Daha iki ölkə arasında müharibə təhlükəsi artır
Cəlaloğlu: Mən də, Aslan İsmayılov da İsa Qəmbərə demişdik ki, Milli Şura Rusiyanın layihəsidir
Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs olunub
Makron: ABŞ Ukraynaya xəyanət edə bilər
Donald Trampa sülh mükafatı - futbol həm də siyasətdir
"Qarabağ"ın rəqibinin oyununda maraqlı hadisə - təcrübəli futbolçunu ciddiyə almayıblar - Video
Püşkatmanın görünməyən tərəfi: futbol və siyasi oyunlar
II Qareginin həbsinə hazırlıqlar başlayıb
Baş konsulumuz Təbrizdə fəaliyyətə başlayıb
Mifik təfəkkürdən süni intellekt erasına qət edilən böyük yol
Çin ordusunun sıralarında robotlar da döyüşəcək
Tarix: 02-12-2025 11:03 | Bölmə: Dünya

İdarəetmədəki katastrofik vəziyyət və sistem böhranı səbəbilə Ukrayna hökumətinin fəaliyyəti dayanmaq (şatdaun) riski ilə üz-üzədir.
Reyting.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı, energetika və kommunal təsərrüfat məsələləri üzrə komitə sədrinin müavini Aleksey Kuçerenko “Novini.LIVE” telekanalının efirində deyib.
Kuçerenko qeyd edib ki, bütün məsələ koalisiyanın yenidən formalaşdırılması ətrafında olacaq: “Bu, ölkənin idarə olunması baxımından bir fəlakətdir. Biz artıq amerikalılara bənzəməyə başlamışıq - hazırda bizdə şatdaun vəziyyəti mövcuddur”.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti hökumətdəki xaos və partiyalar arasındakı fikir ayrılıqları səbəbilə büdcəni qəbul edə bilmir.
Onu da qeyd edək ki, “Financial Times” qəzetinin yazdığına görə, Ukrayna iqtisadi artıma bağlı olan 2,6 milyard dollarlıq borcun restrukturizasiyasına başlayıb.
Nəşrin məlumatına görə, bu borc Kiyevin hazırkı hərbi xərclərinin təmin olunmasında mühüm rol oynayır. Münaqişə başa çatdıqdan sonra onun ödənişi respublika büdcəsinə milyardlarla dollara başa gələ bilər.
Noyabrın əvvəlində Ukrayna Milli Bankı bildirmişdi ki, ölkənin dövlət borcu adambaşına hesablandıqda 6821 dollara çatıb. Respublikaya məxsus ümumi borc 191 milyard dollar olaraq qiymətləndirilib. Bu məbləğin 74,5 faizi (142,295 milyard dollar) xarici öhdəliklərin payına düşür.
Ukraynanın nəzarətində olan ərazilərdə əhalinin sayına dair qiymətləndirmədən (Demografiya və Sosial Tədqiqatlar İnstitutunun məlumatına görə, təxminən 28 milyon nəfər) çıxış etsək, adambaşına düşən xarici borc 5081 dollar, daxili borc isə əlavə 1740 dollardır.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək