Kiyevə hücum: ölənlər və onlarla yaralı var
Tarix: 14-11-2025 12:29 | Bölmə: Dünya
Kiyevə hücum: ölənlər və onlarla yaralı var

Bu gecə Rusiya Ukraynanın Kiyev şəhərinə və ətraf bölgəyə dronlar və raketlərlə kütləvi hücuma keçib. Çoxmərtəbəli binalar da daxil olmaqla, bir çox rayona zərbələr endirilib.

Reyting.az
xəbər verir ki, Kiyevdə ölənlər var və 20-dən çox insan yaralanıb. Ətraf bölgədə isə 6 nəfərin yaralandığı bildirilir.

Kiyev meri Vitali Kliçkonun ilkin məlumatına görə, paytaxtda üç nəfər ölüb.

“Xilasedicilər hələ cəsədləri çıxara bilmədikləri üçün məlumatı yeniləyirik”, - deyə o yazıb.

Bundan başqa, şəhərin 26 sakini yaralanıb. Onların arasında 7 və 10 yaşlı iki uşaq da var.

Qeyd edək ki, bu gün səhər saat 7:35-də Ukraynada yenidən hava hücumu xəbərdarlığı edilib. Bildirilir ki, iki hipersəsli “Tsirkon” raketi Sumıya zərbələr endirib. Rusiya Kiyevin Dneprovski, Podilski, Şevçenkivski, Solomyanski, Qoloseyevski, Svyatoşinski, Darnitski, Desnyanski və Obolonski rayonlarında təxminən 30 yaşayış binasına ziyan vurub.

Polisin hesabatında deyilir ki, tibb müəssisələri, ictimai nəqliyyat, ofis binaları, mağazalar və nəqliyyat vasitələri də zərər görüb.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər