Bakıda narkotik satışı ilə məşğul olunanlar saxlanılıb
Tarix: 14-11-2025 14:42 | Bölmə: Cəmiyyət
Bakıda narkotik satışı ilə məşğul olunanlar saxlanılıb

Bakıda narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Reyting.az
xəbər verir ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Abşeron, Suraxanı, Sabunçu və Xəzər rayonlarında keçirilən növbəti tədbirlər zamanı əvvəllər məhkum olunan Araz Firidunbəyli, Arzu Hüseynov, Nahid Mənsimov, Vüsal Əliyev, Şəmistan Rəfili və Adil Ağazadə saxlanılıblar. Onlardan 21 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 600 ədəd metadon həbi aşkarlanıb.

Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin olunan nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər