Regional Təhsil İdarəsinin müsadirə olunan əmlaklarının çoxu qaytarılıb
Tarix: 16-12-2025 14:55 | Bölmə: Cəmiyyət
Regional Təhsil İdarəsinin müsadirə olunan əmlaklarının çoxu qaytarılıb
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rüşvət alma ittihamı ilə 8 il 6 ay həbsə məhkum edilmiş sabiq müdiri Rüfət Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının çoxu özünə qaytarılıb.
Reyting.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, onun yalnız Quba şəhərindəki 2 evi və bir neçə ünvanda yerləşən boş torpaq sahələri müsadirə edilib.
Həmin əmlakların orta bazar dəyəri 164 min manat qiymətləndirilib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatı ilə Rüfət Hacıyevin özünün, valideynlərinin və həyat yoldaşı ilə qızının adına rəsmiləşdirilən daha çox əmlak isə həbsdən azad edilib:
- Abşeron rayonu, Xırdalan şəhərində mənzil;
- “Jeep” markalı (bu maşını barəsində cinayət işi başlanandan sonra satmaq istəmişdi-red) avtomobil;
- Quba şəhəri Heydər Əliyev prospektində və daha 3 ünvanda yerləşən mənzillər;
- Qubanın Təngəaltı, II Nügədi kəndlərində və şəhər ərazisində yerləşən torpaq sahələri.
Qeyd edək ki, Rüfət Hacıyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin bu hökmündən razı qalmayıb. Hazırda onun apellyasiya şikayətinə baxılır.




Bölməyə aid digər xəbərlər
14-01-2026, 12:37 Sabah qar yağacaq - Proqnoz
13-01-2026, 12:54 Sabah qar yağacaq - Proqnoz
12-01-2026, 13:00 Sabah sulu qar yağacaq