18:03 / 01-12-2025
AXCP ləğv oluna bilər
Kallas: Həftə Ukrayna üçün həlledici ola bilər
Tarix: 01-12-2025 15:49 | Bölmə: Dünya


Qarşıdan gələn həftə Ukrayna üçün “həlledici” ola bilər.

Reyting.az xəbər verir ki, bunu Brüsseldə keçirilən Avropa Birliyi (AB) müdafiə nazirlərinin görüşü ərəfəsində AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas deyib.

“Bu, diplomatiya üçün həlledici həftə ola bilər”, - deyə Kallas əlavə edib.

Onun sözlərinə görə, AB-yə ABŞ-dakı danışıqların çətin, lakin məhsuldar olduğu bildirilib.

“Nəticələri hələ bilmirik, amma bu gün Ukrayna müdafiə naziri və Ukrayna xarici işlər naziri ilə danışacağam”, - Kallas deyib.

Kallas qeyd edib ki, Rusiya sülh istəmədiyi üçün “Ukraynanı mümkün qədər güclü etməliyik”.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
{sape_links}