Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
SOCAR-a yeni müşavir təyin edilib
İcra başçısı azadlıq mücahidini imperiyanın caynağından xilas etməyə çalışıb
Nazirin qardaşı nazir müavini təyin olunub
Prezident QSC-yə sədr təyin edib - Fotolar
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
İrana hansı ssenari tətbiq olunacaq?
ABŞ Mars yarışında Çinə uduza bilər
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
Tarix: 09-01-2026 15:36 | Bölmə: Dünya

Ukraynanın paytaxtı Kiyevdəki çoxmənzilli binaların yarısı - təxminən altı mini Rusiyanın hücumu nəticəsində istiliksizdir.
Reyting.az xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko bildirib.
Onun sözlərinə görə, şəhərdə su təchizatında da fasilələr var.
“Kommunal xidmət işçiləri sosial müəssisələri, xüsusən də xəstəxanaları və doğum evlərini səyyar qazanxanalarla təmin ediblər. Onlar enerji işçiləri ilə birlikdə Kiyev sakinlərinin evlərinə elektrik enerjisi və istiliyi bərpa etməyə çalışırlar. Bunu mümkün qədər tezləşdirmək istəyirik”, - deyə o, “Telegram”-da yazıb.
Kliçko vurğulayıb ki, Kiyevə hücum paytaxtın vacib infrastrukturu üçün ən ağrılı hücum olub: “Şəhər xidmətləri təcili rejimdə işləsələr də, təəssüf ki, yaxın günlərdə havaların daha da soyuyacağı proqnozlaşdırılır”.
Kiyev meri enerji və istilik mənbələrinin olduğu digər şəhərlərə müvəqqəti getmək imkanı olan sakinlərə müraciətində deyib ki, paytaxtı tərk etsinlər.
Xatırladaq ki, bu gecə rus ordusunun vacib infrastrukturu atəşə tutması səbəbindən Kiyevin bəzi rayonlarında istilik sistemi sıradan çıxıb. Xüsusilə, Desnyanski və Peçerski rayonlarında, eləcə də Qoloseyevski, Darnitski, Dneprovski, Obolonski, Podilski, Solomyanski və Şevçenkivski rayonlarının bəzi yerlərində istilik ya mövcud deyil, ya da azaldılıb.
Kiyevin sol sahilində təcili elektrik kəsintiləri də qüvvədədir. Lakin sağ sahildə əvvəllər dərc edilmiş cədvəllər qüvvədə qalır.
Kiyev Şəhər Dövlət Administrasiyası bildirib ki, son atəşdən sonra yaranmış çətin enerji vəziyyəti səbəbindən paytaxtda ictimai nəqliyyat dəyişikliklərlə işləyir və metro xidmətləri məhdudlaşdırılıb. Saat 11:05-dən etibarən metronun qırmızı xəttində xidmət normal vəziyyətə gətirilib.
ELÇİN
Bölməyə aid digər xəbərlər
















ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır