ABŞ “Müdafiə”dən “Müharibə”yə keçir...
Tarix: 14-11-2025 08:50 | Bölmə: Dünya
ABŞ “Müdafiə”dən “Müharibə”yə keçir...

Departamentin binasına girişdəki köhnə bürünc “Müdafiə Departamenti” lövhələri dəyişdirilib, onlar “Müharibə Departamenti” lövhələri ilə əvəz olunub.

Reyting.az
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset açıqlama yayıb.

Lövhənin yenilənməsi ABŞ Prezidenti Donald Trampın Müdafiə Nazirliyinin adının dəyişdirilməsi ilə bağlı sərəncamına uyğun olaraq həyata keçirilib.

Konqresdəki Demokratik müxalifət qrupları bu təşəbbüsü tənqid edərək, nazirliyin adının və digər atributların tam dəyişdirilməsinin büdcədən 2 milyard dollara qədər vəsait tələb edəcəyinə etirazlarını bildiriblər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər