14:27 / 29-11-2024
Ukrayna Cənubi Koreyadan ilk büdcə yardımı alıb
14:23 / 29-11-2024
Rusiyanın neft anbarı və radar stansiyası vurulub
14:15 / 29-11-2024
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - (Yenilənib)
14:08 / 29-11-2024
DTX polkovnikin 70 kq qızılla İstanbulda saxlanılması barədə məlumat yayıb
13:28 / 29-11-2024
Milli Məclisin növbəti plenar iclasının vaxtı bəlli olub
13:28 / 29-11-2024
AES-lərdə nüvə təhlükəsizliyi böyük risk altındadır - Xəbərdarlıq
13:12 / 29-11-2024
“Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilib
13:08 / 29-11-2024
Onlara birdəfəlik müavinət ödəniləcək
12:34 / 29-11-2024
Sabahın hava proqnozu açıqlanıb
12:22 / 29-11-2024
Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb
12:19 / 29-11-2024
Bu qanunu pozanlar daha ağır çəza alacaq
12:13 / 29-11-2024
Milli Qəhrəmanın adı əbidiləşdirilib
12:01 / 29-11-2024
Milli Məclis neft hasilatı ilə bağlı yeni pay bölgüsü layihəsini təsdiqləyib
11:57 / 29-11-2024
Orta Dəhlizin ən böyük düşməni... - Xəzərin dayazlaşması mühüm tranzitə ciddi problem yaradır
11:45 / 29-11-2024
Deputat: "Bizim sosial xərclərimiz Gürcüstan və Ermənistanın..."
11:35 / 29-11-2024
Bir qrup sahibkara cinayət işi açılıb
11:13 / 29-11-2024
Milli Məclisin plenar iclası başlayıb
11:06 / 29-11-2024
Bayden ukraynalılara aydın mesaj verir
11:00 / 29-11-2024
Prezident: Braziliyada çevriliş planı var
10:53 / 29-11-2024
Aİ rəsmisi: "Gürcüstanın qərarı çox kədərlidir"
10:45 / 29-11-2024
Sədərəkdə 51 yaşlı muəllim intihar edib
10:41 / 29-11-2024
Türkiyənin dəstəklədiyi ordu terrorçularla mübarizəni gücləndirir - Video
10:35 / 29-11-2024
Baş nazir: “Orduya müharibəyə hazırlaşmağı tapşırmışam”
10:18 / 29-11-2024
Bakıda mənzildən 109 yaşlı qadının meyiti tapılıb
10:14 / 29-11-2024
İngiltərədə PKK tərəfdarlarına qarşı əməliyyat keçirilib
10:12 / 29-11-2024
Dörd universitetə akkreditasiya verilib
10:05 / 29-11-2024
Maştağada qadın qətlə yetirilib, saxlanılan var
09:59 / 29-11-2024
Qıza görə üç gənc öldürülüb, bir yaralı var - Foto
09:53 / 29-11-2024
ABŞ Ukraynaya nüvə silahı vermək istəyir?
21:06 / 25-11-2024
Direktor və dəstəsi oğurluğa cəhd edərkən yaxalanıb - Fotolar
15:13 / 28-11-2024
Dörd baş redaktor həbs olunub
22:45 / 27-11-2024
Tovuzda ağır qəza: 5 hərbçi həyatını itirib - (Yenilənib)
14:10 / 25-11-2024
Azərbaycanda yeni bələdiyyələr yaradılıb - Siyahı
18:00 / 25-11-2024
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib
22:10 / 25-11-2024
70 kq qızılla tutulan diplomat haqqında həbs qərarı verilib - (Yenilənib)
13:56 / 27-11-2024
Partiya sədri, deputat qızı və ailənin digər üzvləri məhkəməyə verilib
08:28 / 25-11-2024
COP29 - Dünyanı sevindirən 13 gün: nəticələr və perspektivlər
12:23 / 26-11-2024
Vəzifəli şəxslər həbs olunub
09:12 / 29-11-2024
Narkotiklə dolu avtomobili evakuatorla paytaxta gətirmək istəyən dəstə üzvləri saxlanılıblar - Fotolar
11:14 / 26-11-2024
Tramp üç ölkəyə xəbərdarlıq edib
AMEA-da öncül elm ocaqlarına uyğun struktur islahatları aparılıb
Tarix: 21-09-2020 13:29 | Bölmə: Cəmiyyət
Dünyanın ən qədim mədəniyyət mərkəzlərindən olan Azərbaycan zaman-zaman zəngin intellektual dəyərləri, yüksək elmi potensialı ilə bəşəriyyətə töhfələr verib. Ta qədimdən indiyədək dünyanın siyasi təmərküzləşməsində öncül mövqedə dayanan ölkəmiz, eyni zamanda, insanlarının intellektual səviyyəsi, o cümlədən, elmə göstərdikləri maraqla fərqlənə biliblər.
Qeyd edək ki, ötən əsrin əvvəllərindən Azərbaycanda yaradılan elmi məbədlər sürətlə inkişaf edərək böyüyüb. 1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsinin əsasında Azərbaycan Elmlər Akademiyası yaradılıb.
Bəllidir ki, Azərbaycan Respublikası ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra bir çox sahələrdə olduğu kimi Azərbaycan elmi də ciddi tənəzzülə uğrayıb. O zaman xalqın tələbi ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan elmi məruz qaldığı böhranlı durumdan xilas ola bilib. Azərbaycan Respublikasına rəhbərlik etdiyi ilk dövrlərdən Ulu öndər Heydər Əliyev elmə, o cümlədən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) inkişafına böyük diqqət və qayğı ilə yanaşıb. Heç də təsadüfi deyil ki, o, ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da ictimaiyyətlə ilk görüşünü məhz alimlərlə, Milli Elmlər Akademiyasının binasında edib. Məhz bundan sonra akademiyanın bağlanmaq təhlükəsi aradan qalxıb və Azərbaycan elminin yeni inkişaf mərhələsi - qızıl dövrü başlayıb.
Azərbaycan dövlətinin elmin inkişafına olan diqqət və qayğısı Prezident İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlişindən sonra da ardıcıl şəkildə davam etdirilib. AMEA-nın nəzdində fəaliyyət göstərən elmi müəssisələrin, institutların müasirləşdirilməsi, elmi-texniki bazasının yenilənməsi, elm sahəsində çalışan şəxslərin həyat şəraitlərinin yaxşılaşdırlması, alimlərimizin, əsasən də gənc elmi işçilərin ardıcıl şəkildə beynəlxalq konfranslarda, seminarlarda iştiraklarının təmin edilməsi məqsədilə hər il dövlət büdcəsindən on milyonlarla vəsait ayrılır. Prezident İlham Əliyevin uğurla yürütdüyü bu siyasət artan dinamika üzrə illərdir ki, davam etməkdədir.
2015-ci ildə AMEA-nın 70 illik yubileyində iştirak edən Prezident İlham Əliyev dövlətin hər zaman elmin inkişafına dəstək olacağını xüsusi olaraq vurğuladı. Azərbaycan elminin inkişafı naminə həyata keçirilən dövlət siyasətində alimlərin və elmi ictimaiyyətin təkliflərini daima nəzərə aldıqlarını qeyd edən dövlət başçısı qısa zaman ərzində görülən irimiqyaslı işlərdən söz açıb:
“Son illər ərzində Akademiyanın maddi-texniki bazası möhkəmlənib, gözəl bina əsaslı təmir edilib. Akademiya institutlarının təmirinə vəsait ayrılıb. Elmi kitabxana kompleksi yaradılıb. Şamaxı Astrofizika Rəsədxanası əsaslı təmir edilib. Milli Ensiklopediya üçün gözəl bina tikilibdir. Yəni, bütün bunlar Azərbaycan dövlətinin siyasətini ifadə edir. Biz çox istəyirik ki, elmi inkişaf üçün daha da gözəl şərait yaradılsın. Bununla bərabər, elmin inkişafı üzrə milli strategiya və dövlət proqramı artıq beş-altı ildir ki, qəbul edilib və icra olunur. Hesab edirəm ki, Elmin İnkişafı Fondunun yaradılması da bu istiqamətdə atılan çox önəmli addımdır. Çünki bu Fond imkan yaradır ki, həm gənc alimlərə qrantlar verilsin, həm də elmi araşdırmalar aparılsın. Ümumiyyətlə, bu, əlbəttə, elmin inkişafına müsbət təsir göstərir.
Bu gün bu salonda alimlər qarşısında çıxış edərkən ölkəmizin gələcək inkişafı və alimlərin bu inkişafda rolu ilə bağlı bəzi fikirlərimi bölüşmək istəyirəm. Bu gün dünyada yeni bir dövr yaşanır. Bunu televiziyadan və kütləvi informasiya vasitələrindən hər bir vətəndaş görür ki, həm bölgədə, həm dünyada inkişaf, əfsuslar olsun, müsbət istiqamətdə getmir. Yeni təhlükələr, təhdidlər, risklər, qarşıdurmalar, müharibələr yaranır. Əfsuslar olsun ki, gələcəklə bağlı proqnoz verərkən nikbinlik üçün heç bir əsas yoxdur. Belə bir şəraitdə hər bir ölkə, əlbəttə, ilk növbədə, daxili resurslara arxalanmalı, öz təhlükəsizliyini daha da böyük dərəcədə təmin etməli, dünyada yaşanan maliyyə və iqtisadi böhran zamanı öz iqtisadi modelində müəyyən düzəlişlər aparmalıdır. Azərbaycan artıq neçə ildir ki, müstəqil siyasət apararaq həm siyasi, həm iqtisadi sahələrdə, beynəlxalq münasibətlər sahəsində müstəqil fəaliyyət göstərir. Bizim fəaliyyətimiz xalqın milli maraqları üzərində qurulubdur. Bu bizim üçün əsas şərtdir, əsas vəzifədir və bütün səylərimiz bu məqsədə xidmət göstərir”.
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə son illər həyata keçirilən uğurlu dövlət siyasətinin əsas prioritetlərindən biri də ölkə vətəndaşlarının sosial vəziyyətlərinin, mənzil şəraitlərinin yaxşılaşdıırlmasıdır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın yürütdüyü bu nəcib siyasət elm adamlarını da geniş şəkildə əhatə etməkdədir. Belə ki, bu məqsədlə Abşeron rayonunun Saray qəsəbəsində 7 hektarlıq ərazidə salınan “Science City” yaşayış kompleksində 2000-ə yaxın alim mənzil ilə təmin ediləcəkdir.
Dövlət başçısının və Birinci vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı həyata keçirdikləri məqsədyönlü siyasət bu gün də davam etməkdə və uğurlu nəticələrini verməkdədir.
2019-cu ilin oktyabr ayında AMEA-nın rəhbərliyindəki dəyişiklik isə burada gedən inkişafı daha da sürətləndirib.
Ramiz Mehdiyev AMEA-ya prezident seçildikdən sonra qurumda dünyanın öncül elm ocaqlarına uyğun struktur islahatları aparılıb. Elmi müəssisələrin mobilizasiyası, elektronlaşması istiqamətində mühüm yeniliklər həyata keçirilib. Bununla yanaşı, AMEA-da xüsusi önəm verilən məsələlərdən biri də arxiv materiallarının keyfiyyətli saxlanılması, kitab bazasının zənginləşdirilməsi, nəqliyyat-təsərrüfat və logistika sahəsinin müasirləşdirilməsidir.
Cari ilin sentyabr ayının 7-də AMEA Rəyasət Heyətinin binasında aparılan yenidənqurma və bərpa işləri ilə ətraflı şəkildə tanış olmağa gələn Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov yaradılmış şəraitdən məmnunluğunu ifadə etdi.
Akademik Ramiz Mehdiyev AMEA-da aparılan islahatların, bərpa və yenidənqurma işlərinin ölkə başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti, qayğısı və dəstəyi nəticəsində həyata keçirildiyini bildirərək ölkə rəhbərliyi tərəfindən akademiyanın maddi-texniki bazasının gücləndirilməsi, alimlərimizin iş şəraitinin, eləcə də sosial rifahının yaxşılaşdırılması istiqamətində mütəmadi addımlar atıldığını vurğulayıb.
AMEA-da əhəmiyyətli işlərdən biri Rəyasət Heyətinin binasında həyata keçirilən yenidənqurma işləridir. Öncə onu qeyd edək ki, milli memarlığımızın incilərindən hesab edilən bu əzəmətli binada aparılan təmir və yenidənqurma işləri binanın konfiqurasiya və üslubunu qorumaqla aparlıb. Qədimliyin və müasirliyin harmoniyasının cəmləşdiyi binanın içərisində ulu öndər Heydər Əliyevin yeni büstü qoyulub.
Binanın üç min kvadrat metrlik zirzəmi hissəsi illərlə yığılıb qalan tullantılardan və qurunt sularından təmizlənərək divar boyu keyfiyyətli kitab rəfləri ilə təmin edilib. Eyni zamanda binanın qurunt sularından mühafizə olunması üçün müasir drenaj sistemləri işlənilib. Bütün bunlarla yanaşı, Rəyasət Heyətinin binasının akt zalı da müasir standartlara uyğun formada təmir edilib. Rəyasət Heyətinin binasının beş yüz nəfərlik akt zalına ilk dəfə sinxron tərcümə aparatı quraşdırılıb.
Uzun illər baxımsız vəziyyətdə qalan AMEA-nın Nəqliyyat-Təsərrüfat şöbəsində müasir standartlara uyğun avtomobillərin texniki baxışını həyata keçirməyə imkan verən logistika, nəqliyyat, yağdəyişmə, yuma məntəqələri də yaradılıb.
Burada həmçinin inzibati bina və şəxsi heyətin istifadəsi üçün qida təhlükəsizliyi standartlarına cavab verən avadanlıqlarla təchiz olunmuş yeməkxana da inşa edilib.
Xatırladaq ki, yeni sitifadəyə verilən Nəqliyyat-Təsərrüfat şöbəsində drenaj, kanalizasiya sistemi yenidən qurulub, çoxsaylı anbarların inşasına nail olunub.
Eyni zamanda Nəqliyyat-Təsərrüfat şöbəsində Akademiyanın inventarında olan əşyaların bərpa və təmiri sexi və logistika mərkəzi də fəaliyyət göstərəcəkdir.
Nadir ƏLİYEV
P.S. Qeyd edək ki, müəllif AMEA-ya aid binanın təmirdən əvvəl və sonrakı fotolarını da təqdim edib:
AMEA-nın Nəqliyyat-Təsərrüfat şöbəsi təmirdən sonra:
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:34
Sabahın hava proqnozu açıqlanıb
Bu gün, 10:05
Maştağada qadın qətlə yetirilib, saxlanılan var
Bu gün, 09:59
Qıza görə üç gənc öldürülüb, bir yaralı var - Foto
Bu gün, 09:12
Narkotiklə dolu avtomobili evakuatorla paytaxta gətirmək istəyən dəstə üzvləri saxlanılıblar - Fotolar
Dünən, 20:13
Dörd vəkilə töhmət verilib
Dünən, 16:39
Sabah qar yağacaq
Dünən, 15:10
Kəmaləddin Heydərov rəisi vəzifədən azad edib
Dünən, 12:08
Sabah yağış yağacaq
Dünən, 08:48
Ən böyük kərtənkələnin qalıqları tapılıb
27-11-2024, 20:58
Səkkiz vəkil hakim təyin olunub
27-11-2024, 18:20
Azərbaycanın 37 vətəndaşı Almaniyadan geri qaytarılıb
27-11-2024, 17:50
Nazirlikdə 24 milyonluq mənimsəmə: nələr açılır? - Məhkəmə prosesi
27-11-2024, 16:05
Canavar hücumları kəndin boşalmasına səbəb olub - Foto
27-11-2024, 15:51
Ən çox axtarılan cinayətkar 21 ildən sonra saxlanılıb
27-11-2024, 15:01
Növbəti iki gündə yağış yağacaq - Xəbərdarlıq
27-11-2024, 12:39
Sabah yağış yağacaq
27-11-2024, 11:13
"Qurtuluş 93”ün rəhbərinə 12 il 8 ay həbs cəzası kəsilib
27-11-2024, 08:11
Güclü dalğa 45 nəfərin olduğu yaxtanı batırıb
26-11-2024, 18:49
Məhkəmə Quranı yandırmış şəxs barəsində hökm verib
26-11-2024, 18:24
Öldüyü elan edilən şəxs dəfn zamanı dirilib
26-11-2024, 17:26
Rayonlara qar yağır - Siyahı
26-11-2024, 16:28
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
26-11-2024, 16:27
Məktəbdənkənar təhsil müəssisələrinə şagird qəbulu başlayır
26-11-2024, 15:22
Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
26-11-2024, 13:31
Hərbi məhkəmənin hakimi təqaüdə göndərilib
26-11-2024, 12:38
Sabah dağlıq ərazilərə qar yağacaq
26-11-2024, 11:52
70 min manatı “TikTok”a xərcləyən şəxsə 6 il həbs cəzası verilib
26-11-2024, 11:19
Təhsil müəssisələrində istilik təminatı ilə bağlı operativ işçi qrupları yaradılıb
26-11-2024, 10:55
Bakıya diş məcunu adı ilə nakrotik gətirən hindistanlı tutulub
26-11-2024, 10:39
Bakı Şəhər İcra Hakimiyyətində 4 yüksək vəzifəyə təyinat niyə aparılmayıb? - Müəmma
26-11-2024, 09:54
Dönərdən üç nəfər zəhərlənib
26-11-2024, 09:39
Qaxda 3 yaşlı uşaq dərmandan zəhərlənib
26-11-2024, 08:27
Təyyarə qəzasında 3 sərnişin möcüzə nəticəsində sağ qalıb
25-11-2024, 22:55
Tədqiqatın nəticəsi: güclü insanlar daha çox aldadır
25-11-2024, 21:44
Sumqayıtda “Bəy hamamı” yanıb
25-11-2024, 21:06
Direktor və dəstəsi oğurluğa cəhd edərkən yaxalanıb - Fotolar
25-11-2024, 17:41
Deputat əmisi qızını işdən çıxarıb, yerinə öz xanımını təyin edib
25-11-2024, 16:42
Şərur MTK məhkəməyə verilib
25-11-2024, 16:18
Vüqar Bayramov: "Büdcə zərfində fiskal risklərin qeyd edilməsi məqsədəuyğun olardı"
25-11-2024, 15:56
31 il əvvəl törədilmiş ağır cinayətin üstü açılıb
25-11-2024, 15:08
Perinatal Mərkəzdə 7 uşağın ölümü... - Məhkəmə prosesi təxirə düşüb