Xətaidəki güclü yanğın söndürülüb - Yenilənib
Tarix: 27-09-2024 16:04 | Bölmə: Xəbərlər
Xətaidəki güclü yanğın söndürülüb

Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib: "Yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. Polis əməkdaşları hadisə yerini mühafizə edərək təhlükəsizlik tədbirləri görür".

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.


FHN-dən Reyting.az-a verilən məlumata görə, məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Qeyd olunub ki, hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

***

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğını ətraf ərazilərə yayılmasına imkan vermədən məhdudlaşdırıb.

Reyting.az
FHN-ə istinadla bildirir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Bakının Xətai rayonunda boya sexində baş verən yanğın söndürülüb.

Bu barədə FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti məlumat yayıb.

Bildirilib ki, Yanğınla bağlı əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Yanğından Mühafizə Xidmətininin əməkdaşları cəlb olunub:
"Ərazidə yanğın tam söndürülüb, Lakin Yüksək temperatur müşhaidə olduğundan hazırda ərazidə soyudulma işləri aparılır."




Bölməyə aid digər xəbərlər