Baş nazirin təyyarəsinə hücum sirrinin üstü açılıb
Tarix: 08-12-2025 10:08 | Bölmə: Dünya

Baş nazirin təyyarəsinə hücum sirrinin üstü açılıb

1979-1990-cı illərdə Böyük Britaniyanın baş naziri olmuş Marqaret Tetçerin təyyarəsi 1989-cu ildə Mozambikin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Reyting.az xəbər verir ki, üzərindən “məxfilik” qrifi silinmiş sənədlərdə yazılanlar barədə “Daily Mail” nəşri açıqlama yayıb.

“Ledi Tetçer 1989-cu il martın 30-da axşam saatlarında Zimbabvedən Malaviyə uçurdu. Onun təyyarəsi Mozambik səmasında atəşə tutuldu. Təyyarəni raketlə vurmağa cəhd etsələr də, Britaniya Xarici İşlər Nazirliyi münasibətlərin sabitliyini pozacağından ehtiyat edərək, hadisəni onilliklər ərzində gizli saxladı”, - bəyanatda deyilir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər