Balakəndə qəzada ölənlərin sayı artıb
Tarix: 16-12-2025 21:31 | Bölmə: Cəmiyyət
Balakəndə qəzada ölənlərin sayı artıb

Dekabrın 15-də Balakən rayonunun Talalar kəndi ərazisində baş verən avtomobil qəzasında xəsarət alanlardan daha bir nəfər ölüb.

Ağır qəzada yaralanan Yeni Şərif kənd sakini 31 yaşı Şamil Saxalov həkimlərin səyinə baxmayaraq, Balakən Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, "VAZ-2106" və "VAZ-21015" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-2106"-nın sürücüsü - 30 yaşlı Əyyub Anqbazov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yerləşdirildiyi xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü - 22 yaşlı Rufan Bayramov və "VAZ-2106"-da olan sərnişin, 31 yaşlı Şamil Saxalov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır(Report).





Bölməyə aid digər xəbərlər
14-01-2026, 12:37 Sabah qar yağacaq - Proqnoz
13-01-2026, 12:54 Sabah qar yağacaq - Proqnoz
12-01-2026, 13:00 Sabah sulu qar yağacaq