Şəxsiyyət vəsiqəsi, pasport və daha bir neçə iş üzrə yeni xidmət qaydaları hazırlanıb
Tarix: 15-12-2025 15:31 | Bölmə: Cəmiyyət

Şəxsiyyət vəsiqəsi, pasport və daha bir neçə iş üzrə yeni xidmət qaydaları hazırlanıb

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək.

Reyting.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, DİN vətəndaşların gündəlik həyatını asanlaşdırmaq, dövlət xidmətlərinin keyfiyyətini və əlçatanlığını artırmaq, o cümlədən ölkənin rəqəmsal transformasiya prosesini sürətləndirmək məqsədilə bir sıra xidmətlərin təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb: "Təkliflərdə şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının və sürücülük vəsiqələrinin alınması və yenilənməsi, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatı üzrə ilkin sənədlərin qəbulu mərhələsinin rəqəmsallaşdırılması nəzərdə tutulmaqla vətəndaşlar həmin xidmətlər üzrə ilkin müraciətlərini dövlət qurumlarına getmədən, onlayn şəkildə də təqdim edə biləcəklər".

Qeyd olunub ki, bu təşəbbüs "ölkənin rəqəmsal hökumət" modelinin daha da güclənməsinə, dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına və vətəndaş məmnunluğuna xidmət edəcək, eyni zamanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verəcək.





Bölməyə aid digər xəbərlər
14-01-2026, 12:37 Sabah qar yağacaq - Proqnoz
13-01-2026, 12:54 Sabah qar yağacaq - Proqnoz
12-01-2026, 13:00 Sabah sulu qar yağacaq