Rusiya ilə Qazaxıstan strateji tərəfdaşa çevriliblər
Tarix: 12-11-2025 18:13 | Bölmə: Dünya
Rusiya ilə Qazaxıstan strateji tərəfdaşa çevriliblər

Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Kasım-Jomart Tokayev Kremldə keçirilən mərasimdə iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalayıblar.

Reyting.az
-ın məlumatına görə, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskva sənədə böyük əhəmiyyət verir. Onun ən yüksək səviyyədə imzalanması bəyannamənin yüksək statusunu vurğulamaq məqsədi daşıyır.

Rusiya hazırda Venesuela, İndoneziya, İran, Çin və Şimali Koreya ilə xarici siyasət əlaqələrini strateji tərəfdaşlıq kimi təsnif edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər