16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İnam Kərimov direktorun ərizəsini ikinci dəfə alıb - KTN-də nə baş verir?
Tarix: 19-08-2019 19:41 | Bölmə: Cəmiyyət
İnam Kərimov direktorun ərizəsini ikinci dəfə alıb - KTN-də nə baş verir?

Kənd Təsəürrüfatı Nazirliyinin tabeliyində olan "Green Park Azərbaycan” MMC-nin direktoru Aydəm İsmayılov işdən uzaqlaşdırılıb.

Daha dəqiqi, onun işdən azad olunması ilə bağlı ərizəsi ikinci dəfə alınıb.

Reyting.az xəbər verir ki, bu barədə Mia.az saytı xəbər yayıb.

Bildirilib ki, bundan əvvəl də həmin şəxsin işdən uzaqlaşdırılması barədə ərisəsi alınıb. Lakin o vaxt nazirlik belə bir halın olmadığını bəyan edib.

Ancaq fakt başqa cür olub.

Belə ki, həmin vaxtı həqiqətən Aydəm İsmayılovun ərizəsi alınsa da, nazir İnam Kərimov onun ərizəsini təsdiq etməyib.

Məlumata görə, bu günlərdə isə nazirlikdaxili toqquşmalar daha da artdığından Aydəm İsmayılovdan könüllü vəzifədən getməsi ilə bağlı bu günlərdə yenidən - ikinci dəfə ərizə alınıb...

Məsələ ilə bağlı sayt KTN-ə sorğu versə də, cavablandırılmayıb.

Aydəm İsmayılov isə sayta "Mən başqa yerdəyəm, xəstəyəm, sonra danışarıq", - deyərək, telefonunu qapadıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}