, 10:25 Zaur ƏHMƏD - Ordu, yoxsa qələm?
30-12-2016, 16:00 Zaur ƏHMƏD - Şahverdinin xoruzu
20-09-2016, 22:54 Zaur ƏHMƏD - Haqqa kor olanlar

{sape_links}{sape_article}