Sabah leysan yağacaq - Xəbərdarlıq
Tarix: 15-12-2025 13:19 | Bölmə: Cəmiyyət

Sabah leysan yağacaq - Xəbərdarlıq

Azərbaycanın rayonlarında dekabrın 16-dan 17-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması gözlənilir.

Çaylarda, xüsusən də Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimal olunur.





Bölməyə aid digər xəbərlər
14-01-2026, 12:37 Sabah qar yağacaq - Proqnoz
13-01-2026, 12:54 Sabah qar yağacaq - Proqnoz
12-01-2026, 13:00 Sabah sulu qar yağacaq