16:28 / 19-06-2019
Deputat özünü öldürdü
FETÖ qalmaqalı Azərbaycan universitetlərinə problem yaradıb - Fotolar
Tarix: 11-06-2019 15:21 | Bölmə: Cəmiyyət
FETÖ qalmaqalı Azərbaycan universitetlərinə problem yaradıb

Azərbaycanda “nurçu”larla əlaqədə ittiham olunan keçmiş deputat Ceyhun Osmanlı daha bir problemlə üzləşib. Məlumata görə, C. Osmanlı “Odlar Yurdu” Universitetinin Beynəlxalq əlaqələr və innovasiyalar üzrə prorektoru vəzifəsindən azad olunub.

Reyting.az
saytı Hurriyyet.org-a istinadla xəbər verir ki, keçmiş deputat may ayında “Odlar Yurdu”ndakı işindən öz ərizəsi ilə azad olunsa da, əslində istefanın arxasında gizli məqamlar var.

Bildirilir ki, vaxtilə FETÖ üzvləri ilə əlaqədə ittiham olunaraq “vurulan” C. Osmanlının sonradan “Odlar Yurdu”na prorektor vəzifəsinə gətirilməsi universitetin fəaliyyətinə ciddi problemlər yaradıb. Belə ki, həmin tarixdən etibarən “Odlar Yurdu”nu bitirmiş məzunların Türkiyənin ali məktəblərində təhsillərini davam etdirməsinə süni əngəllər yaradılıb. Hətta təhsillərini həmin ölkədə davam etdirmək istəyən bir çox gənclərə Türkiyənin müxtəlif üniversitetlərində sərt mövqe nümayiş etdirilib. “Odlar Yurdu” Universitetinin rəhbərliyi bunların səbəblərini araşdırdıqda məlum olub ki, problem Azərbaycanda “nurçu”ların əsas simalarından biri kimi təqdim olunan C. Osmanlının bu universitetdə prorektor vəzifəsində çalışmasından qaynaqlanır. İddia olunur ki, məhz bu məsələyə görə Türkiyənin Yüksək Öyrətim Kurulu (YÖK) “Odlar Yurdu” Universitetini “qara siyahı”ya salıb.

FETÖ qalmaqalı Azərbaycan universitetlərinə problem yaradıb

İddia olunur ki, “Odlar Yurdu”ndan gedən tələbələrə münasibətdə Türkiyə ali təhsil ocaqları və YÖK çox ehtiyatlı davranış sərgiləyib. Yəni Ceyhun Osmanlının FETÖ ilə əlaqələri əsas gətirilərək, onun prorektoru olduğu universitetdən gələn tələbələrin də “nurçu”larla əlaqəli olma ehtimalı önə çəkilib.

“Odlar Yurdu”ndakı mənbə deyir ki, rektor Əhməd Vəliyev bu haqda məlumat əldə etdikdə, öncə Türkiyənin Azərbaycandakı səfirliyi ilə danışıqlar apararaq, problemi həll etməyə çalışıb. Lakin bu mümkün olmadıqda, “Odlar Yurdu” Universitetinin prorektoru Ceyhun Osmanlını rəhbərlik etdiyi təhsil ocağından uzaqlaşdırıb. Ə. Vəliyev bununla “Odlar Yurdu” Universitetinin FETÖ terror təşkilatı ilə heç bir bağlantısının olmadığını nümayiş etdirməyə çalışıb.

Bu arada, “Hürriyyət”in etibarlı mənbələrdən əldə etdiyi məlumatd bildirilir ki, Türkiyə Ali Təhsil Şurası (YÖK) Azərbaycanda daha iki ali təhsil ocağının FETÖ ilə bağlantısı ehtimalını nəzərə alaraq, onları tanımamaq haqda qərar verib. Bu təhsil ocaqlarından biri Azərbaycan Texnologiya Universitetidir.

YÖK-ün qərarında bildirilir:

“Tanınma və Akkreditasiya Xidmətləri

Sayı: 16270968- 31.05.2019

102.02.02.01 (102.02.02.01) -E.41614

Mövzu: Məktəb Tanıma

Faiz: 31.05.2019 tarixli ərizə

Qeydiyyatdan keçmiş ərizə nəzərdən keçirilmişdir.

İdarə heyətinə müvafiq qurumlardan təqdim edilən məlumatlara əsasən, Ali Təhsilin Baş Assambleyası 07.03.2019-cu il tarixli FETÖ / PDY iclasında, diplomun ekvivalentliyə tətbiqi üçün İdarə Heyətinə müraciət edən və ya daha əvvəl tətbiq olunan və başa çatan, tərif və bərabərlik tələblərinin qiymətləndirilməsi və qiymətləndirilməsi ilə bağlı olan xarici ali təhsil müəssisələri ilə əlaqəli olan, Azərbaycanın ali təhsil müəssisələrindən biri olan "Azərbaycan Texnologiya Universiteti"ni tanımmamaq qərara alındı.

T.C Ali Təhsil Şurası”.

FETÖ qalmaqalı Azərbaycan universitetlərinə problem yaradıb

Qeyd edək ki, Türkiyənin Ali Təhsil Şurası Texnologiya Universiteti haqqında da eyni qərarı çıxarıb. Daha dəqiqi, Türkiyə Yüksək Öyrətim Kurulu (YÖK) qərar qəbul edib və Azərbaycanın Bakı Mühəndislik Universiteti, “Odlar Yurdu” Universiteti və Gəncə Texnologiya Universiteti “tanınmayan” universitetlər siyahısına salınıb. Rəsmi sənəddə bu universitetlərin tanınmamasına səbəb kimi FETÖ olayları yazılıb. Bu qərar YÖK-ün 07.03.2019-cu il toplantısında qəbul edilib.

Rəsmi olaraq Bakı Mühəndislik Universiteti və Texnologiya Universiteti haqqında elektron sənəd mövcud olsa da, daha bir ali təhsil ocağı – “Odlar Yurdu” Universiteti haqqında hələlik heç bir rəsmi sənəd yoxdur.

Bakı Mühəndislik Universiteti və Azərbaycan Texnologiya Universiteti haqqında mövcud olan elektron sənədi olduğu kimi təqdim edirik:

FETÖ qalmaqalı Azərbaycan universitetlərinə problem yaradıb
FETÖ qalmaqalı Azərbaycan universitetlərinə problem yaradıb

P.S. Mövzu ilə bağlı qarşı tərəflərin mövqeyinə yer ayırmağa hazırıq.
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
15-06-2019, 01:54 Rusiyaya qar yağdı - Fotolar

{sape_links}{sape_article}