16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
CASCFEN gənc könüllülərlə bağlı layihənin icrasına başlayıb
Tarix: 21-09-2020 11:03 | Bölmə: Cəmiyyət
CASCFEN gənc könüllülərlə bağlı layihənin icrasına başlayıb

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsində qalib olmuş “Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması” layihəsinin icrasına başlayıb.

İctimai Birlikdən verilən məlumata görə, bu ilin sentyabr-noyabr aylarını əhatə edəcək layihənin məqsədi həm ölkəmizdə 2020-ci ilin "Könüllülər ili" elan olunmasını, həm də Azərbaycanda və ölkə xaricində diaspor siyasətinə könüllü dəstək verən gənclərimizin olduğunu nəzərə alaraq, KİV vasitəsilə ölkəmizin diaspor siyasətinin gənclər arasında daha geniş təbliğinə, daha çox gənc könüllünün diaspor fəaliyyətində iştirakına nail olunmasına dəstək göstərməkdir.

Məlumatda deyilir ki, uğurla reallaşdırılan diaspor siyasəti nəticəsində ölkəmiz haqqında, eyni zamanda, Ermənistanın işğalı nəticəsində yaranmış Dağlıq Qarabağ problemi barədə həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində görülən işlərin təbliği, həmçinin gənc könüllülərin diaspor fəaliyyətində iştirakının, Türkiyənin İzmir şəhərindəki diaspor fəallarımızın, o cümlədən, İzmir və Dənizli şəhərlərindəki soydaşlarımızın, tələbə-gənclərimizin və Azərbaycanın dostlarının bu istiqamətdəki fəaliyyətinin təbliğ olunması məqsədilə layihə çərçivəsində KİV-də məqalə, analitik yazı, müsahibələrin dərci nəzərdə tutulub.

Bundan başqa, layihə çərçivəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələrinin, fəal gənclərin, KİV və QHT təmsilçilərinin iştirakı ilə iki onlayn konfrans keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}