Abşerondakı qəzada 3 nəfər ölüb - Cinayət işi açılıb
Tarix: 09-12-2025 09:49 | Bölmə: Cəmiyyət

Abşerondakı qəzada 3 nəfər ölüb - Cinayət işi açılıb

Dünən Hökməli–Qobu yolunda üç nəfərin ölümü ilə nəticələnən qəzayla bağlı cinayət işi açılıb.

Reyting.az xəbər verir ki, i Abşeron rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılıb, müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, Abbasov Umudvar Usub oğlu yol vərəqəsi ilə idarə etdiyi "MAN TGX 18440" markalı yəhərli dartıcı yük avtomobili ilə hərəkətdə olarkən həmin yolda əks istiqamətdə hərəkətdə olan "Toyota Prius" markalı avtomobillə toqquşub.

Nəticədə təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı, 1 nəfərin (qadın) isə xəstəxanaya qədər ölüm faktı qeydə alınıb.





Bölməyə aid digər xəbərlər
14-01-2026, 12:37 Sabah qar yağacaq - Proqnoz
13-01-2026, 12:54 Sabah qar yağacaq - Proqnoz
12-01-2026, 13:00 Sabah sulu qar yağacaq