Britaniyanın müdafiə büdcəsində kəsir olacaq
Tarix: 09-01-2026 08:54 | Bölmə: Dünya

Britaniyanın müdafiə büdcəsində kəsir olacaq

Qarşıdakı dörd il ərzində Böyük Britaniyanın müdafiə büdcəsinin kəsiri 28 milyard avro (37,6 milyard dollar) təşkil edəcək.

Reyting.az xəbər verir ki, bu barədə “The Times” qəzeti etibarlı mənbələrinə istinadla yazıb.

Nəşrin özəl mənbələrinin məlumatına görə, Müdafiə Qərargahının rəisi Riçard Kington müvafiq hesablamalarını 2025-ci il dekabrın sonlarında baş nazir Kir Starmerə təqdim edib. Baş nazir eşitdiklərindən hədsiz narazılığını ifadə edib, çünki o, belə böyük maliyyə çatışmazlığını gözləmirdi.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər