Pakistanda terror aktlarını Əfqanıstan vətəndaşları törədib
Tarix: 14-11-2025 08:40 | Bölmə: Dünya
Pakistanda terror aktlarını Əfqanıstan vətəndaşları törədib

Pakistanın İslamabad və Xeyber Paxtunxva əyalətindəki terror aktları Əfqanıstan vətəndaşları tərəfindən törədilib.

Reyting.az
xəbər verir ki, bu barədə Pakistan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Pakistan mediası İslamabaddakı hücuma görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan”ın (TTP) üzərinə götürdüyünü bildirib.

Daxili işlər naziri Muhsin Naqvi bəyan edib ki, paytaxt İslamabad və Xeyber-Paxtunxva əyalətində baş verən terror aktları Əfqanıstan vətəndaşları tərəfindən törədilib. O, bildirib ki, “hər iki kamikadze partlayışında Əfqanıstan vətəndaşları iştirak ediblər və bu hücumları həyata keçirən də onlar olub”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər